WorksheetsDil qaydaları 4-cü sinif
Total questions: 10
Worksheet time: 8mins
Saitlərdən ibarət məntiqi ardıcıllığı tamamlayan söz hansıdır?
kükürd, qutu, üfüq, soyuq, ....
ölçü
sonra
özəl
Atalar sözündə saitlərlə bağlı doğru fikir hansıdır?
El gücü, sel gücü.
Cümlədə qalın saitlər işlənməmişdir.
Bütün saitlər açıqdır.
Bütün saitlər dodaqlanmayandır.
Verilmiş nümunədə dodaqlanan saitli neçə söz var?
Göydə parlasa da, nə qədər ulduz,
Günəşdir nur verən aləmə yalnız.
4
2
5
Tərkibində yalnız açıq saitlər olan atalar sözü hansıdır?
El atan daş dağdan aşar.
Qurddan qorxan qoyun saxlamaz.
Özgə atına minən tez düşər.
İlk hecsı dodaqlanan incə saitlərdən ibarət olan sözlər hansıdır?
dülgər, büsat, qönçə
kino, quyu, şadlıq
sahil, qədim, yumurta
"Şairanə" sözü haqqında hansı fikir doğrudur?
Tərkibində dodaqlanan sait yoxdur.
Tərkibində qapalı sait yoxdur.
Tərkibində açıq sait yoxdur.
Şeir parçasında neçə üçhecalı söz var?
Mən küləyəm, əsməsəm,
Kim bilər ki, mən varam?
Mən buludam, səhraları,
Susuz görüb ağlaram.
4
5
3
Hansı doğru deyil?
Təkhecalı , qapalı saitli söz - stol
İkihecalıə, incə saitli söz - körpü
Üçhecalı, qalın saitli söz - tısbağa
Verilm iş atalar sözlərində hansında ikihecalı sözlərin sayı daha çoxdur?
Oba köçüb yurdu qalıb.
Doğma yurd şirin olar.
Niyyətin hara, mənzilin ora.
Hansı cümlədəki ikihecalı sözün tərkibində səhv yazılmış sait var?
Müdür bizi otağına çağırdı.
Kalbasa çox dadlıdır.
Ümid dərsə getdi.
