Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Keçirilmişlərin təkrarı

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

  1. Bunlardan biri Qədim dövr ədəbiiyyatı tarixinə ( ən qədim zamanlardan - XIII əsrə qədər) aid deyil.

a)

İntibah ədəbiyyatı

b)

N. Gəncəvinin "Xəmsə"si

c)

Farsdilli ədəbiyyat mərhələsinin başlanması

d)

Hürufizmin yaranması

2.

2.Şifahi xalq ədəbiyyatına aid deyil.

a)

Nağıl

b)

Dastan

c)

Roman

d)

Bayatı

3.

3.Şifahi xalq ədəbiyyatını başqa necə adlandırırlar?

a)

Yazılı ədəbiyyat

b)

Folklor

c)

İntibah ədəbiyyatı

d)

Lirika

4.

4.Şifahi xal ədəbiyyatının növlərinə aid edilənlərdən biri səhvdir:

a)

Lirik növ - mahnılar, nəğmələr.

b)

Epik növ - rəvayətlər, əfsanələr.

c)

Dramatik növ - xalq oyunları və tamaşaları

d)

Epik növ - təmsil, hekayə

5.

5.Verilmiş nümunənin janrını müəyyən edin.


Əzizim, vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qürbət ölkə,

Ölməyə vətən yaxşı.

a)

Bayatı

b)

Sayaçı sözlər

c)

Holavarlar

d)

Yas nəğmələri

6.

6.Atalar sözləri və məsəllər arasında hansı fərqlər vardır?

a)

Formaca fərqlənirlər.

b)

Məzmunca fərqlənirlər.

c)

Janrca fərqlənirlər.

d)

Məsələlər müəyyən əhvalatla bağlı olur.

e)

Atalar sözlərində fikir bitkin şəkildə ifadə edilir.

7.

7.Verilmiş nümunələrin janrı ilə bağlı səhv variantı seçin.

a)

İş insanın cövhəridir - məsəl.

b)

Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış - yanıltmac.

c)

Aldım bir dənə,

Çıxdı min dənə - tapmaca.

d)

Balama qurban inəklər,

Balam nə vaxt iməklər - oxşamalar.

8.

8.Salur Qazan ova gederkən öz gərargahın başında kimi qoydu?

a)

Burla xatun və 40 incəbelli qız

b)

Uruz və 300 igid

c)

Qaraca çoban

d)

Dayısı Aruz bəyi

9.

9.Kafirlər "Qazan bəydə bir heyfimiz qaldı" deyərkən nəyi nəzərdə tutrdular?

a)

Qazan bəyin atlarını

b)

Qazan bəyin qatar-qatar dəvələrini

c)

Qazan bəyin on min qoyununu

d)

Qazan xanın qiymətli xəzinəsini

10.

10.Qaragünə Qazan xanın yuxusunu yozur. Bunlardan biri səhvdir..

a)

Qara bulud dediyin sənin taleyindir.

b)

Qar ilə yağmur dediyin sənin qoşunundur.

c)

Saç qayğıdır, dərdi-sərdir.

d)

Qala - qaranlıqdır.

11.

11.Nizami Gəncəvi haqqında biri səhvdir.

a)

Yaşadığı illər 1141-1209

b)

Yalnız Gəncədə yaşamışdır

c)

Həyat yoldaşı Afaq, oğlu Məhəmməd idi.

d)

Yalnız Azərbaycan dilində yazmışdır.

12.

12.Biri "Xəmsə"yə aid deyil:

a)

Beşlik deməkdir.

b)

30 il ərzində ərsəyə gətirib.

c)

Həm Azərbaycan, həm də fars dilində yazılıb.

d)

"İsgəndərnamə" iki hissədən ibarətdir.

13.

13.Poemaların ideyası ilə bağlı səhv variantı seçin:

a)

"Sirlr xəzinəsi" - məhəbbət

b)

"Leyli və Məcnun" - saf məhəbbət

c)

"Xosrof və Şirin" - saf məhəbbət

d)

"Yeddi gözəl" - ədalətli hökmdar.

14.

"Nizami Gəncəvinin sonuncu poeması olan ... 1203-cü ildə tamamlamışdır. Əsər iki hissədən ibarətdir. Poemanın qəhrəmanının apardığı müharibələri, haqqı, ədaləti bərqərar etmək üçün göstərdiyi səyləri əhatə edən birinci hissə “Şərəfnamə” adlanır. “İqbalnamə” adlanan ikinci hissədə isə şairin həyat, insan, insanın cəmiyyətdəki yeri, vəzifələri və s. barədə elmi-fəlsəfi düşüncələri öz əksini tapmışdır" söhbət hansı poemadan gedir?

a)

"Sirlər xəzinəsi"

b)

"isgəndərnamə"

c)

"yeddi gözəl"

d)

"Xosrov və Şirin"

15.

15.Hansı beytdə şair "İsgəndərnamə" poemasının yazma səbəbini açıqlayır?

a)

İskəndər haqqında heç bir əsərdə

Məlumat görmədim yığcam bir yerdə.

b)

Mən elə başladım bu şux dastanı,

Coşdurar sazımın səsi dünyanı.

c)

Tarixdən onları bir-bir alaraq

Düzdüm dastanıma, əsər yaratdım,

d)

Dastanı düzərkən fikrim açıqdı,

Söz səlis olsa da, yol dolaşıqdı.

16.

16.İsgəndər haqqında verilənlərdən biri səhvdir.

a)

27 yaşında Peyğəmbər olur.

b)

Daraya müharibədə qalib gəlir.

c)

Doğma məkanı Afina idi.

d)

Atası Feyləqus idi.

17.

17.Hələ İsgəndər doğulmamışdan əvvəl münəccimlər onun haqqında hansı fikir söyləyirlər?

a)

Bilikli münəccim başladı işə,

Baxdılar fələkdə olan gərdişə.

b)

Taleyi göründü nurdan da parlaq,

Nə deyim, o yaman gözlərdən iraq.

c)

Meydan axtarırdı beşikdə ikən,

Yəhərə atıldı öz beşiyindən.

d)

Meydan axtarırdı beşikdə ikən,

Yəhərə atıldı öz beşiyindən.

18.

18.Nüşabə kim idi?

a)

Bərdə hökmdarı

b)

Dərbənd hökmdarı

c)

Xan qızı

d)

Azərbaycanın hökmdarı

19.

19.Nüşabə İsgəndərin əslində elçi olmadığını necə bilir?

a)

Nüşabə xəzinəsində saxlanan şəkli İskəndərə göstərir.

b)

Nüşabə İsgəndərlə şəxsən tanış omaq istədiyini bildirir.

20.

20.Nüşabə İsgəndərə necə dərs verir?

a)

Onun qarşısına yemək üçün qızıl, daş-qaşla dolu qab qoyur.

b)

Ona savaşda qalib gəlir.