Font size
WorksheetsCoğrafiya8
Total questions: 15
Worksheet time: 11mins
Təbii və antropogen landşaftlar Yerin hansı təbəqəsi daxilində formalaşır?
A) Mantiyanın
B) Litosferin
C) Atmosferin
D) Hidrosferin
E) Coğrafi təbəqənin
Ərazisində tundra, meşə-tundra, tayqa zonaları olan materiklər:
A) Şimali Amerika, Avrasiya
B) Avrasiya, Afrika
C) Avrasiya, Cənubi Amerika
D) Şimali Amerika, Cənubi Amerika
E) Afrika, Şimali Amerika
Üzvi aşınma hansı ərazilərdə daha intensiv gedir?
A) Mülayim enliklərin çölləri və meşə-çolləri
B) Subtropik enliklərin səhraları
C) Tropik enliklərin yarımsəhraları
D) Ekvatorial enliklərin daimi rütubətli meşələri
E) Arktik enliklərin səhraları
Qütb və tropik səhraların oxşar əlamətlərini müəyyən edin:
A) Temperaturun yüksək olması, məhsuldar torpaqlar
B) Rütubət çatışmazlığı, qumlu səhralar
C) Şərq sahillərində meşələrin yaranması
D) Bioloji aləmin kasıblığı, zəif torpaq örtüyü
E) Qərb sahillərindən isti cərəyanların keçməsi
Endemik bitkilər nəyə deyilir?
A) Geniş yayılan bitkilər
B) Ancaq səhralarda bitən bitkilər
C) Quraq şəraitdə becərilən bitkilər
D) Ancaq müəyyən ərazidə bitən bitkilər
E) Yalnız qara torpaqlarda bitən bitkilər
Coğrafi enlikdən birbaşa asılı olmayan təbii komponent:
A) Heyvanlar aləmi
B) Yer səthinin relyefi
C) Bitki örtüyü
D) İqlim
E) Torpaq örtüyü
Təbii zonaları yaradan əsas amil:
A) Relyefin müxtəlifliyi
B) Təzyiq qurşaqlarının paylanması
C) Quru və su sahələrinin qeyri-bərabər paylanması
D) İşıqlanmanın müxtəlifliyi
E) İstilik və rütubətin nisbəti
Antropogen dəyişikliyə daha az məruz qalan təbii zonalar:
A) Ekvatorial rütubətli meşələr və çöllər
B) Savanna və meşə-çöllər
C) Arktik səhralar və tundra
D) Tundra və çöllər
E) Meşə-tundra və meşə-çöllər
Troposferdə "istixana" effektini yaradan başlıca səbəb:
A) Dünya okeanının çirkləndirilməsi
B) Yer kürəsində əhalinin artması
C) Oksigen qazının atmosferdə çoxalması
D) Ozon təbəqəsinin nazikləşməsi
E) Karbon qazının atmosferdə artması
Mülayim enliklərdə yaranan təbii zonaları müəyyən edin:
1.iynəyarpaqlı meşələr
2.meşə-çöl və çöllər
3.enliyarpaqlı meşələr
4.Tundra və meşə tundra
5.savanna və seyrək meşələr
Tayqa zonasının səciyyəvi əlamətləri:
1.Subekvatorial iqlim qurşağında yerləşir
2.İynəyarpaqlı ağacların üstünlüyü
3.Mülayim iqlim qurşağında yerləşir
4.Enliyarpalı ağacların üstünlüyü
5.Podzol torpaqların yayılmasıl
Aşağıdakı əlamətlər hansı təbii zonaya aiddir?
1.İllik yağıntıları boldur.
2.Zəngin bitki və heyvanat aləmi vardır.
3.Qırmızı-sarı-ferralit torpaqlar formalaşmışdır.
4.İllik temperatur amplitudu azdır.
A) Rütubətli ekvatorial meşələr
B) Musson meşələri
C) Arktik səhralar
D) Savanna və seyrək meşələr
E) Codyarpaqlı meşə və kollar
Aşağıdakı əlamətlər hansı təbii zonaya aiddir?
1.Yağıntının düşməsində fəsli dəyişkənlik kəskin nəzərə çarpır.
2.Orta illik temperatur +20oC-dən yuxarıdır.
3.Bitki örtüyü və heyvanat aləmi zəngindir.
4.Torpaq örtüyü zəngin və torpaq qatı qalındır.
A) Tayqa
B) Çöl və meşə-çöl
C) Tundra
D) Rütubətli ekvatorial meşə
E) Qarışıq meşə
Torpaqların şoranlaşmasının əsas səbəbi:
A) Buxarlanma və yağıntının çox olması
B) Qurunt sularının səviyyəsinin səthə yaxın olması
C) Buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin az olması
D) Torpaqda humusun çox olması
E) Rütubətlilik əmsalının vahiddən böyük olması
Coğrafi təbəqədə ritmik hadisələri yaradan səbəblər:
1.Dünya okeanındakı cərəyanlar
2.Yerin öz oxu ətrafında fırlanması
3.Torpaq-bitki örtüyünün müxtəlif olması
4.Yerin Günəş ətrafında hərəkəti
5.Yerin fırlanma oxunun orbit müstəvisinə meyilli olması
