wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan dili. sinaq1

Total questions: 7

Worksheet time: 7mins

Name
Class
Date
1.

Üzərindəki rəqəmlərə əsasən müəyyən edin:


Hərəkətə aiddir, zərf deyil.

Yorulmadan1 çalışır.

Təmkinlə2 danışır.

Hələ3 tələbəyəm.


Zərfdir, hərəkətə aid deyil.

Yenə4 çalışqansınız.

Türkcə5 danışırlar.

İndi6 gümrahsınız.

a)

A) 2,3,4

b)

B) 1,5,6

c)

C) 1,4,6

d)

D) 2,3,4,5

e)

E) 1,3,5,6

2.

Hansı cümlədəki ilk sözü həm müəllif nitqinin, həm də vasitəsiz nitqin bir hissəsi kimi başa düşmək olar? (Durğu işarələri buraxılmışdır.)

a)

A) Səlim Səbri olmayanlar nə qədər də yoxsuldurlar deyə mənalı-mənalı bizə baxdı.

b)

B) Ana Övladlarımızın sevinci bizim sevincimiz kədəri bizim kədərimizdir dedi

c)

C) Cəfər Cabbarlı Azadlıq gözəl yaşamaq üçündür demişdir

d)

D) Müəllim Az bilən və az düşünən çox danışar deyib sözünə davam etdi

e)

E) Cəlil Azərbaycan üçün çox darıxıram deyərək köks ötürdü.

3.

Hansı bənddə fərqləndirilmiş söz birləşməsindən sonra “ilə” qoşması artırıb birləşmənin tərəflərini ayrı-ayrı cümlə üzvləri kimi təhlil etmək olmur?

a)

A) İnsan sevgisi dəyərlidir.

b)

B) Komanda azarkeşləri ruhlanırdı.

c)

C) Kənd havası insanları heyran edir.

d)

D) Lənkəran çayı çox dadlıdır.

e)

E) Çiçək ətri həşəratları özünə cəlb edir.

4.

Hansı nümunədə sifətin çoxaltma dərəcəsində olan söz var?

a)

A) Dünyada bircə nəfər uşaq bədbəxt olduğu müddətdə, böyük icadlar və irəliləmələr yoxdur. (A.Eynşteyn)

b)

B) Az bilən və az düşünən çox danışar. (F.Nitsşe)

c)

C) Araz sazın zil pərdəsini dilləndirir. (A.Şaiq)

d)

D) Qüdrət xörəyini həris bir iştaha ilə cəld yeyib üstündən iki stəkan tünd çay içdi. (M. Hüseyn)

e)

E) Mədən işlərinə olan böyük həvəsi sayəsində Araz artıq ən təcrübəli bir usta olmuşdu. (A.Şaiq)

5.

Hansı cümlədə “bir” sözü say kimi işlədilmişdir?

a)

A) Onun hər sözündən alıram qüvvət,

Qaladır verdiyi hər bir nəsihət. (Ə.Xaqani)

b)

B) Bu zaman bir gurultu qopdu ki, qulaqlar tutuldu. (A.Şaiq)

c)

C) Yerimdən sıçramaqla pəncərəyə atılmağım bir oldu. (Ə. Məmmədxanlı)

d)

D) İlin hər fəslinin öz hüsnü var, amma qışın ləzzəti bir özgədir. (C.Məmmədquluzadə)

e)

E) Ömrün ilk günü, son günü var,

Beş yüz ildən bir əskik yaşadı çinar. (R.Rza)

6.

Cümlədə hansı rəqəmin yerinə həmcins üzvlərlə bağlı durğu işarəsi qoyulmalıdır?

Sabir kədərlənsə də(1) özünü ələ aldı(2) düşündü ki(3) hər şey(4) sevinc də(5) kədər də müvəqqətidir(6) indi körpə Arazı(7)oğlunu düşünməli(8) onun üçün yaşamalıdır.

(a)  

7.

Tərkibi baxımdan yalnız iki cür təhlil edilə bilən sözlər hansılardır?

1. Qala

2. Alaq

3. Daraq

4. Yazı

5. Gəlir

a)

1

b)

2

c)

3

d)

4

e)

5