wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

TV-DƏ PRAKTİK İŞ

Total questions: 20

Worksheet time: 12mins

Name
Class
Date
1.

Montajda səslənmənin formaları

a)

səsin artırılması, azalması, təzadı, pauza

b)

ifadə vasitələrinin bir-birinə uyğunlaşdırılmaması

c)

canlı nitqlə reklamın verilməsi

d)

reklamda informasiya mətninin verilməsi

2.

Montaj zamanı təmizlənmə aparılır

a)

qüsurlu nitq düzəldilir

b)

müsahibin dilindən demədiyi sözlər əlavə edilir

c)

mətnin elementar xırdalığından, uğursuz hissələrdən, texniki qüsurlardan

d)

yazılmayan səs bərpa olunur

3.

Reportajın əsas əlamətləri

a)

həcmlik, emosional ifadəsi və obrazlı təsvir, bədiilik

b)

görüntü, həcmlik, emosional ifadəsi və obrazlı təsviri

c)

yalnız müsahibədən ibarət olması, aktuallıq, həcmlik, emosional ifadəsi və obrazlı

təsviri

d)

operativlik, aktuallıq, emosional ifadəsi və obrazlı təsviri

4.

TV-də nitq dilinin əsas vəzifələri

a)

məlumatlandırma

b)

təsviretmə

c)

ünsiyyət

d)

orfoqrafik qaydalar

5.

Söhbətin, informasiyanın daha anlaşıqlı, emosional olması üçün qoyulan tələblər

a)

Nitq ekspressiv olmalı, onun ifadəliliyinə və təsirliliyinə diqqət yetirilməməlidir

b)

Cümlələr mürəkkəb olmalıdır

c)

Auditoriyaya yönəldilən danışıq prosesində ünsiyyətin kommunikativ, interaktiv perspektiv xüsusiyyətləri nəzərə alınmalıdır

d)

Nitqdə jarqondan istifadə edilməlidir

6.

Olay yerində jurnalist belə davranmalıdır

a)

ədəbi dildə danışmalıdır

b)

öncədən hazırlanmış mətndən istifadə etməməlidir

c)

tezisləri yadda saxlamasa da olar

d)

müqayisəli fikirlərə yer verməməlidir

7.

Aparıcı ilə diktoru fərqləndirən başlıca keyfiyyət

a)

Diktor aparıcıdan daha sərbəstdir

b)

Diktor xəbərdə dəyişiklik edir

c)

Aparıcı yalnız mətn oxuyur

d)

Aparıcı xəbəri özününküləşdirir

8.

Reportajda olayın önəmini əks etdirən materiallar verilməlidir

a)

sonda

b)

ilk cümlədə

c)

istənilən yerdə

d)

ümumiyyətlə verilməməlidir

9.

Jurnalist qeyri-standart qaynaqlara müraciət etdiyi təqdirdə

a)

informasiya axtarışında pintilik olur

b)

jurlalist cəmiyyətə dezinformasiya verir

c)

materialın marağı qalmır

d)

materiallar daha maraqlı alınır

10.

Mətbuat konfransında necə işləməli

a)

Mətbuat konfransına hazırlıqsız gəlməli

b)

Mövzu barədə verilən informasiya ilə kifayətlənməli

c)

Üzdə görünənlə gerçəyi fərqləndirməyi bacarmalı

d)

Mətbuat konfransını keçirənlərin hər bir sözünə inanmalı

11.

TV dilinin qrammatikasının tələbləri:

a)

Cümlələrin mümkün qədər yiğcam olmasını tələb edir

b)

Uzun cümlələr qulaq duyumu üçün daha rahatdır

c)

Qəzet dili üçün xarakter olan gəlmişdir, getmişdir və olmuşdur kimi sözlər radioda da olduğu kimi

d)

TV-də çoxrəqəmli ədədlərin verilməsində problem yoxdur

12.

Cəmiyyət üçün həssas olan hadisələrin efirə verilmə qaydaları:

a)

Bu tip hadisələr barədə ümumiyyətlə informasiya verilməməlidir

b)

Hər hansı bir hadisə zamanı həlak olan insanların adları rəsmi məlumat olmadan

qeyri-dəqiq şəkildə efirə ötürülməlidir

c)

Zorakılıq barədə məlumat verilərkən zərərçəkənin adı və soyadı olduğu kimi

səsləndirilməlidir

d)

Auditoriyanın və cəmiyyətin xüsusiyyətləri, dinləyicinin orta yaşı mütləq nəzərə alınmalıdır

13.

TV-də hansı informasiya qaynaqlarına istinad etmək olmaz

a)

informasiya agentliklərinə

b)

mənbəyi bəlli olmayan informasiyaya

c)

olay yerindən jurnalist materialına

d)

arxiv materiallarına

14.

Xəbəryazma texnologiyalarına aid olmayan üsul:

a)

üçbucaq üsulu

b)

tərs piramida

c)

düz piramida

d)

danışıq dili

15.

Olay yerində jurnalist belə davranmalıdır:

a)

öncədən hazırlanmış mətndən istifadə etməməlidir

b)

öncədən hazırlanmış mətndən istifadə etməlidir

c)

danışıq dilində danışmamalıdır

d)

tezisləri yadda saxlamasa da olar

16.

İlkin qaynaqlar hansılardır:

a)

qəzetlər, zərərçəkənlər, şahidlər

b)

zərərçəkənlər, internet, televziya

c)

olayın iştirakçıları, zərərçəkənlər, şahidlər

d)

anonim şəxslər, mətbuat, şahidlər

17.

Mövzunun seçilməsində qarşıya qoyulan əsas amil:

a)

Obyektivlik

b)

Operativlik

c)

İctimai önəmliyi

d)

İfadə aydınlığı

18.

Soyuq xəbərləri müəyyən et:

a)

Fövqəladə hadisələr barədə verilən xəbərlər

b)

Cinayət hadisəsi, soyğunçuluq, qətl hadisəsi

c)

Ölkə əhəmiyyətli konfrans

d)

Uşaqlar, gənclər, qocalar, canlı aləm, araşdırma yazıları, jurnalist tədqiqatı

19.

İnformasiya buraxılışında musiqini bu tərzdə vermək lazımdır:

a)

musiqi tez-tez dəyişilməməlidir

b)

hər gün bir musiqi ilə başlamalıdır

c)

musiqisiz verilməlidir

d)

musiqi tez-tez dəyişilməlidir

20.

Xüsusi buraxılışlarda hansı informasiyalar verilir:

a)

iqtisadiyyat, maliyyə sahələrində, incəsənətdə, idmanda və s. olan yeniliklər

b)

yalnız geniş miqyaslı hadisələr

c)

yalnız dar çərçivəli informasiyalar

d)

müxtəlif informasiyalar