wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sosial iş nəzəriyyəsi və təcrübəsi

Total questions: 15

Worksheet time: 9mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı sosial işçinin klientə münasibətdə etik məsuliyyətlərinə aid deyil?

a)

Sosial İşçi problemlərinin həlli ilə məşğul olduğu klient ilə cinsi əlaqədə olmamalı və ona münasibətdə cinsi zorakılıq etməməlidir.

b)

Öz müqəddəratını təyin etməyə

c)

Məxfiliyi qorumaq

d)

Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.

2.

Uşağa baxmaqda məsuliyyət daşıyan şəxsin bu öhdəliyi yetərincə yerinə yetirməməsini aşağıdakılardan hansı biri kimi adlandırmaq olar?

a)

Cinsi istismar

b)

Emosional istismar

c)

Uşaq istismarı

d)

Uşağa qarşı etinasızlıq

3.

Aşağıdakılardan hansı makro səviyyədə sosial işə aid edilir?

a)

Fərdlə aparılan sosial işə makro səviyyəli qanunvericiliyin tətbiq olunması

b)

Qrupla aparılan sosial işə keys-menecment prosesinin mərhələli şəkildə tətbiq olunması

c)

Əlillərlə aparılan sosial işdə Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa müraciət etmək

d)

Sosial siyasətin müəyyənləşdirilməsində iştirakçılıq

4.

Aşağıdakılardan hansı sosial təhlükəsizlik anlayışlarından biri deyil?

a)

Təhlükəsiz sosial mühitdə yaşamaq

b)

Əlillik müavinəti

c)

İşsizlik

d)

Gəlirin itirilməsi və ya kəskin azalması

5.

Sadalananlardan hansı sosial işçinin vəzifələrinə aid edilmir?

a)

Yaşlılarla aparılan sosial işdə gündəlik qida və dərman məhsullarının alınması

b)

Köməyə ehtiyacı olan insanların dairəsini müəyyənləşdirmək

c)

Sosial müdafiəni təmin etmək

d)

Hüquqi müdafiəni təmin etmək

6.

Sosial işdə Keys-Menecment prosesinin mərhələlərinin düzgün göstərildiyi variantı seçin:

a)

İlkin qiymətləndirmə-Monitorinq-Yekun qiymətləndirmə

b)

İlkin qiymətləndirmə-Tədqiqat-Ailəyə ziyarət

c)

İlkin qiymətləndirmə-Təfsilatlı qiymətləndirmə-Monitorinq-Keysin sona çatdırılması

d)

Tədqiqat-Qiymətləndirmə-İlkin monitorinq-İkinci monitorinq-İşin sona çatdırılması

7.

Aşağıdakı beynəlxalq təşkilatlardan hansı sosial rifah sahəsində fəaliyyət göstərir?

a)

WHO, FAO

b)

ICESCO, UNESCO

c)

UNHCR, UNICEF

d)

UN, FAO

8.

Deviant davranış dedikdə nə nəzərdə tutulur?

a)

Refleksiv və ani müddət ərzində reaksiya olaraq göstərilən davranış

b)

Uşaqların tərbiyə olunmasına maneə törədən davranış

c)

Çətin həyat şəraitinə gətirib çıxaran davranış

d)

Müəyyən qayda və qanunlara riayət edilməyən davranış

9.

Filantrop kimlərə deyilir?

a)

Ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanları yerlə təmin edən şəxslərə

b)

Əvvəllər sosial işçilər filantrop adlandırılırdı

c)

Yalnız təmənnasız psixo-sosial yardım göstərən şəxslərə

d)

Ehtiyacı olan şəxslərə təmənnasız köməklik göstərən insanlara

10.

Əlilliyin nəyə görə sosial problem hesab edilməsinin səbəblərini öz fikirlərinizlə qısaca izah edin:

(a)  

11.

Risk qruplarına aid edilən ən azı 5 sosial qrup sadalayın:

(a)  

12.

Düzgün göstərilməyən ifadəni seçin:

a)

Əlilliyi olan uşaq

b)

I qrup əlilliyi olan şəxs

c)

Sağlamlıq imkanları məhdud uşaq

d)

Valideyn himayəsindən məhrum olmuş uşaq

13.

Sosial işdə Monitorinq nədir?

a)

Ailənin övladlığa götürülmüş uşağa olan davranışına mütəmadi nəzarət edilməsi

b)

Ailənin yaşayış şəraitinin qiymətləndirilməsi

c)

Sona çatdırılan keysin nəticəsinə və effektivliyinə nəzarət

d)

Heç biri

e)

İlk 3 variant doğrudur

14.

Əlilliyə aid termini göstərin:

a)

Pandus

b)

Deviasiya və ya deviant davranış

c)

Minimum əmək haqqı

d)

Ehtiyac meyarı

15.

Aşağıdakılardan hansı sosial xidmət müəssisəsidir?

a)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

b)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

c)

Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq

d)

Sosial Rifah və Tədqiqatlar İctimai Biriyi

e)

Bütün variantlar doğrudur