NEW
Font size
WorksheetsANA DİLİ 4-CÜ SİNİF
Total questions: 15
Worksheet time: 8mins
Omonim sözü tap
a) baş
b) göz
c) ətək
d) qaz
Məntiqi ardıcıllığı tamamla.....
Yanvar,Mart,May.....
a) avqust
b) dekabr
c) iyul
d) oktyabr
Sadə sifət hansıdır ?
a) uzunsov
b) otsuz
c) duzlu
d) yaxşılıq
Sözlərin birinə cəm şəkilçisi artırıla bilməz
a) kitab
b) qələm
c) camaat
d) şəkil
“Ordu güc toplayıb yenidən hücüma keçdilər” cümləsində hansı qayda pozulub ?
a) sözün yazılışı
b) söz sırası
c) mübtəda xəbərin uzlaşması
d) sözün tərkibi
Verilmiş sözlərin biri eyniköklü deyil ?
a) bağça
b) bağlıq
c) bağban
d) bağırsaq
Köməkçi nitq hissələri sözlərin elə məna qruplarıdı ki,....
Bu fikirlərdən biri səhvdir.
a) Leksik mənaya sahib olmur
b) Ayrılıqda cümlə üzvləri kimi işlənə bilər
c) Əsasən şəkilçi qəbul edib dəyişmir
d) Söz yaradıcılığında iştirak etmir
Bunlardan biri köməkçi hissələrinə aid deyil;
a) bağlayıcı
b) qoşma
c) zərf
d) ədat
Hansı cümlədə “ilə” qoşma deyil;
a) Bahar ürəkaçan gözəlliyi ilə bizim ellərə gəliridi
b) Barıtla odun dostluğu olmaz
c) Adamı hünəri ilə tanıyarlar
d)Onda gərək faytonla gedəsən
Biri ədat deyil...
a) artıq
b) yalnız
c) təki
d) olmaya
Cümlədə bu bağlayıcıların birindən sonra vergül qoyulur;
a) ancaq
b) çünki
c) habelə
d) ki
Verilmiş nümunədə hansı köməkçi nitq hissəsi işlənməmişdir?
“Amma dəmiryolu çəkiləndən sonra şosse yolunda gediş-gəliş azaldı,mən də ,deyəsən,elə boş evə qarovul çəkirəm”
a) qoşma
b) bağlayıcı
c) nida
d) ədat
Nida işlənmiş cümləni göstərin;
a) –Yox,o barədə arxayın olun
b) –Oho,heç onun dərdini çəkməyin ,lap qırğı kimidir
c) –Bəs nə vaxt gələcək,evə tezmi buraxacaqsınız?
d) –Demək , hamı kənddədir ?
Biri doğrudur;
a) Sinonim-əks mənalı sözlərə deyilir
b) Antonim- yaxın mənalı sözlərə deyilir
c) Omonim – yazılışı və deyilişi eyni,mənası müxtəlif olan sözlərə deyilir
d) omonimlər eyni nitq hissəsinə aid deyillər
Biri sifətdir;
a)bahalı
b)şəhərli
c)kəndli
d)məktəbli
