wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ksq

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

Cümlələrin birində qoşma işlənməmişdir:

a)

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar,sevilərək ölənlər.

b)

Yağışdan sonra güclü külək başladı.

c)

Səndən başqa dostum yoxdur.

d)

Kamil çantasının ağzını iplə bağlayırdı.

e)

Arxı tullan, sonra "afərin" de.

2.

Hansı cümlədə "ilə"(-la, -lə) qoşma kimi işlənib?

a)

Dünya ilə cahan sinonim sözlərdir.

b)

Şəkil fırça ilə çəkilib.

c)

O məni həyəcanla dinlədi.

d)

Əli ilə Vəli dostdurlar

e)

Dostum imtahanlara səylə hazırlaşır.

3.

Kimi hansı cümlədə qoşma kimi işlənib?

a)

Kimi yazır, kimi şəkil çəkirdi.

b)

Sən kimi gözləyirsən?

c)

Kimi uzaqdan gələn qonaqların atını tutur, kimi çay paylayırdl.

d)

Nərgiz xala kimisə çağırmaq, kimsəyə ağız açmaq istəmirdi.

e)

Qoca bu hadisəyə uşaq kimi sevindi.

4.

"ki" hansı cümlədə bağlayıcı kimi işlənmişdir?

a)

Bildirki əhvalat təkrar olunmasın.

b)

Sənə yaraşmaz ki, onun-bunun sözünü danışasan.

c)

Bağdakı tənəklər bol məhsul verdi.

d)

Mən ki belə deməmişdim.

e)

Ürəyindəkiləri yaddan çıxar.

5.

"Bəlkə,bu mahnı lap Arazın o tayına qədər gedib çatdı" cümləsində köməkçi nitq hissələrindən hansı işlənməmişdir?

a)

bağlayıcı, nida

b)

yalnız qoşma

c)

yalnız bağlayıcı

d)

modal söz

e)

qoşma və ədat

6.

Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyən edin.

Məncə, cəmiyyəti elə Gəldiyev kimi adamlardan təmizləmək lazımdır.

a)

modal söz, qoşma,bağlayıcı

b)

ədat, qoşma, modal söz

c)

modal söz, nida, ədat

d)

modal söz, ədat,qoşma

e)

qoşma,ədat,qoşma

7.

"Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,

Kim bilir o ,bəlkə də,mənimlə bir dərddədir" nümunəsində köməkçi nitq hissələrindən hansılar işlənməmişdir?

a)

qoşma

b)

bağlayıcı

c)

modal söz

d)

nida

e)

ədat

8.

"Hamı öz işi ilə məşğul idi, ... sən kənarda oturmuşdun?!" cümləsində nöqtələrin yerinə hansı söz artırılsa,həmin sözü mənaca müxtəlif köməkçi nitq hissələri kimi düşünmək olar?

a)

yalnız

b)

elə

c)

hətta

d)

ancaq

e)

halbuki

9.

Hansı bilər? cümlələrdə işlənmiş ədat feillə omonimlik yarada

a)

Gəl sabahkı işlərimizdən danışaq.

b)

Artıq susmağın vaxtı deyil.

c)

Vaxtında yığıncağa gəlin.

d)

Bağa bax, üzüm olsun,yeməyə üzün olsun.

e)

Qoy mən tox olum,özgələr ilə nədi karım?

10.

"Ah" sözü hansı cümlədə nida kimi işlənmişdir?

a)

Ah,onun görkəmi nə tarimardır?!

b)

Ah-uf səsi gəlmədiyi üçün atdığı güllənin hədəfə dəymədiyini güman etdi.

c)

Rəhim bəy yanıqlı bir ah çəkdi.

d)

Ah eylədiyim sərvi-xuramanın üçündür.

e)

Ahın dağlara,daşlara.