wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Az-dili Quiz

Total questions: 29

Worksheet time: 40mins

Name
Class
Date
1.

Biri sadə söz deyil

a)

dağılmaq

b)

ayılmaq

c)

tanınmaq

d)

barışmaq

e)

düşünmək

2.

Sevdikcə sevilir.sevildikcə sevirsən. Cümləsindı neçə sadə söz var...

a)

iki

b)

bir

c)

üç

d)

dörd

e)

sadə söz yoxdur

3.

Düzəldilmişdir---sözünün kökü hansı nitq hissəsdir.

a)

feil

b)

isim

c)

sifət

d)

zərf

e)

əvəzlik

4.

Hansı cümlədə fərqləndirilmiş söz isim və sifət kimi düşünülə bilməz

a)

Adil şah oldu.

b)

Vahid kitabdan dərs keçirdi.

c)

Əli yaman ilişmişdi

d)

Yeganə kitabını bizə verdi.

e)

Qorxmaz igidlərdən yenə söz açdı.

5.

Hansı sözü 3 fərqli formada tərkibinə görə təhlil etmək olmaz

a)

sınaq

b)

qorxaq

c)

gərək

d)

ağrıdır

e)

yaradır

6.

Hansı sözdəki leksik şəkilçinin omonimi zərf düzəltmir.

a)

döngə

b)

mənlik

c)

başladıq

d)

əlcək

e)

səylə

7.

Verilmiş fikirlərdən biri II sözə aid olsa da. I sözə aid deyil

I Yataq

II Yatır

a)

Eyniköklü söz kimi işlənə.

b)

Həm düzəltmə feil.həm də düzəltmə isim kimi işlənə bilər

c)

Sadə söz kimi işlənə bilər.

d)

Kökü yalnız feil kimi işlənə bilər.

e)

Tərkibində omonimliyi olan şəkilçi

8.

Verilmiş sözlərdən birinin yazlışı və deyilişi fəriqlidir ..

a)

Standart

b)

manipulyasiya

c)

onlayn

d)

induktiv

e)

dövriyyə

9.

Biri digərləri ilə eyni köklü deyil..

a)

diksinmək

b)

dikəlmək

c)

dikilmək

d)

dikləmək

e)

diklik

10.

YARANMAQ -sözünün düzgün leksik mənasını müəyyən edin..

a)

razı qalmaq

b)

yaltaqlıq etmək

c)

narazı qalmaq

d)

təəccüb etmək

e)

yardım elemək

11.

Qoymaram ki , yaş axa ala gözdən.

altindan xətt çəkilmiş söz isimin hansı halındadır.

a)

adlıq

b)

təsirlik

c)

çıxışlıq

d)

yerlik

e)

yiyəlik

12.

Nümunədə yoxdur

Ey ilham pərisi, varsansa əgər,

Bu axşam üstümə qanadını gər.

a)

mənsubiyyət şəkilçili isim

b)

sadə feil

c)

zaman məzmunlu isim

d)

yiyəlik hallı isim

e)

leksik mənası olmuyan söz

13.

Hansı söz düzəltmə feilin kökü ola bilər.

a)

Bir

b)

Məxsus

c)

Əlbəttə

d)

uğrunda

e)

tezlik

14.

Altından xətt çəkilmiş söz haqqında hansı fikir yanlışdər.

Mənə məhəbbət ver, sevim bir kəsi,

Sevim, Elə sevim, özü bilməsin

a)

Əvəzlik yerində işlənmiş zərfdir

b)

Tərz bildirir

c)

Quruluşca sadədir

d)

Sadə feili izah edir

e)

Leksik və qrammatik mənası vardır

15.

Hansı misrada antonim sözlər işlənmişdir.

Yaman çoxalıb bu azlar,

Bu kəndirsiz kəndirbazlar!

Körpülənin, ay Arazlar,

Məni qoymayın təklənəm!

a)

I misrada

b)

II misrada

c)

III misrada

d)

IV misrada

e)

Nümunədə antonim sözlər işlənməmişdir

16.

Biri isim və feil kimi işlənə bilmir

a)

Çıxar

b)

daldalanacaq

c)

yemiş

d)

azar

e)

quru

17.

Biri çoxaltma dərəcəsində olan sifət deyil

a)

Xırdaca

b)

körpəcə

c)

kiçikcə

d)

zorbaca

e)

indicə

18.

Başlanğıc formada olan sayı göstərin.

a)

minlərlə

b)

birincilik

c)

çoxdanki

d)

onda biri

e)

birdən

19.

Biri həm say ,həm də digər nitq hissəsi kimi işlənə bilər.

a)

Birdən

b)

Azlıq

c)

Beşinci

d)

filanıncı

e)

yüz

20.

Hansı cümlədə " MƏNLİK " sözü digərlərindən fərqli mənada işlənmişdir

a)

O fikrə getmişdir, qəlbində, deyən,

Qadın mənliyini boğurdu bir qəm.

b)

Tapdandı əzmimiz,şəxsiyyətimiz,

Mənlik sürgün oldu,yad oldu bizə.

c)

Bu odun istisi yaşatmiş bizi,

Zülmətdən keçirmiş mənliyimizi.

d)

Milli mənliyi olmuyan insanlardan Vətən xeyir gəlməz.

e)

Məncə, burada menlik bir xüsusi vəzifə yoxdur.

21.

Təsirlik halda olan isimlə başlayan cümlələri müəyyən edin.

a)

Bağları mənim çox xoşuma gəldi.

b)

Başı oğlunun xeyir işinə qarışmışdı.

c)

Xəstələri təzə palataya köçürdülər.

d)

Qolu çox ağrıyırdı.

e)

Yazılarımı Kamilə göstərə bilməmişdim.

22.

Cümlələrin birində "O" əvəzliyindən sonra vergül işlənə də, işlənmiyə də bilər:

a)

O gün səni axtarırdım.

b)

Zamir o məhəllədə yaşayır.

c)

O qələmi mənə ver.

d)

Coşqun səndən o dəftəri istəyir.

e)

O kənddə işliyir

23.

Hansı cümlədə "tək" qoşmadır.?

a)

Tək əldən səs çıxmaz.

b)

O, tək gəlmişdi.

c)

Açır piyalətək ağzını zanbaq

d)

Uçaqlar tək-tək içəri girdilər.

e)

Təki sən gələsən.

24.

Kitab sözü adlıq haldadır.

a)

Onun kitabı

b)

kitab ver

c)

kitab vərəqi

d)

kitaba bax

e)

kitab oxu

25.

Verilmiş ifadələrdən hansı frazeoloji birləşmə kimi düşünlə bilməz

a)

Ocağa odun atmaq

b)

Başdan eləmək

c)

Bir tutmaq

d)

Yuxardan aşağı baxmaq

e)

Sərf eləmək

26.

Biri doğrudur?

a)

Qızarmışdır--Sadə sözdür (Yanlış)

b)

Qucaqlamaq--sözun kökü feildir (Yanlış)

c)

Dinləyici--İki leksik şəkilçisi var (Doğru)

d)

Qanmazlıq--iki leksik şəkilçisi var (Yanlış)

e)

Gülşən-- Düzəltmə sözdür (Doğru)

27.

Hansı cümlədə fəriqləndirilmiş söz həm isim , həm də fərqli nitq hissəsi kimi düşünlə bilər?

a)

Babanı binanın girişində qarşıladılar.

b)

Qonşusu oğlundan hər şeyi bir-bir soruşdu.

c)

Dayım Aydından çox şey öyrəndi

d)

Əsgəri yerişindən tanıdıq.

e)

Birdən ikinci mərtəbəyə çox sürətlə qaçdı.

28.

Hansı cümlədə sifət isimləşib?

a)

İsti yay günlərindən biri idi.

b)

Ayırmaq lazımdır yaxşını pisdən

c)

Yaman günün ömrü az olur.

d)

Çıxır dağ döşünə körpə quzular

e)

Soyuq məzara da zinətdir insan.

29.

Hansı nümunədə "bu" əvəzliyindən sonra vergül qoyulmaldır?

a)

Bu heç narahat bele olmadı.

b)

Bu bizi içəri çağırdı.

c)

Bu hər kəsə maraqlı idi.

d)

Bu çoxdan düşündüyüm plan idi.

e)

Bu gündən özümə çətin ki gələ bilim.