wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Köməkçi nitq hissələri

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

"Şənbə günü doğum günümü yalnız ailəmlə qeyd edəcəyəm" cümləsində hansı köməkçi nitq hissəsi iştirak edib?

(Əsra Abdullayeva)

a)

bağlayıcı

b)

ədat

c)

qoşma

d)

modal söz

2.

"Mənim bütün dərslərə hazır gəldiyimi məgər bilmirsən?" cümləsində ədatın hansı məna növü işlənib?(Munis Nursoy)

a)

Arzu ədatı

b)

Sual ədatı

c)

Dəqiqləşdirici ədat

d)

Əmr ədatı

3.

"Kaş pandemiya tezliklə bitəydi, bütün virusa yoluxmuş xəstələr sağalaydı." cümləsində ədatın hansı növü işlənib?(Ömər Şükürlü)

a)

Qüvvətləndirici ədat

b)

Məhdudlaşdırıcı ədat

c)

Arzu ədatı

d)

Sual ədatı

4.

Aşağıdakı cümlələrin hansında "tək" köməkçi nitq hissəsidir?(Ramil Verdiyev)

a)

Mən şahmat yarışına tək getmişdim.

b)

Sualların cavabını tək mən yox, hamı bilirdi.

c)

Kəndin ayağında tək ağac vardı.

5.

"Nə ana dillənir, nə də oğlu ondan söz soruşurdu" nümunəsində bağlayıcının hansı növü işlənib?

(Mert Bozyığit)

a)

İştirak bağlayıcısı

b)

İnkarlıq bağlayıcısı

c)

Bölüşdürmə bağlayıcısı

d)

Qarşılaşdırma bağlayıcısı

6.

"Covid-19 virusundan qorunmaq üçün həm maska taxmalısınız, həm də qoruyucu vasitələrdən istifadə etməlisiniz" cümləsində bağlayıcının hansı növü iştirak edib?

(Əli Əhmədli)

a)

Qarşılaşdırma bağlayıcısı

b)

İştirak bağlayıcısı

c)

Şərt bağlayıcısı

d)

Güzəşt bağlayıcısı

7.

Aşağıdakı variantlardan birində sarı qoşmadır:

(Elməddin Səlimli)

a)

Günəşin sarı şüaları ətrafa yayılırdı.

b)

Nənə yaralının qolunu sarıdı.

c)

Murad məktəbə sarı qaçaraq getdi.

8.

"Bu gün Azərbaycan Respublikasının yenilməz ordusu var, buna görə də biz qalibik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" cümləsində bağlayıcının hansı növü iştirak edib?

(Nuray Əsgərzadə)

a)

Şərt bağlayıcısı

b)

Aydınlaşdırma bağlayıcısı

c)

Səbəb bağlayıcısı

d)

Bölüşdürmə bağlayıcısı

9.

"Mən böyüyüb atam kimi mərd hərbçi olub, Azərbaycan Respublikasına xidmət edəcəyəm." cümləsində hansı hansı köməkçi nitq hissələri iştirak edib?

(Əkbər Əliyev)

a)

Bağlayıcı

b)

Qoşma

c)

Modal söz

d)

Ədat

10.

"Pişiyim Pati ilə oynamağı sevirəm, çünki biz birlikdə çox əylənirik" cümləsində hansı köməkçi nitq hissəsi işlənib?

(Ömər Məmmədli)

a)

Qoşma

b)

Bağlayıcı

c)

Ədat

d)

Modal söz

Similar Resources on Wayground