Font size
WorksheetsKöməkçi nitq hissələri
Total questions: 10
Worksheet time: 5mins
Hansı sözün leksik mənası yoxdur?
kimi
harada
kaş
bu
Ədat hansıdır?
deyəsən
axı
çünki
qədər
Hansında "sonra" fərqli nitq hissəsidir?
Əvvəl düşün, sonra danış.
Dərsdən sonra görüşərik.
Yeməkdən sonra əlləri yumaq lazımdır.
Bundan sonra işimiz asandır.
Modal söz hansı cümlədədir? (Durğu işarələri buraxılmışdır)
Görünür başı qarlı uca dağlar.
Səhnədə iştirakçılar görünür.
Məktəbin təmiri görünür yayda tamamlanacaq.
Sizin paltarınız çox qəşəng görünür.
Hansı söz həm də əsas nitq hissəsi kimi işlənir?
Axı sən çox balacasan.
Evə çatan kimi zəng vurdular.
Bəlkə, sənə deməyəcəklər.
Maşın lap qarşımızda dayandı.
-ilə (la/lə) bağlayıcıdır:
Uşaq sevinclə irəli addımladı
Muradla bağa yollandıq.
Şəklini boyalarla rənglədi.
Divanla kreslo köhnəlmişdi.
Evdən çıxandan .......... yağış yağmağa başladı, ............, çətir götürməmişdilər, ....................... islandılar.
əvvəl, çünki, nəhayət
sonra, təəssüf ki, ona görə də
qabaq, heyif ki, deməli
sonra, ki, amma
Hansı cümlədə məsafə mənası bildirən qoşma var?
Uşaq səhərə kimi yata bilmədi.
O, atası kimi ehtiyatlı idi.
Dünən gec olduğu üçün evədək piyada getməli olduq.
Onun qədər xəsis bir insan görməmişəm.
Deməli, siz bu məsələni bilirsiniz, lakin hadisənin necə baş verdiyini görmüsünüzmü? - cümləsində köməkçi nitq hissələrinin işlənmə ardıcıllığı hansıdır?
modal söz, bağlayıcı, qoşma
bağlayıcı, ədat
modal söz, bağlayıcı
modal söz, bağlayıcı, ədat
sifət və qoşma kimi işlənən sözlər hansıdır?
kimi, üçün, ilə
tək, sonra
başqa, doğru
sarı, əvvəl
