WorksheetsNitq hissələri
Total questions: 20
Worksheet time: 17mins
Biri mürəkkəb sifət deyil:
cürbəcür
kəndbəkənd
əlçatmaz
növbənöv
Azaltma dərəcəsini əmələ gətirən vasitələr hansılardır?
Adi dərəcədə olan sözün sonuna -sov şəkilçisi artırmaqla
Adi dərəcədə olan sifətin əvvəlinə tünd, zil sözlərini artırmaqla
Açıq, ala, təhər sözlərindən istifadə etməklə
-şın, -raq şəkilçilərini artırmaqla
m, p, r, s samitlərindən istifadə etməklə
Hansı sözün yazılışı səhv verilib?
ala-seyrək
tünd-qara
al-qırmızı
düm-ağ
"Açıq" sözünə hansı sözü artırsaq azaltma dərəcəsində olan sifət yaranar?
qırmızı
ürəkli
aydın
sözlü
Cümlələrin birində çıxışlıq hal şəkilçisi yazılışından fərqli tələffüz olunur.
Uşaqlar çəməndən çiçək topladılar
Mən kitabdan çox şeyi öyrənmişəm
Onlar içəridən çıxdılar
Nahardan sonra düşərgəyə yola düşdük
Hansı xüsusiyyətlər sait səslərə aiddir?
Maneəli tələffüz olunur
Heca əmələ gətirmir
Uzun tələffüz olunur
Küylü səslərdir
Heca yaradır
Cümlələrdən birində mücərrəd mənalı isim işlənib?
Çalışqan şagird ata-anasnın üzünü ağ edər.
Aydının iki bacısı, bir qardaşı var.
Dünyanı gözəllik xilas edəcək.
Yaylaqlar gözəl görünür.
”Həyətdəki uşaqlar bizim məhəllədəndirlər”- cümləsindəki əvəzliyin təhlilindəki səhv fikri tapın:
şəxs əvəzliyidir
ismi əvəz edib
mənsubiyyətə görə dəyişib
quruluşca sadədir
Sinonim əvəzlikləri seçin:
hamı - kimsə
bütün - hamı
biz - heç kəs
heç kəs - kimsə
“Yüzlərlə” və “doxsanıncı” sayları üçün ortaq cəhəti seçin.
Quruluşca düzəltmədir.
Sayın mənaca eyni növünə aiddir.
Hər iki saydan sonra gələn isimlər cəmlənə bilmir.
Hər ikisi mürəkkəb sayın tərkib hissəsi kimi çxış edə bilər.
Sifət hansı cümlədədir?
Boşqab stolun üstündədir.
Doğruya zaval yoxdur.
Çox keçmədi ki, dağlarda uçqun başladı.
Daşlıq uzaqdan aydın görünürdü.
Hansı cümlədə mənsubiyyət şəkilçili söz var?
Papağı yerə düşdü.
Dərsi oxumamışam.
Uşağı bağçaya qoydum.
Qonşuları bir yerə topladılar.
Uyğunsuzluğu müəyyən edin:
bir sıra məsələlər
minlərlə yaşayış evləri
bir çox fikir
onlarca deyilən söz
Hansı sözlər yalnız say kimi işlənir?
min
yeddi
qırx
səksən
otuz
Hansı cümlədə “kimsə” əvəzliyi "heç kim" mənasında işlənmişdir?
İclasda sənin yerinə kimsə çıxış etdi.
Bu hadisəni kimsə xüsusi planlaşdırıb.
Bu haqsızlığa kimsə etiraz edə bilmədi.
Kimsə ondan rəhbərliyə şikayət etmişdi.
Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül qoyulmalıdır?
Sənin gördüyün bu iş çox qiymətlidir.
Eşitdiyim bu sözlərə heç nə deyə bilmədim.
Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz.
Bu ağacın başında qalan son meyvə idi.
Hansı atalar sözündə əvəzlik işlənməmişdir?
Özü yıxılan ağlamaz
Elə arxalanan igid basılmaz.
Dostunu mənə göstər, sənin kim olduğunu deyim.
Düşmən qarışqa da olsa, sən onu fil say.
Soyuğun qorxusundan çoxları evdən çölə çıxmağa ehtiyat edirdi” nümunəsində altından xətt çəkilmiş söz nədir?
isim
sifət
say
feil
Hansı cərgədə sözlərin ikisi də sifətin azaltma dərəcəsindədir?
şirintəhər, qeyri-qanuni
qaratəhər, göyümtül
balaca, alçaqboylu
sarımtıl, bapbalaca
Hansında altından xətt çəkilmiş sözlər bir-biri ilə omonimdir?
o, çay içir; uşaq süd içir
çayda üzür; üzr istəmək
el gücü; gücü çatmırdı
dəftərə üz çəkin; bu işdən əl üz
