wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

RİYAZİYYAT

Total questions: 15

Worksheet time: 1hrs 4mins

Name
Class
Date
1.

Bir çıxma əməlində azalan, çıxılan və fərqin cəmi 498-dir. Fərq çıxılandan 11 vahid çoxdur. Azalan və çıxılan neçədir?

a)

Çıxılan 119 . Azalan 249-dur

b)

Çıxılan 130. Azalan 119

c)

Çıxılan249 . Azalan 249-dur

d)

Çıxılan 119 . Azalan 130-dur

2.

Uç ardıcıl tək ədədin cəmi 327-dir. Bu ədədlərdən ən kiçiyi neçədir?

a)

Ardıcıllıq: 107, 111 113

b)

Ardıcıllıq: 108, 109, 111

c)

Ardıcıllıq: 105, 109, 112

d)

Ardıcıllıq: 109, 109, 111

3.

Aralarında 3 il yaş fərqi olan 3 qardaşın yaşlarını topladıqda cəmdə 33 alınır. Böyük qardaşın neçə yaşı var?

a)

6

b)

24

c)

8

d)

14

4.

Ümumxalq şənliyi üçün hazırlanan torta 246 yumurta işləndi. Tortun hər qatına özündən əvvəlki qatdan 20 yumurta az işləndi. 3 qatı olan bu tortun alt qatına neçə yumurta işləndi?

a)

alt qata 186 yumurta işləndi.v

b)

alt qata 102 yumurta işləndi.

c)

alt qata 82 yumurta işləndi.

d)

alt qata 100 yumurta işləndi.

5.

Mağaza 4 gün ərzində keçirdiyi satış kampaniyasında 2 azyaşlı uşağı olan ailəyə bir velosipedi yarı qiymətinə satdı. Hər sonrakı gün əvvəlki gündən 10 ədəd çox olmaqla ümumilikdə kampaniya ərzində 440 velosiped satıldı. a) Kampaniyanın birinci günü neçə velosiped satıldı? b) 4 gündə satılan velosipedlərin sayını göstərən ədədləri ardıcıl yazın.

a)

96, 107, 117 127

b)

95, 105, 115, 125

c)

95, 100, 105, 125

d)

95, 150, 125, 125

6.

İki ədədin cəmi 346, fərqi isə 56-ya bərabərdir. Bu ədədləri tapın.

a)

145 və 201

b)

201 və 201

c)

145 və 202

d)

234 və 134

7.

Teatrda tamaşaçılardan 457 nəfəri qadın və uşaqlardır. Qadınların sayını 2 dəfə artırıb, alınan ədədə 10 əlavə etsəniz, uşaqların sayını taparsınız. Teatrda neçə uşaq var?

a)

308

b)

149

c)

447

d)

156

8.

Ayselin, Günelin və Valehin birlikdə 156 manat pulu var. Günelin pulu Ayselin pulundan 2 dəfə çox, Valehin pulu isə Ayselin pulundan 3 dəfə çoxdur. Onların hər birinin nə qədər pulu var?

a)

Ayselin pulu:46 (manat) Günelin pulu:72 (manat) Valehin pulu: 78 (manat)

b)

Ayselin pulu:20 (manat) Günelin pulu:25(manat) Valehin pulu: 55 (manat)

c)

Ayselin pulu:26 (manat) Günelin pulu:52 (manat) Valehin pulu: 78 (manat)

d)

Ayselin pulu:25 (manat) Günelin pulu:52 (manat) Valehin pulu: 8 7(manat)

9.

Nəbi dünən biri 3 manatdan 7, bu gün isə 9 CD aldı. Nəbi CD-lərə cəmi nə qədər pul verdi?

a)

27manat

b)

48 manat

c)

21 manat

d)

49manat

10.

Bir masanın arxasında 4 nəfər əyləşə bilər. 23 qonağı yerləşdirmək üçün neçə masa lazımdır?

a)

6masa

b)

5 masa.

c)

3 masa.

d)

8masa.

11.

Bir qutu şokoladın qiyməti 4 manatdır. 23 manata neçə qutu şokolad almaq olar?

a)

4 qutu şokolad.

b)

6 qutu şokolad.

c)

5 qutu şokolad.

d)

3 qutu şokolad.

12.

50-dən kiçik elə bir ədəd tapın ki, 7-yə və 2-yə bölündükdə qalıq sıfır, 5-ə bölündükdə isə qalıq 3 olsun. Göstəriş: 50-dən kiçik və 7-yə qalıqsız bölünən cüt ədədləri (2-yə bölünmə əlamətinə görə) ardıcıl yazın, sonra isə digər şərti ödəyən ədədi seçin.

a)

14

b)

28

c)

42

d)

82

13.

61-dən böyük, 100-dən kiçik olan elə ədəd tapın ki, bu ədədi 4-ə böldükdə qalıq sıfır, 5-ə böldükdə qalıq 2, 8-ə böldükdə qalıq 4 olsun.

a)

92

b)

64

c)

68

d)

72

14.

Heyvanxanadakı şir gündə 3 kq, pələng isə 4 kq ət yeyir. Heyvanxanaya gətirilən 100 kq əti şir və pələngin arasında bərabər bölsələr, ət onların hər birinə neçə günə çatar?

a)

50 kq ət şirə 16 günə çatar,50 kq ət pələngə 12 günə çatar.

b)

50 kq ət şirə 15 günə çatar,50 kq ət pələngə 12 günə çatar.

c)

50 kq ət şirə 14 günə çatar,50 kq ət pələngə 12 günə çatar.

d)

50 kq ət şirə 17 günə çatar,50 kq ət pələngə 15 günə çatar.

15.

Bələdiyyə idarəsi qəsəbədən keçən magistral yolun iki tərəfi boyu aralarındakı məsafə 8 m olmaqla çinar ağacları əkməyi planlaşdırır. Uzunluğu 456 m olan yola neçə ağac əkmək lazımdır?

a)

114

b)

57

c)

58

d)

116