wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

RİYAZİYYAT

Total questions: 15

Worksheet time: 1hrs 15mins

Name
Class
Date
1.

Biri yanlışdır

a)

toplananlardan biri cüt, digəri tək ədəddirsə, cəm tək ədəddir;

b)

həm azalan, həm də çıxılan cüt ədəddirsə, fərq cüt ədəddir;

c)

həm azalan, həm də çıxılan tək ədəddirsə, fərq cüt ədəddir;

d)

azalan və çıxılandan biri tək ədəd olarsa, fərq cüt ədəddir

2.

Küçənin hər iki tərəfində eyni sayda ağac var. Küçənin bir tərəfindəki ağacları həm sağdan sola, həm də soldan sağa saydıqda bir ağac həmişə 107-ci olur. Bu küçədə cəmi neçə ağac var?

a)

426

b)

246

c)

106

d)

107

3.

5-ə qalıqsız bölünən üç ikirəqəmli ədədin cəmi 230-dur. Bu ədədlərdən ən kiçiyi ən azı neçə olmalıdır?

a)

45

b)

185

c)

90

d)

95

4.

Üç müxtəlif dördrəqəmli ədədin cəmi 22 531-dir. Bu ədədlərin ən kiçiyi neçə ola bilər?

a)

9 999

b)

9998.

c)

19 997

d)

2 534

5.

Üç müxtəlif dördrəqəmli cüt ədədin cəmi 3 452-dir. Bu ədədlərdən ən böyüyü ən çoxu neçə ola bilər?

a)

9998

b)

1450

c)

1000

d)

1002

6.

Əsli, Əsmər və Aydının birlikdə 670 manat pulu var. Onların hər birinin 100 manatdan çox olmaqla (kağız pullarla) fərqli miqdarda pulları var. Ən çox pul Aydınındır. Aydının pulu ən çoxu neçə manat ola bilər?

a)

203

b)

102

c)

467

d)

101

7.

3 müxtəlif üçrəqəmli tək ədədin cəmi 837-dir. Bu ədədlərdən ən böyüyü ən çoxu neçə ola bilər?

a)

294

b)

633

c)

99

d)

101

8.

Afaq 4 fənn üzrə imtahan verib və 375 bal toplayıb. Afaqın hər bir fənn üzrə topladığı ballar müxtəlif olmaqla 50-dən çox, 100-dən azdır. Afaqın bir fənn üzrə topladığı bal ən az neçə ola bilər?

a)

81

b)

294

c)

99

d)

98

9.

Gün ərzində mağazada satılan televizor və kompüter detallarının ümumi sayı 56 dənə oldu. Satılan kompüter detallarının sayı televizor detallarından 12 dənə çox idi. Neçə kompüter detalı satıldı?

a)

44

b)

34

c)

22

d)

43

10.

Bir həftə ərzində mağazada 2 qutu televizor detalı, 2 qutu kompüter detalı satıldı. Hər qutudakı kompüter detallarının sayı televizor detallarının sayından 6 dənə çoxdur. Mağazada cəmi 76 dənə detal satıldı. Mağazada neçə kompüter detalı satıldı?

a)

44

b)

16

c)

22

d)

64

11.

Nərminə və Aytən kitab oxuyurlar. Onların oxuduqları iki kitabın cəmi 560 səhifəsi var. Nərminənin oxuduğu kitabın səhifələrinin sayı Aytənin oxuduğu kitabın səhifələrinin sayından 20 səhifə çoxdur. Onların hər birinin oxuduğu kitabın neçə səhifəsi var?

a)

290

b)

540

c)

270

d)

280

12.

Samirin, atasının və babasının yaşlarının cəmi 131-dir. Samirin atası babasından 35 yaş kiçik, Samirdən isə 30 yaş böyükdür. Samirin babasının neçə yaşı var?

a)

126

b)

42

c)

77

d)

12

13.

Aytənin, Səmədin, Vasifin birlikdə 75 manat pulları var. Səmədin pulu Aytənin pulundan 10 manat, Vasifin pulundan isə 20 manat azdır. Onların hər birinin ayrılıqda neçə manat pulu var?

a)

S15. V35 A 25

b)

S25 V15 A35

c)

S35 V15 A25

d)

S15 V15 A25

14.

Həsən Əlidən 5 yaş böyükdür. Onların yaşlarının cəmi 10 ildən sonra 39 olacaq. Əlinin indi neçə yaşı var?

a)

19

b)

7

c)

14

d)

5

15.

Düzbucaqlı formalı parkın uzunluğu enindən 20 m çoxdur. Parkın eni ilə uzunluğunun cəmi 46 m-dir. Habil hər səhər bu parkın kənarı ilə 4 dövrə qaçır. Habil hər səhər neçə metr qaçır?

a)

368 m

b)

92m

c)

33m

d)

13m