wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Əsas və köməkçi nitq hissələri (4-cü sinif)

Total questions: 10

Worksheet time: 12mins

Name
Class
Date
1.

Hansı cümlədə topluluq bildirən isim işlənmişdir?

a)

Sürü yaylağa qalxdı.

b)

Quzular mələşirdi.

c)

Tələbələrlə görüş keçirildi.

2.

"Sifət + isim" sxeminə uyğun gəlməyən söz hansıdır?

a)

qəlbitəmiz

b)

xoşqədəm

c)

ucaboy

3.

Verilmiş feillərdən neçəsi təsdiqdədir?

vermir, görərik, qoşulur, deməyəcək, yarandı, düşmür, yazmışıq

a)

3

b)

4

c)

5

4.

Hansı cümlədə zərf yoxdur?

a)

Qoca ağacla yeriyirdi.

b)

Uşaq təəccüblə baxırdı.

c)

Yorğunluqdan zorla danışırdı.

5.

Köməkçi nitq hissəsi ilə başlayan və köməkçi nitq hissəsi ilə bitən cümlə hansıdır?

a)

Yalnız Əhməd gələcək ki?

b)

Bircə bu çətin günlər tez keçib gedəydi.

c)

Səndən başqa heç kəsə etibar etmirəm.

6.

"Dağ" sözünün ilk hərfini əlifbamızın neçənci hərfi ilə əvəz etsək, üç fərqli mənası olan omonim söz yaranar?

a)

25

b)

2

c)

31

7.

Hansı cümlədə mübtəda yoxdur?

a)

Bu adamı yaxşı tanımıram.

b)

Ana körpəsini əzizləyir.

c)

Qardaşı onlara kömək edirdi.

8.

Xitab işlənməyən cümlə hansıdır?

a)

Güllü nənə nəvələrinə nağıl danışdı.

b)

Ana, Murad hara getdi?

c)

Ləman, get qardaşını çağır, gəlib yemək yesin.

9.

Hansı sırada yalnız şəxs əvəzlikləri verilmişdir?

a)

biz, siz, onlar

b)

mən, biz, öz

c)

sən, heç kəs, hamı

10.

Hansı cümlədə məcazi mənalı söz işlənmişdir?

a)

Şirin xatirələr unudulmur.

b)

O, bacısına soyuq su verdi.

c)

Anam həyətdə acı bibər əkdi.