
Metakoqnitiv bacarıqların formalaşdırılması - izah+25test
Authored by Araz Elemov
others

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin
A) 1, 4
B) 2, 3
C) 1, 2
D) 2, 4
E) 1, 3
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 2. Şagirdə verilmiş sual nümunələrindən hansı onlarda metakoqnitiv bacarıqların inkişafını təşviq etmir❓
A) Qarşılaşdığın problemi səmərəli yol ilə həll etmək üçün hansı üsullardan istifadə edirsən?
B) Öyrənmə prosesinə nəzarət etmək üçün gedişatda hansı amillərə diqqət yetirirsən?
C) Yoldaşlarının diskussiyada iştirakının onların inkişafında rolunu necə dəyərləndirirsən?
D) Yeni məlumatları öyrənmək üçün fəaliyyətində hansı tənzimləmələri edirsən?
E) Hər hansı bir fəaliyyət zamanı nəyi bilib-bilmədiyini necə müəyyənləşdirirsən?
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑3. Şagird özü ilə bağlı qeydlər aparmaq üçün gündəlik tutur. Onun qeyd etdiyi hansı məlumat metakoqnitiv bacarıqla əlaqəli olmaz❓
A) Tapşırıqları yerinə yetirmək üçün xüsusi vaxt intervalı müəyyən edir.
B) Anladığı və araşdırmağa ehtiyac duyduğu anlayışların siyahısı tərtib edir.
C) Qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün lazımi mənbələri müəyyən edir.
D) İstifadə etdiyi strategiyaları effektivliyinə görə qruplaşdırır.
E) Təlimata əsasən terminləri qruplaşdırır.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 4. Uyğunluq gözlənilmişdir.
A) 1, 2
B) 2, 4
C) 1, 3
D) 2, 3
E) 1, 4
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 5. Müəllim bölmənin sonunda fərdi iş formasından istifadə edərək şagirdlərə özünü qiymətləndirmək üçün iş vərəqləri paylayır. Onlara bölmə ərzindəki fəaliyyətləri haqqında dəyərləndirmə aparmalarını tapşırır. Verilmiş situasiyaya əsasən hansı fikir yanlışdır❓
A) Şagirdlər növbəti bölmə üçün istifadə edəcəkləri strategiyaları müəyyənləşdirmək imkanı əldə edəcəklər.
B) Şagirdlər onlar üçün hansı mövzuların çətin, hansılarının daha maraqlı olduğunu müəyyənləşdirəcəklər.
C) Müəllimin şagirdləri qiymətləndirmə prosesinə cəlb etməsi ona şagirdlər haqqında obyektiv məlumat əldə etməsinə imkan verəcək.
D) Qiymətləndirmənin bu cür təşkil edilməsi şagirdlərə akademik bilikləri ilə bağlı yoldaşlarından konstruktiv rəy almağa şərait yaradacaq.
E) Şagirdlər bu fəaliyyətə cəlb edilməklə çətinlik çəkdikləri məqamları müəyyən edib, dərslərin təşkili ilə bağlı müəllimə təkliflər verə bilərlər.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 6. Aşağıdakı hansı situasiyada şagirdin metakoqnitiv bacarığının inkişafına ehtiyacı olduğu görünür❓
A) Şagird riyaziyyatdan keçirilən summativdən aşağı nəticə toplayır və bunun səbəblərini aradan qaldırmağa çalışır.
B) Şagirdlərdən biri günün sonunda dərsdə öyrəndiyi məqamları qeyd edir, öyrənmə prosesində ona qaranlıq qalan hissələri də müəyyənləşdirir.
C) Tədris ilin əvvəlindən şagird illik hədəflər müəyyənləşdirərək bu hədəflərə çatmaq üçün fərqli strategiyalar müəyyən edir.
D) Şagird riyaziyyatı öyrənməkdə çətinlik çəkir, bunun üçün yoldaşlarının tətbiq etdiyi strategiyalardan istifadə edir.
E) Şagird TEDx-dəki çıxış nümunələrinə əsasən fəaliyyətini təhlil edir və çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlayır.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
🛑 7. Metakoqnitiv bacarıqlarla bağlı hansı fikir yanlışdır❓
A) Bu bacarığın formalaşmasında başqalarının verdiyi konstruktiv rəylərin faydası var.
B) İnsan məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı bacarmalıdır.
C) Şagird xarakterində dəyişiklik etmək üçün müxtəlif həssas situasiyalarda davranışını izləyir.
D) Metakoqnitiv bacarıqların şagirdlərdə formalaşdırılması onların akademik nailiyyətlərinin yüksək olması ilə yanaşı, həm də sosial bacarıqlarının da inkişafına təsir edir.
E) Müəllim dərsin əvvəlində müxtəlif tipli tapşırıqlarla şagirdlərin diqqətini dərsə cəlb edib onlarda özünüqiymətləndirmə bacarığını formalaşdıra bilər.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?