NEW
Font size
Worksheets6R Azərbaycan dili
Total questions: 15
Worksheet time: 8mins
Məsdər formasında işlənmiş feili seçin.
qaçmışdı
təmizləmək
qarışdırır
düşünəcək
Hansı variantda feil gələcək zamanda işlənib?
yağacaq, gülər
yatdı, oyanmışdı
sevinir, kədərlənir
gizlənib, saralıb
Sinonim cütləri müəyyən edin.
arzu - istək
satmaq - almaq
ağlamaq - gülmək
ayırmaq - birləşdirmək
Hansı cümlədə məsdər işlənib?
Sabah güclü yağış yağacaq.
Yaxşı yaşamaq hamının arzusudur.
Divardan gözəl şəkil asılmışdı.
Leyla qonaqlar üçün gözəl süfrə açıb.
Hansı cümlədə feil indiki zamandadır.
Bağban ağacları sulayır.
Sabah hava küləkli və yağışlı olacaq.
Məktəbimidə şagirdlərin rəsm sərgisi keçiriləcək.
Nənəm dadlı plov bişirmişdi.
Hansı söz quruluşca sadədir?
dəhliz
yağlı
dadsız
çəmənlik
Hansı söz quruluşca düzəltmədir?
xalça
lampa
vətəndaş
telefon
Sözlərdən hansının kökü feildir?
ətirli
sulu
yazdır
güllü
Hansı isim çıxışlıq haldadır?
bağçanı
kitablara
mağazadan
divarın
Hansı söz quruluşca mürəkkəbdir?
pərdə
itburnu
kitabxana
buludlu
Hansı sözlər əvəzlikdir?
milyon, xeyli
hamı, onlar
səliqəli, yaşıl
hava, soyuducu
Hansı sözün yazılışı səhvdir?
təyarə
köynəyi
qəzet
budağa
Hansı feil inkarda işlənib?
qoruyur
ucalacaq
üşüdü
keçmir
Antonim sözləri göstərin.
mehriban-səmimi
hirsli-qəzəbli
güclü-qüvvətli
cavan-qoca
Verilənlərdən hansı zərf deyil?
dünən
çətinliklə
içəri
xeyirxah
