WorksheetsAzərbaycan dili
Total questions: 10
Worksheet time: 5mins
Hansı cümlədə "çalmaq"sözü ifa etmək mənasında işlənib?
Rəşad tar çalır
Günelin saçı qızılı rəngə çalır
Telefon durmadan zəng çalır
İlan bala dovşanı çaldı
Hansı nümunədə məcazi mənalı söz işlənib?
çətin sual
daşan sel
əsən yel
dəli könül
Hansı sözə "lar"hissəciyi əlavə etdikdə deyiliş və yazılış fərqlənmir?
ulduz
qohum
qoyun
oyun
Söz birləşmələrindən birində uyğunsuzluq var
isti hava
parlaq günəş
uca yol
sərin su
ad+əlamət+hərəkət sxeminə uyğun cümləni tapın
İt bərkdən hürdü
Balaca pişik qorxub qaçdı
İslanmış cücə anasını axtardı
Uca dağa yaxınlaşdım
Uşaqlar xorla oxuyurlar cümləsinə hansı sualı vermək olmaz?
Kimlər oxuyurlar?
Uşaqlar harada oxuyurlar?
Uşaqlar nə edir?
Uşaqlar necə oxuyurlar?
Cümlələrin növlərini müəyyən et . 1.İlin qış ayı idi .2.Azərbaycan nə vaxt müstəqillik qazanmışdır ? 3.Təbiəti qoru,insanları sev. 4.Qorxdum ,ay aman,yarıldı bağrım!
nəqli,sual,əmr,nida
əmr,nəqli,sual,nida
nəqli,əmr,nida,sual
nəqli,əmr,sual,nida
Bir sözdən ibarət cümləni göstərin
Gəzinti
Fikir verir
Yaydır
Hava soyuqdur
Əksmənalı sözləri seçin.
qədim-köhnə
şirin-acı
gözəl-qəşəng
Hansı söz yerinə görə həm kiçik, həm də böyük hərflə yazıla bilməz?
Həyat
Ümid
Qorxmaz
Kamran
