wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan dili 8-ci sinif

Total questions: 25

Worksheet time: 49mins

Name
Class
Date
1.

Xitab cümlənin ortasında işləndikdə durğu işarələri necə işlənir?

a)

Xitab bildirən sözdən nə əvvəl, nə də sonra durğu işarəsi qoyulur.

b)

Xitab bildirən sözdən əvvəl vergül qoyulur, sonra heç bir durğu işarəsi qoyulmur.

c)

Xitab bildirən sözdən əvvəl vergül, sonra sual işarəsi qoyulur.

d)

Xitab bildirən sözdən əvvəl vergül, sonra nöqtə qoyulur.

e)

Xitab bildirən sözün hər iki tərəfindən vergül qoyulur.

2.

Xitab cümlədə hansı cümlə üzvü kimi işlənir?

a)

Mübtəda

b)

Xəbər

c)

Xitab cümlə üzvü ola bilmir.

d)

Zərflik

e)

Təyin

3.

Xitab cümlədə nə bildirir?

a)

Cümlədə hərəkəti icra edəni bildirir.

b)

Cümlədə obyekt bildirir.

c)

Cümlədə hərəkəti müxtəlif cəhətdən izah edir.

d)

Cümlədə müraciət olunanı bildirir.

e)

Cümlədə hərəkəti bildirir.

4.

"Vətən oğlu,sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?

a)

II növ təyini söz birləşməsi ilə

b)

sifətlə

c)

I növ təyini söz birləşməsi ilə

d)

isimlə

e)

III növ təyini söz birləşməsi ilə

5.

Hansı cümlədə mürəkkəb xitab var?

a)

Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir.

b)

Aylar, illər səssiz-səmirsiz ötüb keçirdi.

c)

Ey həyat, sen nə qəribəsən?!

d)

Qızılgül, ürəyindən nələr keçir?

e)

Nə məsum baxırsan, dağlar gözəli?!

6.

Xitab haqqında deyilənlərdən biri səhvdir.

a)

ey, ay, a kimi nidalarla işlənir.

b)

Həm sözlərlə, həm de söz birləşmələri ilə ifadə olunur.

c)

Xitab cümlədə xəbərlə uzlaşır.

d)

Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələ bilər.

e)

Müraciət olunan şəxsi bildirir.

7.

Hansı cümlədə xitabın durğu işarəsi düzgün göstərilmişdir?

a)

Aytac kitabını, mənə ver!

b)

Qızım qapını ört!

c)

Ay ellər bir sevda, nəğməsidir o.

d)

Gəl, ey qoca Təbriz, ey ana torpaq, Səninlə yaxından biz qucaqlaşaq.

e)

Ey dünya necə, fanisən?!

8.

Hansı cümlədə xitab düzgün qoyulub?

a)

Əlbəttə ki, bu işi yalnız sən görə bilərdin.

b)

Mən və dostlarım sabah Aygünün evinə qonaq gedəcəyik.

c)

Sizi, ailəniz bu xoş xəbər münasibətilə təbrik edirəm.

d)

Atam, anam və mən sabah kəndə gedəcəyik.

e)

Azər, sən yaman dərslərində geriləmisən!

9.

“ Sən ellər toyusan, ellər bayramı ” cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?

a)

Şəxs şəkilçisi

b)

Zaman şəkilçisi

c)

Hal şəkilçisi

d)

Cəm şəkilçisi

10.

Həmcins zərflikli cümləni göstərin:

a)

Eşq olsun bu müqəddəs varlığa.

b)

Ona görə də təbiətə qayğı və məhəbbətlə yanaşılmalıdır.

c)

Mikayılın və döyüş yoldaşlarının payına çətin vəzifə düşmüşdü.

d)

Sonra parkın kənarı ilə keçərək məktəbə doğru yollandıq.

11.

Həmcins üzvlü cümləni göstərin:

a)

Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır.

b)

Nə ağac vardı, nə də kölgəlik.

c)

Al - əlvan çiçəklərin xoş ətri ətrafa yayılmışdı.

d)

Sular göz yaşı kimi dumduru idi.

12.

Aşağıdakı fikirlərdən biri səhvdir:

a)

Həmcins üzvlər arasında tabesizlik əlaqəsi olur.

b)

Həmcins üzvlərdə zaman şəkilçiləri ixtisar oluna bilər.

c)

Cümlənin bütün üzvləri həmcins ola bilər.

d)

“ ki ” bağlayıcısı həmcins üzvlər arasında işlənə bilir.

13.

Cümlədə sadalanan üzvlər arasında hansı durğu işarəsindən istifadə olunur?

a)

Mötərizə

b)

Nöqtə

c)

Qoşa nöqtə

d)

Vergül

e)

Tire

14.

Həmcins mübtədalı cümlə hansıdır?

a)

Qızıl və gümüş saatlar aldılar.

b)

Kitab, dəftər və qələm satırlar.

c)

Aytən, Nadir, Kitabları gətirin.

d)

Şuşa, Laçın, Kəlbəcər azad olunmalıdır.

15.

Həmcins üzvlərlə bağlı olan cümləni göstərin:

a)

Bizim evimizdə qiymətli kitablar var.

b)

Adam böyüyə cavab qaytarmaz.

c)

Yaralılara kömək etməliyəm.

d)

Sevdim meyvələrin yeyilənini Almanı, heyvani narı çox sevdim.

e)

Evə gələn qonaqlar bizdən razı getdilər.

16.

Verilmiş cümlədə əlavə nəyə aiddir?

Bakıya – respublikamızın paytaxtına getmişdik.

a)

Təyin

b)

Zərflik

c)

Xəbər

d)

Tamamlıq

17.

“ Düşünənlər irəlidə - dağın arxasında idi ” cümləsində hansı üzv əlavəli işlənmişdir?

a)

Mübtəda

b)

Zərflik

c)

Xəbər

d)

Tamamlıq

18.

“ Arvad mənə, yəni pəncərəsində yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında tir – tap uzanıb qalmış xəstəyə şalfeydən qarqara üçün dəm hazırlayır ” cümləsində işlənmişdir:

a)

Ümumiləşdirici söz

b)

Cümlə üzvünün əlavəsi

c)

Ara söz

d)

Həmcins üzv

19.

Hansı cümlədə mübtədanın əlavəsi vardır?

a)

Dostlarımdan birinə - Ülviyə bayram hədiyyəsi verildi.

b)

Bura mənim Vətənimdir, Azərbaycandır.

c)

Kəndin kənarında, qayalıqda kəklikotu yığırdıq.

d)

Cavid Qasımlı – gənc alim xarici ölkələrin elmi jurnallarında məqalələr çap etdirir.

20.

Cümlələrin birində yer zərfinin əlavəsi işlənmişdir:

a)

Qapını döyən mənim - dostumdur.

b)

Bütün sahə - quyular bir anda onun gözləri qarşısında canlandı.

c)

Orada – otağın qarşısındakı alaçıqda bir dirək basdırılmışdı.

d)

Daha içəridə - dəzgahların yanında işləyənlər heç bir təşviş göstərmirdilər.

21.

Uyğunluğu müəyyənləşdirin. 1)uzlaşma 2)idarə 3)yanaşma

A)Uşaq ağlayırdı B)səliqəli qız C)ürəkdən gülmək D)məndən xəbərsiz E)Həyat davam edir

a)

1)d 2)b 3)c

b)

1)a;e 2)d 3)b;c

c)

1)c 2)d 3)a;b

d)

1)b 2)a 3)d

e)

1)b 2)a;e 3)d;c

22.

“Mühəndis...”Nöqtələrin yerinə hansı söz yazılsa “mühəndis” sözü sintaktik əlaqədə əsas tərəf olar?

a)

danışır

b)

Məmmədov

c)

qonşum

d)

baxanda

e)

işləyərkən

23.

"Uşaqlardan beşi" söz birləşməsində hansı əlaqə var?

a)

idarə

b)

yanaşma və uzlaşma

c)

yanaşma

d)

idarə və uzlaşma

e)

uzlaşma

24.

Uzlaşma əlaqəsi hansı şəkilçiylə düzəlir?

a)

am-dan

b)

asi-lar

c)

lik-uq

d)

liq-luq

e)

Xüsusi şəkilçisi yoxdur

25.

“ Sintaksis ” sözünün leksik mənası hansı cavabda düzgün verilmişdir?

a)

Yunan sözü olub “ lüğət, təlim ” deməkdir.

b)

Yunan sözü olub “ tərtib etmək ” deməkdir.

c)

Sözün düzgün tələffüzünü öyrənir

d)

Yunan sözüdür, sözün formasını öyrənir.