wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Biologiya elmi və insan orqanizmi. Sinir və endokrin sistem.

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

İnsan orqanizminin hansı hüceyrəsində xromosom sayı 46-dan çox ola bilər?

a)

sinir hüceyrəsi

b)

cinsiyyət hüceyrəsi

c)

sümük iliyi hüceyrəsi

d)

qan hüceyrəsi

2.

Canlıların nəsil ağacında ən son yarandığı güman edilən canlılar hansılardır?

a)

insan

b)

bakteriya

c)

göbələk

d)

heyvan

3.

İnsanın əmələ gəlməsinin bioloji amillərinə aid deyil?

a)

təbii seçmə

b)

yaşamaq uğrunda mübarizə

c)

irsi dəyişkənlik

d)

ictimai həyat tərzi

4.

Pişiyin qabın qapağını açıb qida yeməsi nəyin nətiucəsidir?

a)

düşüncəli fəaliyyətin

b)

mücərrəd təfəkkürün

c)

mühitə uyğunlaşmanın

d)

instinktin

5.

İnsanın qan təzyiqini ölçən cihaz necə adlanır?

a)

spirometr

b)

elektrokardioqraf

c)

tanometr

d)

elektroensefaloqraf

6.

Yastı qurdlar tipinin nümayəndələrində sinir sisteminin hansı formasına rast gəlinir?

a)

torşəkilli

b)

sütunvarı

c)

borulu

d)

düyünlü

7.

Yunanca rabitə, birləşmə mənasını verən bu anlayış neyronların bir-birilə təmas yerlərinə deyilir:

a)

akson

b)

peyk hüceyrələri

c)

dendrit

d)

sinaps

8.

Baş beynin hansı şöbəsi iradi hərəkətləri və müvazinəti tənzimləyir?

a)

orta beyin

b)

beyincik

c)

ara beyin

d)

uzunsov beyin

9.

İnsan orqanizmində neçə cür sinir var?

a)

2

b)

3

c)

4

d)

5

10.

İnsanda "bioloji saat" rolunu oynayan vəzi hansı bədən boşluğunda yerləşir?

a)

kəllə boşluğu

b)

döş boşluğu

c)

qarın boşluğu

d)

çanaq boşluğu

11.

Bu xəstəlik zamanı bir çox orqanlar normadan artıq böyüyür. Bu hansı xəstəlikdir?

a)

miksedema

b)

bazedov

c)

akromeqaliya

d)

nəhəngboyluluq

12.

Sinir sisteminin xəstəliklərinə aşağıdakılardan hansını aid etmək olar?

a)

meningit

b)

şəkərli diabet

c)

kretinizm

d)

cırtdan boyluluq

13.

Həm qana hormon ifraz edən, həm də xarici sekresiya funksiyasını yerinə yetirən vəzi hansıdır?

a)

böyrəküstü

b)

hipofiz

c)

timus

d)

mədəaltı

14.

Hissi sinirlər sinir impulslarını hansı istiqamətdə ötürür?

a)

mərkəzi sinir sistemindən orqanlara

b)

reseptordan mərkəzi sinir sisteminə

c)

həm mərkəzi sinir sisteminə, həm də orqanlara

d)

heç biri

15.

Baş beyin yarımkürələr qabığının hansı payında görmə mərkəzi yerləşir?

a)

alın

b)

təpə

c)

ənsə

d)

gicgah

16.

Sinir toxumasının müəyyən hissəsində 10 mln peyk hüceyrəsi varsa bu hissədə nə qədər aksona malik hüceyrə olar?

a)

100 mln

b)

1 mln

c)

10 mln

d)

110 mln

17.

Sadə refleksin yaranmasında hansı növ neyronlar iştirak edir?

a)

hissi və hərəki

b)

hissi və ara

c)

hərəki və ara

d)

hissi, hərəki və ara

18.

İnsan ürəyinin 4 kameradan ibarət olması hansı elmin tədqiqat sahəsidir?

a)

İnsan fiziologiyası

b)

Psixologiya

c)

Gigiyena

d)

İnsan anatomiyası

19.

İnsanın 5 somatik və 10 cinsiyyət hüceyrəsi nüvəsində cəmi nə qədər xromosom var?

a)

230

b)

460

c)

345

d)

690

20.

Rus alimi P.K.Anoxin insan orqanizmində nəyi müəyyən etmişdir?

a)

hüceyrəni

b)

toxumanı

c)

funksional sistemi

d)

orqanlar sistemini