NEW
Font size
WorksheetsCümlənin baş üzvləri
Total questions: 10
Worksheet time: 5mins
"Onu hamı sevirdi" cümləsində mübtəda nə ilə ifadə olunub?
sayla
sifətlə
isimlə
əvəzliklə
zərflə
Feili xəbərli cümləni müəyyən edin.
Bizim əsas vəzifəmiz yaxşı oxumaqdır.
Ümidimiz mərd oğlanlaradır.
İndi dövlətimizin inkişafı naminə çalışmalıyıq.
Dost gəlişi bayramdır.
Onun böyük ürəyi var.
"Həyatın işi belədir" cümləsində xəbər nə ilə ifadə olunub?
zərflə
sifətlə
sayla
əvəzliklə
feillə
İsmi xəbərli cümləni müəyyən edin.
Ananın nigarançılığı ürəyimizi kövrəltdi.
Qanunun aliliyinə hamımız hörmətlə yanaşmalıyıq.
Xəstənin vəziyyəti yaxşılaşırdı.
Suyun səviyyəsi artırdı.
İndi bizə yenilməz ordu gərəkdir.
"Aşıq Ələsgərin vətəni Göyçə mahalıdır" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?
isimlə
mürəkkəb adla
feili sifət tərkibi ilə
ismi birləşmə ilə
sifətlə
Cümlənin baş üzvləri hansılardır?
mübtəda, təyin
mübtəda, xəbər
təyin, tamamlıq
zərflik, tamamlıq
tamamlıq, təyin, zərflik
İsmi xəbərin ifadə vasitəsi ola bilməz:
ismi birləşmə
say
əvəzlik
təsriflənən feillər
mürəkkəb ad
Cümlələrdən hansının xəbərinə sual vermək olmur?
Bilik bütün sirlərin açarıdır.
Cəsarətli, mərd rəftarı, düşmənin üzünə dik baxmağı onun çoxdankı vərdişi idi.
Burada fürsəti əldən vermək cinayətdir.
Aqil düşmənin piyada dəstələri ilə qabaqlaşan ilk atlılardan idi.
Bu kitablar hər vaxt sizə lazımdır.
Mübtəda haqqında səhv fikri müəyyən edin.
Cümlənin ən müstəqil üzvüdür, qrammatik cəhətdən heç bir üzvdən asılı deyil.
Kİm? nə? bəzən də hara? suallarından birinə cavab verir.
Bütün ismi və feili birləşmələr cümlədə mübtəda vəzifəsində işlənə bilər.
Haqqında danışılan şəxsi, əşyanı və anlayışı bildirir.
Bütün nitq hissələri ilə ifadə oluna bilir.
Hansı cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuşdur?
Köksünü ötürüb üzümə baxdı.
Kimsə sevinclə dilləndi.
Hamı sakit dayanmışdı.
Bu gün də gözləri yol çəkirdi.
Onlar kəndə yol çəkirdilər.
