WorksheetsQuiz
Total questions: 15
Worksheet time: 15mins
"Sonuncu ağlasığılmaz hərəkəti barədə mən də elə düşünürəm" cümləsində hansı əsas nitq hissəsi işlənməmişdir?
(a)
"Sanki dünənki yorğunluqdan əsər-əlamət qalmamışdı" cümləsində sözlərin morfoloji təhlilindəki səhvi tapın:
Dünənki - zaman zərfindən yaranmış sifətdir və necə? sualına cavab verir.
Yorğunluqdan - çıxışlıq halda olan düzəltmə isimdir.
Əsər-əlamət - mürəkkəb isimdir.
Qalmamışdı - sadə, təsirsiz feildir, xəbər şəklindədir, inkardadır.
"Düzülmüşdü" və "düzəlmişdi" sözləri arasında hansı fərq var?
Düzülmüşdü- şühudi keçmiş zamanda;
düzəlmişdi - nəqli keçmiş zamandadır.
Düzülmüşdü - təsirsiz feildir;
düzəlmişdi - təsirli feildir.
Düzülmüşdü - kökü feildir;
düzəlmişdi - kökü sifətdir.
Düzülmüşdü - təsriflənən feildir;
düzəlmişdi - təsriflənməyən feildir.
Verilmiş cümlədə hansı cümlə üzvü işlənməyib?
" Sıx buludlar yavaş-yavaş çəkilirdi".
mübtəda
xəbər
tamamlıq
təyin
zərflik
Cümlədə hansı cümlə üzvü quruluşca mürəkkəbdir?
"Nizami Gəncəvi Gəncədə doğulmuşdur"
mübtəda
xəbər
zərflik
Atalar sözünə görə övladdan ... , dövlətdən ... .
(a)
Bir hərf fərqi ilə fərqlənən sözlər hansılardlr?
Peşə ...
Rəsmi kağız ...
əsər, əsir
sənət, sənəd
qəlib, qalib
serviz, servis
Morfoloji təhlillə bağlı səhvi tapın: "Səriyyə evin açarını dəri çantasına qoydu".
açarını - isimdir, təkdədir, mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir.
dəri - sifətdir, adi dərəcədədir.
çantasına - isimdir, mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir.
qoydu - təsriflənən feildir, təsirlidir, keçmiş zamandadır.
Hansı cümlədə frazeoloji birləşmə düzgün işlənməyib?
Balaca Emil o qədər enerjili idi ki, bir az gözünün acısını almaq istədi.
Arifin təəccübdən gözləri kəlləsinə çıxdı.
Leyli anası ilə razılaşmıayıb iki ayağını bir başmağa dirəmişdi.
Bacısının qəlbinə yol tapıb onu bu işdən dömndərməli idi.
Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə bilən sözləri seçin:
kimi
ki
ilə
qoy
görünür
Mürəkkəb cümlə hansı bənddədir?
Qapını açdım və torbanı həyətə qoydum.
Müəllimə sinfə girdi, şagirdlər ayağa qalxdılar.
Cəmil dərslərini bitirdi və dostları ilə oynamağa yollandı.
Gülarə çox çalışdı, lakin məsələni həll edə bilmədi.
"Alma" sözünə hansı sözü əlavə etsək feili birləşmə yaranar?
yeyərkən
ağacı
şirəsi
qurusu
Hansı söz birləşməsindəki iki sözün arasına istənilən qədər söz artıra bilərik?
Uca dağ
Dəniz mənzərəsi
Yol boyu
Quşun qanadı
Hansı cümləni həm sual, həm də nəqli formada işlətmək olar? (Durğu işarələri buraxılmışdır).
Afərin, hər şeyi vaxtında çatdıra bildin
Səhvlərini unuda bilərsənmi
Gəl sən bu işdən əl çək
Dərslər sentyabr ayında başlayacaq
Fərqləndirilmiş hansı söz birləşməsinə "nə zaman""sualını verə bilərik?
Akif divara söykənib qardaşını izləyirdi.
O, məktəbi bitirib, təhsilini davam etdirmək üçün Bakıya getdi.
Uşaq atasını görüb ürəkləndi.
Qız qonaqlardan utanaraq balkona çıxdı
