Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Azərbaycanın iqlimi

Total questions: 18

Worksheet time: 14mins

Name
Class
Date
1.

Azərbaycanda günəş enerjisindən istifadənin perspektivi daha böyük olan ərazilər:

a)

Abşeron, dağətəyi və yüksək dağlıq sahələr

b)

Naxçıvanın Arazboyu düzənlikləri,Şollar düzü, Böyük Qafqazın yüksək dağlığı

c)

Naxçıvanın Arazboyu düzənlikləri, Abşeron, Kür-Araz ovalığı

d)

Lənkəran ovalığı, Qobustan, Böyük Qafqazın cənub yamacı

e)

Şollar düzü, Kiçik Qafqazın orta dağlığı,Acınohur öndağlığı

2.

Səpələnən günəş radiasiyasının daha çox olduğu ərazilər:

a)

Kür-Araz ovalığı, Qobustan,Şollar düzü

b)

Lənkəran ovalığı,Qusar maili düzənliyi, Böyük Qafqazın orta dağlıq zonası

c)

Ceyrançöl,Şərur-Ordubad düzənliyi, Lənkəran ovalığı

d)

Samur-Dəvəçi ovalığı,Qusar maili düzənliyi, Böyük Qafqazın cənub yamacı

e)

Kür-Araz ovalığı,Qanıx-Əyriçay vadisi,Samur-Dəvəçi ovalığı

3.

Rütubətlənmə əmsalının vahiddən kiçik olduğu əraziləri seçin:

a)

Böyük Qafqazın cənub yamacı

b)

Kür-Araz ovalığı

c)

Abşeron

d)

Qarabağ vulkanik yaylası

e)

Qobustan

4.

Havanın orta illik temperaturu +10°-dən aşağı olduğu məntəqələr:

a)

Lerik, Neftçala, Şahbuz

b)

Şərur, Naxçıvan, İmişli

c)

Daşkəsən, Kəlbəcər,Şuşa

d)

Şamaxı, Yevlax,Qazax

e)

Sabirabad,Gəncə, Göygöl

5.

Abşeronda isti yay günlərində xəzri küləyinin havada yaratdığı dəyişikliklər:

a)

Hava çirklənir, temperatur kəskin artır

b)

Havanın temperaturu aşağı düşür, bürkü olur

c)

Yağıntı çoxalır,rütubətlilik azalır

d)

Temperatur aşağı düşür,hava sərinləşir

e)

Çirkli hava təmizlənir,dolu yağır

6.

Azərbaycanda yağıntıların çox düşdüyü ərazilər:

a)

Kür-Araz, Böyük Qafqaz

b)

Böyük Qafqaz, Talış dağları

c)

Abşeron, Talış dağları

d)

Arazboyu düzənliklər, Böyük Qafqaz

e)

Qobustan-Abşeron, Talış dağları

7.

Atmosfer təzyiqinin artmasına görə Azərbaycanda dağ zirvələrinin düzgün sırasını müəyyən edin.

a)

Kömürköy, Şahdağ,Dübrar

b)

Kömürköy, Böyük Kirs,Qızyurdu

c)

Küküdağ,Qapıcıq, Böyük Kirs

d)

Tufandağ, Şahdağ, Bazardüzü

e)

Şahdağ,Gamışdağ,Dübrar

8.

İllik yağıntıların miqdarının daha çox olduğu məntəqələr:

a)

Qəbələ

b)

Xızı

c)

Cəlilabad

d)

Astara

e)

Qax

9.

Böyük Qafqazın cənub yamacına qış aylarında çox qar düşməsinin nəticələrini seçin:

a)

Yayın əvvəllərində çaylar quruyur

b)

Yazda çaylar bolsulu olur

c)

Torpaqlarda zəngin rütbət ehtiyatı toplanır

d)

Eroziya prosesi güclənir

e)

Bitki örtüyü zəif inkişaf edir

10.

Azərbaycan üçün səciyyəvi olan yerli küləklər:

a)

Tayfun,səmum,bora

b)

Səmum,çəksin,xəzri

c)

Xəzri, gilavar, tornado

d)

Gilavar,xəzri,ağ yel

e)

Musson,xəzri,ağ yel

11.

İqlimi Azərbaycana oxşar olan dövlətlər:

a)

Yunanıstan, İtaliya, Türkiyə

b)

Böyük Britaniya, Yaponiya,Polşa

c)

İran, Küveyt,İtaly

d)

Qazaxıstan, Ukrayna, Almaniya

e)

Misir,Kanada, İspaniya

12.

Lənkəran ovalığı üçün xarakterik olan iqlim:

a)

İlboyu rütubətli isti iqlim

b)

Qışı rütubətli keçən mülayim-isti iqlim

c)

Yayı quraq keçən mülayim-isti iqlim

d)

Yayı rütbəli keçən mülayim-isti iqlim

e)

Yayı quraq keçən soyuq iqlim

13.

Kür-Araz ovalığı üçün səciyyəvidir:

a)

Rütubətli subtropik iqlim

b)

Qışı soyuq keçən yarımsəhra və quru çöl iqlimi

c)

İl boyu quraq keçən iqlim

d)

Yayı rütbəli keçən mülayim isti iqlim

e)

Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi

14.

Azərbaycanda isti-quru havanın yaranmasına səbəb olan hava kütlələri hansıdır?

a)

Subarktik

b)

Tropik

c)

Mülayim

d)

Subekvatorial

e)

Ekvatorial

15.

Respublikamızda mülayim-isti iqlim tipinin yayıldığı düzənlikləri seçin:

a)

Mil-Muğan

b)

Lənkəran

c)

Ceyrançöl

d)

Şərur-Ordubad

e)

Qanıx-Əyriçay

16.

Azərbaycanda yarımsəhra və quru çöl iqliminin hakim olduğu ərazilər:

a)

Böyük Qafqazın orta dağlıq qurşağı

b)

Kiçik Qafqazın yüksək dağlıq qurşağı

c)

Kür-Araz ovalığı

d)

Naxçıvanın Arazboyu düzənlikləri

e)

Lənkəran ovalığı

17.

Azərbaycan Respublikası ərazisində tropik hava kütlələrinin yaratdığı şərait:

a)

Düz radiasiyanın üstün olması

b)

Havanın qalxan hərəkəti

c)

Yağıntıların miqdarının artması

d)

Səpələnən radiasiyanın üstün olması

e)

İsti və quru hava şəraiti

18.

Azərbaycan ərazisində Culfa məntəqəsi üçün səciyyəvi xüsusiyyət:

a)

Ən az yağıntı müşahidə edilir

b)

Mütləq maksimum və minimum temperaturlar burada müşahidə edilmişdir

c)

Ən yüksək buludluluq müşahidə edilir

d)

Qışı mülayim keçən yarımsəhra iqlim tipi hakimdir

e)

Yayı quraq keçən dağ soyuq iqlim tipi hakimdir