wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

7 b (Full Az/dili)

Total questions: 20

Worksheet time: 6mins

Name
Class
Date
1.

Hansı cümlələrdə zərf işlənmişdir :

1.Mayda qızılgül yığmağa gedərdik.

2.Həyətdə kiçik bir daxma tikdilər.

3.Əsgər yıxıldı.

4.Şərtlərimizi rəqiblərə açıq söylədik.

5.Bir il idi ki,anasından ayrı yaşayırdı.

a)

2,4

b)

3,5

c)

4,5

d)

1,2

e)

1,4

2.

“ Şəhər xeyli dəyişmişdi ” nümunəsində zərfin hansı məna növündən istifadə edilib:

a)

Tərzi-hərəkət

b)

Miqdar

c)

Zaman

d)

Yer

3.

“Çox” sözü hansı sözdən əvvəl işlənsə zərf olar?

a)

Qırmızı

b)

Gileylənmək

c)

Su

d)

Barmaq

4.

Zərf düzəldən şəkilçiləri göstərin:1.-mış 2.-la 3.-dan 4.-ca5.-acaq 6.-ən 7.-araq

a)

2,4,5

b)

2,4,6

c)

2,3,4,6

d)

1,3,6,7

e)

1,3,4

5.

Mürəkkəb zərflər haqqındakı fikirlərdən biri səhvdir:

a)

Mürəkkəb zərflərdə iki söz birləşir, bir söz olur

b)

Mürəkkəb zərflər də sadə və düzəltmə zərflər kimi felə aid olub, hərəkəti izah edir

c)

Mürəkkəb zərflər iki sözün birləşməsindən əmələ gəlir

d)

Tezdən, çoxdan, birdən zərfləri mürəkkəbdir

6.

Sadə zərflər nəyə deyilir?

a)

-ca2 şəkilçisi ilə düzələn zərflərə

b)

-la2 şəkilçisi ilə düzələn zərflərə

c)

-araq2 şəkilçisi ilə düzələn zərflərə

d)

iki və daha artıq kökdən ibarət olan zərflərə

e)

bir kökdən ibarət olan zərflərə

7.

Verilmiş bəndlərdən birində zərf işlənməmişdir?

a)

Darıxdığı üçün kəndə getmişdi.

b)

Ana ehtiyatla içəri daxil oldu.

c)

Geriyə yol yoxdur.

d)

Qoşun sürətlə irəlilədi.

e)

O, çox sərt danışırdı.

8.

Alınma sayları müəyyən edin :

1.Doqquz 2.Səkkiz 3.Yeddi 4.Min 5.Milyon 6.Milyard

a)

4,6

b)

1,3

c)

1,6

d)

5,6

e)

2,3

9.

Verilənlərdən biri say və sifətin oxşar cəhəti deyil:

a)

İsimlə bağlı olur

b)

Təsdiq və inkar olur

c)

İsimdən əvvəl işlənir

d)

İsimləşə bilir

e)

Cümlədə təyin olur

10.

Hansı numerativ sözdür?

a)

Nəfər

b)

İsim

c)

Şagird

d)

Bir

e)

Nigar

11.

Bənzətmə müqayisə mənalı modal sözün işləndiyi cümləni seçin :

a)

Əlbəttə,gərək çox çalışan.

b)

Yaxşı,mən razıyam.

c)

Elə bil bütün dünya üstümə hücuma keçmişdi.

d)

Nəhayət,gözlədiyimiz adam gəldi.

e)

Qız,deyəsən,anasından çox xalasına bənzəyirdi.

12.

Qüvvətləndirici ədat hansı nümunədədir?

a)

Bəs baş əymədiniz?

b)

Kaş yenə dünyaya gələ bilə idim.

c)

Məndən kənar gəzib dolanıb hərdən,

Qəlbimi sıxmağa can atmadınmı?

d)

Yalnız sənin üçün yaşadım,güldüm.

e)

Bu sözü sənə deyirəm ha...

13.

"Bax" sözünün ədat kimi işlənmədiyi cümləni göstərin.

a)

Bax mən indicə hər şeyi bildim.

b)

Fatma,diqqətlə bax,sonra fikrini söylə.

c)

Bax,qızım sənə deyirəm,gəlinim sən eşit.

d)

Bax bizi unutma ha.

e)

Ay qız,bax Turanəyə bir söz demə ha!

14.

Xəbər şəklinin xüsusi əlamətləri:

a)

-sa2,idi hissəciyi ilə

b)

-malı2,-an2

c)

-ası2,-la2

d)

Feillərə zaman və şəxs şəkilçiləri artırmaqla düzəlir.

e)

idi,imiş hissəcikləri ilə

15.

"Oxuyasınız" feili feilin hansı şəklindədir?

a)

Lazım

b)

Arzu

c)

Vacib

d)

Xəbər

e)

Şərt

16.

-malı2 omonim şəkilçi kimi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?

a)

feilin vacib şəkli və feli bağlama

b)

feilin vacib şəkli və feili sifət

c)

feilin lazım və vacib şəkli

d)

felin vacib şəkli və məsdər

e)

feilin lazım şəkli və feili sifət

17.

Biri saydan düzəlmiş feildir:

a)

İrəlilə

b)

Yaxşılaş

c)

Azal

d)

Endir

e)

Düzül

18.

Şəxs şəkilçisi qəbul etmiş aşağıdakı feillərdən biri həm əmr,həm də arzu şəklində işlənə bilər.

a)

Gördük

b)

Gəlməliyik

c)

Görəsiyik

d)

Gözləyək

e)

Gətirsək

19.

Sözə qoşularaq məsafə mənası yaradan qoşmaları seçin.

a)

əvvəl,sonra,bəri

b)

kimi,qədər,tək

c)

-can2,kimi,-dək

d)

tərəf,sarı,doğru

e)

qədər,tək,sonra

20.

"Azərbaycan,türkmən,qaqauz dilləri türk dilləri ailəsinə,amma rus,Ukrayna və Belarus dilləri qrupuna daxildir."cümləsindəki bağlayıcının sinonimini tapın.

a)

Çünki

b)

Ancaq

c)

Habelə

d)

Hərgah

e)

Həmçinin