Font size
WorksheetsCanlı orqanizmlərin kimyəvi tərkibi
Total questions: 15
Worksheet time: 14mins
Canlılar hansı xüsusiyyəti sayəsində Yer üzərində daima mövcud olurlar?
Hərəkət
Böyümə
Qıcıqlanma
Çoxalma
Canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar maddələr dövranı və enerji çevrilmələri hansı quruluş səviyyəsində öyrənilir?
molekulyar
toxuma-orqan
biosfer
biogeosenoz
Aşağıdakılardan hansı mikroelementdir?
dəmir
oksigen
fosfor
sink
Hidrofil maddələrə aid deyil:
mürəkkəb karbohidratlar
sadə karbohidratlar
qələvilər
duzlar
Bu karbohidrat növü bəzi zəhərləri və ağır metalları özünə adsorbsiya edə bilir. Söhbət hansı karbohidratdan gedir?
pektin
sellüloza
xitin
nişasta
Zülallar ikincili quruluşunda hansı formada olur?
zəncir
spiral
yumaq
heç biri
Hüceyrədə gedən kimyəvi reaksiyaları sürətləndirmək zülalların hansı funksiyasıdır?
nəqliyyat
inşaat
fermentativ
hərəkət
DNT-ni RNT-dən fərqləndirən xüsusiyyətlərdən biri də budur:
timin azot əsasına malik olması
adenin azot əsasına malik olması
urasil azot əsasına malik olması
sitozin azot əsasına malik olması
DNT molekulunda A nukleotidlərinin miqdarı 20 faiz olarsa, S nukleotidlərinin faizlə miqdarı nə qədər olar?
20 faiz
30 fazi
10 faiz
40 faiz
Denaturasiya zamanı zülalın hansı quruluşu pozularsa, bu denaturasiya dönməz olar?
birincili
ikincili
üçüncülü
dördüncülü
Hansı quruluşda zülalların tərkibində həm də qeyri zülali hissə ola bilər?
birincili
ikincili
üçüncülü
dördüncülü
Oksidləşməsi zamanı 22 q su əmələ gətirə bilən yağ parçalanarsa nə qədər enerji yaradar?
389 kc
176 kc
778 kc
352 kc
Hüceyrə divarında karbohidratın olması onu hansı funksiyasıdır?
inşaat
energetik
ehtiyat toplayıcı
tənzimləyici
Sinir toxumasında elektrik impulslarının ötürülməsində hansı duzlar iştirak edir?
natrium və maqnezium xlorid duzları
kalium və natrium xlorid duzları
kalium və natrium bromid duzları
kalium və maqnezium xlorid duzları
Xlorofilin əsas tərkib hissəsidir:
maqnezium
sink
yod
dəmir
