wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Nadir Şah

Total questions: 15

Worksheet time: 10mins

Name
Class
Date
1.

Şəkidə Nadir şaha qarşı baş vermiş üsyana rəhbərlik edirdi:

a)

II Sam Mirzə

b)

Məlik Nəcəf

c)

Hacı Çələbi

d)

I Sam Mirzə

e)

Əmiraslan xan

2.

Nadirin şah seçilməsinə qarşı çıxan tayfalardan deyil:

a)

Ziyadoğlu

b)

Bayat

c)

Kəbirli

d)

Cavanşir

3.

Səfəvilərlə Rusiya arasında bağlanmış müqavilələri müəyyən edin:

1.Peterburq 2.İstanbul 3.Rəşt 4.Gəncə 5.Bağdad

a)

1,2,5

b)

2,3,5

c)

1,3,4

d)

2,4,5

4.

1735-ci ilin sonunda:

a)

rus qoşunları Şimali Qafqazdan tamamilə çıxarıldı

b)

rus qoşunları Xəzəryanı bölgəni tutdular

c)

türk qoşunları Cənubi Qafqazda zəbt etdiyi Səfəvi torpaqlarını tərk etməyə məcbur oldu

d)

əfqanlar Səfəvilərin ərazisindən çıxarıldı

5.

Rusiyanın işğal etdiyi Xəzəryanı bölgələrdəki fəaliyyətinə aid deyil:

a)

Neft quyuları haqqında xüsusi sənəd tərtib edilmişdi

b)

Kür çayında gəmiçiliyin və balıqçılığın inkişafı məqsədilə tədbirlər hazırlanıldı

c)

Əhali siyahıya alındı, vergi qanunnaməsi tərtib olundu

d)

Komendant idarəçiliyi yaradılmışdı

6.

Səfəvilər sülaləsini əvəz etmişdir:

a)

Qacarlar

b)

Zəndlər

c)

Şahsevənlər

d)

Əfşarlar

7.

1732-ci il yanvarın 16-da Kirmanşahda sülh imzaladı:

a)

əfqanlarla Səfəvi dövləti arasında

b)

Səfəvi dövləti ilə Osmanlı arasında

c)

Səfəvi dövləti ilə Rusiya arasında

d)

Səfəvi dövləti ilə Venesiya respublikası arasında

8.

Osmanlı sultanı tərəfindən təsdiqlənməyən sülh müqaviləsi:

a)

Bağdad

b)

Rəşt

c)

Kirmanşah

d)

Peterburq

9.

Aşağıdakılar kimə məxsusdur?

1.1743-cü ildə Şəkini müstəqil xanlıq elan etdi

2.Nadir şahın qoşunlarını məğlub etmişdir

3.Nadir şah onu vəkil təyin etmişdir

a)

III Abbasa

b)

II Təhmasibə

c)

Hacı Çələbiyə

d)

İbrahimə

10.

Nadir şahın hakimiyyəti dövrünə aiddir:

a)

Azərbaycan torpaqlarından rusların qovulması

b)

Şirvanda üsyanların baş verməsi

c)

Xorasanın əfqanlar tərəfindən tutulması

d)

Osmanlıların Azərbaycan torpaqlarını tərk etməsi

11.

Hansı müqavilənin şərtinə görə Səfəvilər Osmanlı ordusunu Xəzərsahili vilayətlərə buraxmamalı idilər?

a)

Bağdad

b)

Rəşt

c)

Peterburq

d)

Kirmanşah

12.

Hansı müqavilənin şərtinə görə Azərbaycan torpaqları Rusiya və Osmanlı arasında bölüşdürüldü?

a)

Kirmanşah

b)

Rəşt

c)

İstanbul

d)

Bağdad

13.

Nadir şahın rəiyyəti hərbi qulluğa çağırması nəyə səbəb oldu?

a)

Ordunun zəifləməsinə

b)

siyasi mübarizəyə

c)

Ordunun güclənməsinə

d)

kənd təsərrüfatının zəifləməsinə

14.

Nadir şah donanma yaratmaq üçün hansı dövlətlərə müraciət etdi?

a)

İngiltərə, Hollandiya, Rusiya

b)

İngiltərə, Fransa, Osmanlı

c)

Rusiya, Hollandiya, Fransa

d)

Fransa, Avstriya, Hindistan

15.

-O, Təbrizdə üsyana cəhd etmişdi

-Qazıqumuxlu Surxay xanın oğlu ilə ittifaqa girmişdi

-1743 -cü ilin sonunda üsyana başlamışdı

a)

I Sam Mirzə

b)

Hacı Çələbi

c)

II Sam Mirzə

d)

III Sam Mirzə