NEW
Font size
WorksheetsAzərbaycan dili 6r
Total questions: 15
Worksheet time: 8mins
Səhv yazılmış sözü tapın.
sakkız
mürəkkəb
hədiyyə
fəaliyyət
saqqal
Verilmiş sözlərdən neçəsi qoşasamitli sözdür?
yeddi, maaş, hədiyyə, toqqa, bala, səadət, amma,fəvvarə
6
4
5
3
7
Mürəkkəb sözlər cərgəsini göstərin.
yaraşıqlı,soyuq
balıqqulağı, söz-söhbət
tez-tez, məktəb
dənizçi, nağıl
qonaqlıq, yerli
Uyğunsuzluğu tapın.
maraqlı- sifət
hamı- isim
bütün-əvəzlik
baxır- feil
minlərlə- say
Antonim sifətlər işlənmiş cərgəni göstərin
yer- göy
güclü- zəif
yatır-durur
tez-gec
yaz-bahar
Hansı cümlədə qoşasaitli söz işlənib?
Gülsüm xala təndirə çörək yapır.
Ağacdakı meyvə yetişmişdi.
Səadət sarayında nigah oldu.
Bu hadisə hamını sarsıtdı.
Meşəlikdən quşların səsi gəlirdi.
Yaxınmənalı sözlər cütlüyünü ( sinonimlər) seçin
cahan- dünya
keçmiş - gələcək
dar- geniş
biçir- tikir
kitab-dəftər
Feili gələcək zamanda işlənmiş cümləni tapın.
Gecədən əsən külək artıq yavaşıyırdı.
Havanın bürkü olması insanı yorur.
Həsən bizə sabah gələcəkdi.
Yağış çoxdan kəsilmişdi.
Soyuq adamı qılınc kimi kəsirdi.
Hansı variantda yalnız zərf işlənmişdir?
günəşlı
gözəl
yuxarı
çoxlu
eyni
Günəşin parlaq şüası adamın gözünü qamaşdırırdı.-cümləsində işlənmiş isimlər hansı variantda düzgün verilib?
günəşin şüası, adamın gözünü
parlaq, şüası
gözünü,qamaşdırırdı
günəşin parlaq şüası
adamın gözünü qamaşdırırdı
Verilmiş sözləri ismin hallarına əsasən qruplaşdırma hansı variantda düzgün verilib?
1. qonşumuz ,uşaqlar a. Yiyəlik hal
2. qarpızın, qonağın b. Adlıq hal
3. həyətə, dərəyə c. Yönlük hal
4. qalanı, yatağı d. Təsirlik hal
5. məclisdə, kinoda e. Çıxışlıq hal
6. meşədən, qapıdan f. Yerlik hal
1c,2a,3b,4d,5e,6f
1b,2c,3a,4e,5f,6d
1b,2a,3d,4c,5f,6e
1e,2b.,3f,4c,5b,6a
1b,2a,3c,4d,5f,6e
Hansı variantdakı sözün tələffüzü düzgün verilib
təyyarə-[təyarə]
soyuq- [soyuğ]
müasir- [ma:sir]
külək- [küləy]
saat- [sahat]
Tələffüzü fərqlənən neçə söz var?
Nailə, toyuq, dovşan, dəftər, pomidor, kağız, tappıltı, tikan
6
7
5
8
4
Sözlərin tələffüzə əsasən uyğunluğunu tapın.
1.doqquz a. radio
2. ailə b. xarrat
3.qüllə c. səkkiz
4. müayinə d. bədii
5.camaat e. səadət
1a,2b,3c,4d,5e
1b,2a,3d,4c,5e
1c,2a,3b,4e,5d
1c,2b,3a,4e,5d
1c,2a,3d,4b,5e
Hansı ifadədə zərf işlənib?
maraqlı film
dünən gələn
yaşıl meşə
mehriban sima
qara maşın
