NEW
Font size
WorksheetsAZƏRBAYCAN DİLİ FƏNNİ 7-Cİ SİNİF
Total questions: 15
Worksheet time: 8mins
Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir?(Ardıcıllığı müəyyən edin.)
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar, bəlkə? (Bəxtiyar Vahabzadə)
A) Modal söz, nida, bağlayıcı, modal söz
B) Ədat, modal söz, qoşma, bağlayıcı
C) Ədat, ədat, bağlayıcı, qoşma, modal söz
D) Ədat, ədat, qoşma, nida, ədat, qoşma
E) Ədat, nida, bağlayıcı, modal söz, ədat
“ Siz deməsəydiniz, mən hadisədən xəbərsiz qalardım.” cümləsində fərqləndirilmiş söz qramatik formasına görə necə izah olunur?
A) Şərt şəklinin – dı4 şəkilçili keçmiş zaman ilə işlənməsi.
B) Feilin xəbər şəkli.
C) Feili bağlama.
D) Feilin arzu şəklinin idi hissəciyi ilə işlənməsi.
E) Feilin şərt şəklinin idi hissəciyi ilə işlənməsi.
Hansı cümlədə feili sifət hallanmışdır?
A) Bu güllər tez açılandır.
B) Hamı onun təzə yazdığı kitabdan danışır.
C) Çoxlu görüləsi işlərimiz var.
D) Bu bayramda bütün küsülülər barışır.
E) Bildiklərimin hamısını ona ətraflı danışdım.
Təsriflənməyən fellərin işlənmə ardıcılığını müəyyən edin.
· Feili sifət
· Feili bağlama
· Məsdər
1. Sən olan dünyaya qurban olaram.
2. Bəzi insanların eybi danışdıqca üzə çıxır.
3. Sən bütün dünyaya deyərsən ,inan
Dünya yaşamağa dəyər, nə yaxşı! ( N.Həsənzadə)
A) 1,2,3
B) 1,3,2
C) 2,1,3
D) 2,3,1
E) 3,2,1
“ Zəng vurulandan sonra da, xeyli durdum, yazı işlərini diqqətlə yoxladım” cümləsində zərfin mənaca hansı növləri işlənmişdir?
Ardıcıllıqla göstərin.
A) kəmiyyət, tərzi – hərəkət
B) zaman, yer
C) zaman, kəmiyyət, tərzi – hərəkət
D) tərzi – hərəkət, kəmiyyət
E) yer,kəmiyyət, zaman
Uyğunsuzluğu müəyyən edin:
A) ki – bağlayıcı,ədat
B) ilə - qoşma, bağlayıcı
C) yəni – bağlayıcı,ədat
D) di - ədat,feil
E) ancaq - ədat,bağlayıcı
Omonimliyi olmayan ədatları müəyyən edin.
A) ancaq,hətta
B) artıq,bir
C) bax, qoy
D) məgər, kaş
E) elə,belə
Hansı cümlədə fərqləndirilmiş söz zərf deyil?
A) İrəli getmək təhlükəli idi.
B) Bax belə ötüşür qayğısız həyat.
C) Azərbaycanda min illərdir bir çox millətlər birgə yaşayır.
D) Zorla qoyuna gedən köpəyin sürüyə nə faydası.
E) Bədahətən şeir demək xüsusi istedatdır.
Nümunədə üç məqamda – la2 işlənmişdir.Bunlar nədir?
Çişəklərlə, quşlarla dolacaq bağım mənim,
Daşacaqdır həyatlar əlvan otağım mənim.
( M.Müşfiq)
A) qoşma, bağlayıcı,ədat
B) qoşma
C) bağlayıcı
D) zərf düzəldən şəkilçi
E) qoşma, bağlayıcı və zərf düzəldən şəkilçi.
“ Ay aman, deyəsən, sən də onlara tərəf çıxırsan, bəs nə vaxt məni anlayacaqsan?” cümləsində köməkçi nitq hissələrinin ardıcılığını müəyyən edin.
A) nida,bağlayıcı,qoşma,modal söz
B) nida,modal söz,bağlayıcı,qoşma,ədat
C) nida,modal söz,ədat,qoşma
D) nida,bağlayıcı,bağlayıcı,modal söz
E) nida, modal söz,ədat,ədat
Feili bağlama şəkilçilərdən biri zaman bildirmir.
A) – arkən2
B) – acaq2
C) – a2, - a2
D) –ar2,maz2
E) – ıb4
Şərt şəklində olan feillər sırasını seçin.
A) oynaya,gülə,sevə
B) alasıdır,görəsidir,yazasıdır
C) getməlidir,almalısan,bilməliyik
D) ağlasa,göndərsə,yollansa
E) yazasıdır,oxuyaram,sevinə
Sual işarəsinin yerinə hansı şəkilçi artırsaq feildən feil düzələr?
A) – lan
B) – ıl
C) – mış
D) – ar
E) – acaq
“Həyətdəki bitkilər göz oxşayırdı” cümləsindəki leksik şəkilçilər hansı nitq hissələrinə artırılmışdır?
1. sifətə 2. Ismə 3. zərfə 4. feilə 5. əvəzliyə
A) 1,4
B) 2,4
C) 3,5
D) 1,5
E) 2,5
Hansı feil məchul və qayıdış növlərdə fərqli şəkilçi qəbul edir?
A) de( mək)
B) dara( maq)
C) bəzə(mək)
D) tut( maq)
E) bürü( mək)
