

hüceyrə
Presentation
•
Biology
•
KG - 12th Grade
•
Hard
esmer Quliyeva
Used 3+ times
FREE Resource
11 Slides • 0 Questions
1
HÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI
2
Sitoplazma ( yun.sito-hüceyrə,plazma-dolduran) hüceyrə qlafının daxilində yerləşən şəffaf,yarımmayə(qatı) və özlü kalloid məhluldur.Sitoplazma 1880-ci ildə Hanşteyn tərəfindən müəyyən edilibdir.Sitoplazma xarici mühitdən plazmatik membran vasitəsilə ayrılır.Sitoplazmanın hərəkəti temperaturdan,işığın intensivliyindən və oksigenlə təmin olmasından aslıdır. Sitoplazma maddələr mübadiləsinin əsas mərkəzidir.
Orqanoidlər membranlı və membransız olur.
3
1 - mebransız orqanlar: ribosom və hüceyrə mərkəzi
Ulturamikroskopik orqanoiddir.,bir-birinə perpendikulyar yerləşən iki eyni ölçülü çubuqvarı sentriollardan ibarətdir.Hüceyrə mərkəzi ibtidai bitkilərdə ( yosun) və heyvanlarda olur.Ali bitkilərin hüceyrələrində,sinir və yumurtahüceyrədə bu orqanoid olmur .Hüceyrə mərkəzi bölünmə zamanı bölünmə vətərləri əmələ gətirir. funksiysı hüceyrənin bölünməsində iştirak etməkdir.
4
2 - Bu termin 1957-ci ildə elimə daxil olmuşdur.Viruslardan başqa bütün orqanizimlərin hüceyrələrində rast gəlinir.İki müxtəlif ölçülü hissəcikdən ibarət olub,zülallardan və r-RNT molekullarından ibarətdir.Ribosomlar nüvə daxilində nüvəcikdə əmələ gəlir.Funksiyası zülal sintez etməkdir.Polisolm zülal sintezi zamanı ribosomların m-RNT molekulu üzərində birləşərək əmələ gətirdiyi qrupdur.
5
4 - Birmembranlı orqanoidlər: Endoplazmatik şəbəkə, Holci kompleksi, lizosom və vakoul
EŞ müxtəlif formalı kanallar və qovuqcuqlardan əmələ gəlmiş membranlar sistemidir. EŞ-ni 1945-ci ildə K.Porter müəyyən etmişdir. EŞ sitoplazmanı hissələrə bölür.Elektron mikroskopunda görünən 2 tipi var- dənəvərvə hamar. Dənəvər EŞ-in kanal və boşluqlarında ribosomlar yerləşir.Ribosomlar EŞ kələkötürlük verir. Hamar EŞ ribosomlar olmur.Ona görə də burda lipid və karbohidratlar sintez olunur,ATF daşınır,zülal molekullarının mürəkkəb quruluşları əmələ gəlir. Dənəvər EŞ isə zülalların sintezində iştirak edir
6
5.Holci aparatı:Bu orqanoidi ilk dəfə İtalyan histoloqu Kamillo Holci (1898) sinir hüceyrələrində görmüşdür. Holci bütün heyvan və bitki hüceyrələrində olur. Hamar EŞ -dən əmələ gələn bu orqanoidin 3 quruluş komponenti var:üst-üstə yığılan lövhəşəkilli boşluqlar,onlardan ayrılan kanalcıqlar və qovuqcuqlar. Qan hüceyrələri və yetişmiş spermatozoidlərdən başqa heyvan hüceyrələrinin çoxunda,məsələn; Sinir hüceyrələrində Holci mürəkkəb tor şəklində olub,nüvənin ətrafında yerləşir.Bitkilərdə və ibtidailərdə Holci oraqvari və ya çubuqvari formalı cisimciklərdən təşkil olunub. Holci yağlar və karbohidratların sintez olunması və plazmatik membranın böyümə və təzələnməsini təmin edir..Bitkilərdə Holci hüceyrə divarınım əmələ gəlməsində iştirak edir.
7
6.(Yun.”lizeo”-həll edirəm,soma–bədən). Lizosomlar sitoplazmada və ya dənəvər EŞ-in ribosomları tərəfindən sintez olunur.
Lizosomları 1949-cu ildə De Düv öyrənmişdir.1955-ildə siçovulun qaraciyərin hüceyrələrində aşkar olunmuşdur.
Lizosomlara bütün heyvan və göbələk hüceyrələrində rast gəlinir. Lizosomlarda zülalları, nuklein turşularını, polisaxaridləri, lipidləri və s. maddələri parçalaya bilən 30-dan çox ferment var.Lizosomlar eritrositlər xaric bütün heyvan hüceyrələrində var. Hüceyrəyə pinositoz və faqositoz yolla hüceyrəyə daxil olan qida maddələrini həzm etməklə yanaşı,hüceyrədə mahiyyətini itirmiş orqanoidləri həll edir. Məsələn; çömçəquyruğun qurbağaya çevrilməsi mərhələsində quyruğunun yox olması lizosomun hesabına baş verir.
8
7.Plazmatik membran tərəfindən,EŞ və ya Holci aparatının boşluqlarında əmələ gəlir və içərisi maye ilə dolu olur.Əsasən bitki hüceyrəsi üçün xarakterikdir və içərisində hüceyrə şirəsi toplanır.Vakuol həmdə turqor təzyiqin tənzim olmasında iştirak edir.Birhüceyrəlilərdə vaxtaşırı meydana gələn kiçik vakuol və ya qovuqcuqlar həzm və ifrazat prosesində iştirak edir.
Mərkəzi vakuol sitoplazmadan tək membranla – tonoplastla ayrılır.
Mərkəzi vakuol hüceyrədə turqor təzyiqini tənzimləmək funksiyasını yerinə yetirir. Vakuolda fotosintez üçün lazım olan su və maddələr mübadiləsi nəticəsində əmələ gələn çöküntü maddələri toplanır. Vakuollarda həmçinin, rəngləyici maddələr olan antosianlar da toplanır.
9
8 - ikimembranı orqanoidlər:Mitoxondiri və plastidlər
(yun”mitos”-sap,tel,”xandrion”-dənəvər).
Mitoxondriləri 1897-ci ildə Benda tərəfindən kəşf olunmuşdur. Xarici membranı hamar,daxili membranı isə çoxlu qırışlar-kristlər (lat.”krista”-pipik,çıxıntı) əmələ gətirən mitoxondrilərin matriksində (daxili yarımmayə mühiti) müxtəlif fermentlər,halqaşəkilli DNT,RNT molekulları və ribosomlat yerləşir.
Bütün eukoriot hüceyrələrdə rast gəlinir. Ancaq bakteriya, göy-yaşıl yosunların hüceyrələrində, eləcə də onurğalı heyvanların eritrosit hüceyrələrində olmur.Mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir. Bu səbəblə onlar sitoplazmanın ATF enerjisinə çox ehtiyac olan yerlərində daha sıx olurlar (məsələn, ürək əzələsində miofibrillərin arasında və ya spermatozoidin qamçısında və s.)
Ona görə mitoxondriləri xloroplastlarla birlikdə hüceyrənin “güc stansiyaları” adlandırırlar. Hüceyrələrdə mitoxondrilər ikiyə bölünməklə çoxalır və öz funksiyalarını yerinə yetirir.
10
9-Xloroplastidlər.
Xarici membranı hamar,daxili membranı qran adlanan qırışıqlar əmələ gətirir.Üst-üstə yığılaraq qranları əmələ gətirən tilakoidlərin membranlarında bitkiyə yaşıllıq verən xlorofil adlanan piqment yerləşir. Daxili maye mühitində -stromasında öz ribosomları,halqaşəkilli DNT və RNT molekulları yerləşir. Fotosintez orqanoidləri olub,daxilində karbon qazı və sudan,işıq enerjisi hesabına üzvi maddələr və sərbəst oksigen əmələ gəlir.Xlorofil, günəş şüası, torpaqda dəmir və maqneziumun olması nəticəsində fotosintez normal gedir.İşıqlanma şəraitində leykoplastlardan əmələ gələ,xəzan dövründə isə xromoplastlara çevrilə bilir. Mitoxondri və plastidlərdə olan DNT -dən sintez olunmuş RNT-lər bu orqanoidlərin hûdudlarını tərk etmirlər.
Xromoplastlar:
Quruluşca xloroplastlara oxşayır,lakin onlarda fotosintez baş vermir.Xromoplastlara sarı, narıncı və qırmızı rəng verən piqmentlər – karotinoidlərdir. 60-a qədər növ müxtəlifliyi var. Ən çox yayılmış piqmentlərdən karotini və ksantofili göstərmək olar. Xromoplastlar meyvə,çiçək ,gövdə və yarpaqlarda olur.
Xromoplastlarda A,D,E,K vitaminləri olur.
Leykoplastlar:
Bitkinin işıq görməyən kök,kökümsov,gövdə və kök yumurularında olan rəngsiz plastidlərdir.Leykoplastların əsas vəzifəsi ehtiyyat qida maddələri:nişasta,zülal,yağ və.s toplamaqdadır. Leykoplastlar xloroplasta çevrilə bilir.Məsələ,kartof yumuruları işıqda qaldıqda. Leykoplastlar xromoplasta da çevrilə bilir.məs;yerkökünün kökümeyvəsində.
11
10-Hüceyrə nüvəsi bir hüceyrənin irsi məlumatlarını ehtiva edən və böyüməsini və çoxalmasını idarə edən bir membrana bağlı bir quruluşdur. Bu eukaryotik hüceyrənin əmr mərkəzidir və ümumiyyətlə həm ölçüdə həm də funksiyada ən çox diqqət çəkən hüceyrə orqanıdır.
FUNKSİYA
Nüvənin əsas funksiyası hüceyrələrin böyüməsinə və çoxalmasına nəzarət etməkdir. Bura gen ifadəsini tənzimləmək, hüceyrə çoxalmasına başlamaq və bütün bu vəzifələr üçün zəruri olan genetik materialın saxlanması daxildir. Bir nüvənin vacib reproduktiv rolları və digər hüceyrə fəaliyyətlərini həyata keçirməsi üçün zülal və ribosomlara ehtiyacı var.
PROTEİN VƏ RİBOSOM SİNTEZİ
Nüvə, messenger RNA (mRNA) vasitəsi ilə sitoplazma zülallarının sintezini tənzimləyir. Messenger RNA, protein istehsalı üçün bir şablon olaraq xidmət edən bir transkripsiyalı DNT seqmentidir. Nüvədə istehsal olunur və aşağıda oxuduğunuz nüvə zərfinin nüvə məsamələri vasitəsilə sitoplazmaya gedir. Bir dəfə sitoplazmada ribosomlar və köçürmə RNT adlı başqa bir RNT molekulu zülal çıxarmaq üçün mRNA-nı tərcümə etmək üçün birlikdə işləyirlər.
HÜCEYRƏ STRUKTURLARI VƏ ONLARIN FUNKSİYALARI
Show answer
Auto Play
Slide 1 / 11
SLIDE
Similar Resources on Wayground
4 questions
Review Unit 2 Vocabulary
Presentation
•
1st - 5th Grade
13 questions
Türkçe Dersi
Presentation
•
1st - 5th Grade
6 questions
Xəritədə nöqtələrin mövqeyinin təyin edilməsi.
Presentation
•
7th Grade
10 questions
rm
Presentation
•
1st Grade
3 questions
MATHS çalışma kağıdı
Presentation
•
2nd Grade
7 questions
KESİRLER
Presentation
•
6th Grade
9 questions
Amerika II Dünya müharibəsindən sonra
Presentation
•
9th - 11th Grade
6 questions
eşitlik ve denklem
Presentation
•
7th Grade
Popular Resources on Wayground
20 questions
"What is the question asking??" Grades 3-5
Quiz
•
1st - 5th Grade
20 questions
“What is the question asking??” Grades 6-8
Quiz
•
6th - 8th Grade
10 questions
Fire Safety Quiz
Quiz
•
12th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
34 questions
STAAR Review 6th - 8th grade Reading Part 1
Quiz
•
6th - 8th Grade
20 questions
“What is the question asking??” English I-II
Quiz
•
9th - 12th Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
47 questions
8th Grade Reading STAAR Ultimate Review!
Quiz
•
8th Grade
Discover more resources for Biology
24 questions
BIOLOGY STAAR REVIEW
Quiz
•
9th Grade
30 questions
Biology STAAR Review #3
Quiz
•
9th Grade
16 questions
AP Biology: Unit 1 Review (CED)
Quiz
•
9th - 12th Grade
50 questions
Biology EOC Review
Quiz
•
9th Grade
25 questions
photosynthesis and cellular respiration
Quiz
•
9th Grade
20 questions
AP Biology: Unit 3 Review (CED)
Quiz
•
9th - 12th Grade
20 questions
Enzymes
Quiz
•
9th Grade
16 questions
Types of Variables
Quiz
•
6th - 8th Grade