NEW
Font size
WorksheetsQaraqoyunlu və Ağqoyunlu
Total questions: 15
Worksheet time: 11mins
Ağqoyunlu Sultan Yaquba aiddir:
1. Qiyam və çıxışların yatırılması
2. Teymurilərə qarşı mübarizə
3. Ərdəbil hakimlərinə qarşı mübarizə
4. “Qanunnamə”nin qəbul edilməsi
5. Osmanlı ilə dostluq münasibətlərinin bərpa edilməsi
1,3,5
1,2,3
2,4,5
1,3,4
Ağqoyunlu Gödək Əhmədə aid deyil:
Apardığı daxili siyasətin bəzi feodal əyanlarının narazılığına səbəb olması
Vergi islahatının keçirilməsi
Ərdəbilin istila olunması
Hərbi əyanların müqavimətini qırmağa cəhd göstərməsi
Qaraqoyunlu dövlətinə aid deyil:
Paytaxtın təbriz olması
Kürdən cənubdakı Azərbaycan torpaqlarını əhatə etməsi
Şirvanşahların asılı hala salınması
Bağdad döyüşündə məğlub olması
Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu və hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Hansı hadisənin nəticəsi ilə?
Təbriz yaxınlığında cəlairilərin məğlub edilməsi ilə
Araz çayı sahilində baş vermiş döyüşdə Əbu Bəkrin məğlub edilməsi ilə
Sərdrud düzündə teymurilərin məğlub edilməsi ilə
Əmir Teymurun ölümü ilə
Şirvanşah I İbrahimin Təbrizi tərk etməsi ilə
Uzun Həsən tərəfindən məğlub edilmişdir:
1. Qara Yusif
2. Şirvanşah I İbrahim
3.Əmir Teymur
4. Cahanşah
5.Teymuri Əbu Səid
6.Sultan İldırım Bəyazid
1,3
4,5
2,6
1,5
Hakimiyyətini möhkəmləndirmək üçün feodallara soyurqal paylamaqla onların rəğbətini qazanmağa çalışdı?
Baysunqur
Rüstəm padşah
Cahanşah
Yaqub padşah
Qaraqoyunlu dövlətinə aiddir:
1. Alaşkert döyüşü
2. Qoyluhisar döyüşü
3. Sərdrud döyüşü
4. Kür çayı sahilində döyüş
5. Əsəd döyüşü
3,4
1,5
2,3
1,4
XV əsrin 60 – cı illəri Azərbaycana aiddir:
1. Alaşkerd döyüşünün baş verməsi
2. Cəlairilərin Şirvanı tutması
3. Muş döyüşünün baş verməsi
4. Uzun Həsənin hakimiyyətə gəlməsi
5. Ağqoyunlu dövlətinin yaranması
6. Qaraqoyunlu dövlətinin süqut etməsi
1,2,3
2,4,6
3,5,6
1,4,5
Xronoloji ardıcıllığı müəyyən edin:
1. Malatya döyüşü
2. Sərdrud döyüşü
3. Beyşehir döyüşü
4. Otluqbeli döyüşü
5. Kür çayı sahilində döyüş
14352
25314
52413
24341
Uzun Həsən və Gödək Əhmədi birləşdirən xüsusiyyət:
Hər ikisi Qaraqoyunlularla mübarizə aparmışdır
Hər ikisi vergi islahatı keçirmişdir
Hər ikisi döyüşdə öldürülmüşdür
Hər ikisi Osmanlı dövlətilə mübarizə aparmışdır
Ağqoyunlu dövləti haqqında deyilənlərdən hansı doğrudur:
1. Səfəvilər dövlətinə son qoymuşdur.
2. Avropa dövlətləri ilə ən geniş əlaqə yaratmış ilk Azərbaycan dövlətidir.
3. Banisi Qara Yusifdir.
4. Azərbaycanın ilk diplomat qadını bu dövlətdən idi.
5. Avropa dövlətləri ilə müharibələr aparmışdır.
2,4
1,5
2,3
3,5
Uzun Həsənin Osmanlı türklərinə qarşı hərbi ittifaq haqqında müqavilə bağladığı dövlət:
İngiltərə krallığı
Fransa krallığı
Venesiya Respublikası
Moskva knyazlığı
Uyğunluq pozulub:
Sədr-əzəm – dövlət xəzinəsinə baxan şəxs
Əmir-əl üməra – baş komandan
Baş vəzir – maliyyə işlərinə baxırdı
Malcəhət – məhsul vergisi
X əsr və XV əsrdə Azərbaycan dövlətlərində “Qanunnamə” hazırlayan hökmdarlar:
Uzun Həsən, Fəzl ibn Məhəmməd
Heysam ibn Xalid, I İbrahim
Mərzban ibn Məhəmməd, I İbrahim
Mərzban ibn Məhəmməd, Uzun Həsən
1408-ci il Səridrud döyüşü ilə 1410-cu il Əsəd döyüşünün oxşar cəhəti:
Qaraqoyunluların qalib gəlməsi
Səlcuqların məğlub olması
Teymurilərin məğlub olması
Cəlairilərin məğlub olması
