Ukuran huruf
Lembar kerja2A
Total soal: 10
Worksheet time: 50mins
Hansı heyvan adının yazılışında "ke" hərfi yoxdur?
pişik
kirpi
dovşan
kök
"Gül" sözü hansı cümlədə hərəkət bildirir?
Bağçadakı sarı gülə bülbül qondu.
Dibçəkdə qırmızı gül var idi.
Balaca qardaşım ürəkdən güldü.
Hansı sözü tələffüz edərkən iki saitin arasına "y" samiti əlavə olunur?
səadət
saat
təbiət
şüa
"Rəna çox sevinirdi, ............. bilik yarışında birinci olmuşdu."
Nöqtələrin yerinə uyğun gələn söz hansıdır?
və
çünki
ancaq
lakin
Xeyirxahlıq nədir?
yalan danışmaq
yaxşılıq etmək
yaxşı oxumaq
Əvvəlində, ortasında, axırında "n" hərfi işlənən söz yaz.
Yaxınmənalı sözlər hansıdır?
qoca - yaşlı
böyük - kiçik
gənc - yaşlı
hündür - alçaq
"Səhv", "gecə", "çox" sözlərinə əksmənalı sözlər hansılardır?
günəş, gündüz, parlaq
düz, gündüz, az
aşağı, az, yoxsul
"Yayda havalar isti olur." cümləsində əlamət bildirən sözü tapıb yazın.
Hansı fikir səhvdir?
Cümlə böyük hərflə başlayır.
Cümlənin sonunda nöqtə qoyulur.
Cümlənin ortasında insan adları kiçik hərflə yazılır.
