Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Biologiya

Total questions: 80

Worksheet time: 49mins

Name
Class
Date
1.

Avtotrof qidalanmaya aiddir

a)

Saprofitlər və xemosintezedicilər

b)

Fotosintezedicilər və parazitlər

c)

Fotosintezedicilər və xemosintezedicilər

d)

Saprofitlər və parazitlər

2.

Həzm sisteminə aid olmayanı seçin

a)

Mədə

b)

Udlaq

c)

Bağırsaq

d)

Böyrək

3.

Gövşəyən məməlilərin mədəsi neçə hissədən ibarətdir

a)

1

b)

2

c)

3

d)

4

4.

Balıqlara aid olanı seçin

a)

Hüceyrə tənəffüsü

b)

Ağciyər tənəffüsü

c)

Qəlsəmə tənəffüsü

d)

Traxeya tənəffüsü

5.

Cücülərin ifrazat məhsulu necə xaric olunur

a)

Böyrəklərlə

b)

Malpigi boruları vasitəsilə

c)

Yığılıb açılan vakuol vasitəsilə

d)

Ağızcıqlarla

6.

Cinsi çoxalmanı qeyd edin

a)

İkiqat mayalanma

b)

Tumurcuqlanma

c)

Vegetativ

d)

Fraqmantasiya

7.

Canlılar aləminin bütün nümayəndələrinin hər hansı bir təsirə qarşı verdiyi cavab reaksiyası ------------ adlanır.

a)

Tənəffüs

b)

Qidalanma

c)

İfrazat

d)

Qıcıqlanma

8.

Zülal molekullarının tərkibinə neçə növ aminturşu daxildir

a)

10

b)

20

c)

30

d)

40

9.

10 qr zülalın parçalanması zamanı nə qədər enerji ayrılar

a)

17,6 kC

b)

1760 kC

c)

176 kC

d)

38,9 kC

10.

Zülal biosintezinin mərhələləri

a)

Kod tripleti və aminturşu

b)

Translyasiya və biosintez

c)

Transkripsiya və translyasiya

d)

Transkripsiya və funksional mərkəz

11.

Zülal molekulunun monomeri

a)

Qlükoza

b)

Yağ turşusu

c)

Qliserin

d)

Aminturşu

12.

“Transkripsio” sözünün mənası

a)

Üzünün köçürülməsi

b)

Mübadilə

c)

Ötürmək

d)

Qurmaq

13.

ATF-in tərkibinə daxildir:

1.azot əsası adenin 2.riboza 3.dezoksiriboza 4.aminturşu 5.fosfor turşusu qalığı

a)

1,2,4

b)

1,3,5

c)

2,3,4

d)

1,2,5

14.

Enerji mübadiləsinin oksigensiz mərhələsində 1 mol qlükozanın natamam parçalanmasından nə qədər enerji yaranır

a)

150kC

b)

200kC

c)

100 kC

d)

250kC

15.

Fotosintez prosesi neçə fazadan ibarətdir

a)

1

b)

2

c)

3

d)

4

16.

Fotosintezin işıq fazasında əmələ gələn maddələr

a)

ATF,karbohidratlar, O2

b)

ATF, zülallar,karbohidratlar

c)

O2 , ATF, hidrogen atomu

d)

Karbohidratlar, su, ATF

17.

Fotosintezin ümumi tənliyi

a)

H2O → OH- + H+

b)

4OH→2H2O+O2

c)

OH- - e → OH°

d)

6CO2+6H2O→ C6H1206+602

18.

Fotosintezin əsas –son məhsuludur:

a)

CO2

b)

Qlükoza

c)

H2O

d)

ATF

19.

Bitkilərdə fotosintez prosesində iştirak edən orqanoid

a)

Mitoxondri

b)

Ribosom

c)

Xloroplast

d)

Lizosom

20.

Bakteriyaların, mineral birləşmələri oksidləşdirmək yolu ilə enerji əldə etməsi adlanır

a)

Qlikoliz

b)

Xemosintez

c)

Biosintez

d)

Fotosintez

21.

Dəyişkənliyin neçə növü var və hansılardır

a)

3 - xromosom,genom,gen

b)

2- qeyri-irsi,modifikasiya

c)

2- modifikasiya, irsi

d)

3-mutasiya, kombinativ, nisbətli

22.

Modifikasiya dəyişkənliyi aşağıdakılardan hansına təsir etməz

a)

İnkişafa

b)

Rəngə

c)

Genlərə

d)

Böyüməyə

23.

Fenotip nədir

a)

Növ daxilindəki fərdlər arasındakı fərqlər

b)

Valideynlərdən alınan genlərin cəmi

c)

Orqanizmin xarici və daxili əlamətlərinin cəmi

d)

Mayalanma zamanı qametlərin təsadüfi birləşməsi

24.

Genotip nədir

a)

Növ daxilindəki fərdlər arasındakı fərqlər

b)

Mayalanma zamanı qametlərin təsadüfi birləşməsi

c)

Orqanizmin xarici və daxili əlamətlərinin cəmi

d)

Valideynlərdən alınan genlərin cəmi

25.

Daun xəstəliyinin əmələ gəlmə səbəbi

a)

Gen mutasiyaları

b)

Xromosom mutasiyaları

c)

Genom mutasiyaları

d)

Kombinativ dəyişkənlik

26.

İrsi dəyişkənliyin neçə növü var və hansılardır

a)

3-mutasiya, kombinativ, nisbətli

b)

2- modifikasiya, irsi

c)

2- qeyri-irsi,modifikasiya

d)

3 - xromosom,genom,gen

27.

Mutasiya dəyişkənliyin neçə növü var və hansılardır

a)

3 - xromosom,genom,gen

b)

2- qeyri-irsi,modifikasiya

c)

2- modifikasiya, irsi

d)

3-mutasiya, kombinativ, nisbətli

28.

Mutasiya anlayışını elmə gətirən alim

a)

J.B. Lamark

b)

Ç.Darvin

c)

Hüqo de Friz

d)

R.Huk

29.

Aşağıdakılardan hansı maddələr mübadiləsinə təsir göstərən amil deyil

a)

Uzun sürən aclıq və susuzluq

b)

Xəstəliklər

c)

Qidalanma prosesi

d)

Gözün rəngi

30.

İnsanın qidasında aminturşulardan olan triptofanın çatışmazlığı nəyə səbəb olur

a)

Ciddi arıqlamaya

b)

Kökəlməyə

c)

Ürəkbulanmaya

d)

Piqment dəyişikliyinə

31.

İnsanın qidasında aminturşulardan olan histidin çatışmazlığı nəyə səbəb olur

a)

Kökəlməyə

b)

Qanda hemoqlobinin miqdarının azalmasına

c)

Piqment dəyişikliyinə

d)

Albinizmə

32.

Dəriyə, saçlara və gözlərə rəng verən melanin piqmentinin çatışmamazlığı və ya yoxluğundan yaranan genetik xəstəlik hansıdır

a)

Karlıq

b)

Diabet

c)

Albinizm

d)

Hepatit

33.

Albinizm xəstəliyi hansı mübadilənin pozulması nəticəsində yaranır

a)

Amin turşusu mübadiləsinin

b)

Lipid mübadiləsinin

c)

Karbohidrat mübadiləsinin

d)

Zülal mübadiləsinin

34.

Əsas abiotik amillər hansılardır

a)

Temperatur,rütubət,insan

b)

İşıq,temperatur,rütubət

c)

İşıq,temperatur,mikroorqanizmlər

d)

İşıq,rütubət,göbələklər

35.

Aşağıdakılardan hansılar fəal istirahətə aiddir

a)

Fiziki məşqlər,idman oyunları,bağda iş

b)

Televizora baxmaq,kitab oxumaq,gəzinti

c)

Fiziki məşqlər,bağda iş,şahmat oynamaq

d)

İdman oyunları,kitab oxumaq,bağda iş

36.

Aşağıdakılardan hansılar passiv istirahətə aiddir

a)

Televizora baxmaq,kitab oxumaq,şahmat oynamaq

b)

Fiziki məşqlər,bağda iş,şahmat oynamaq

c)

İdman oyunları,kitab oxumaq,bağda iş

d)

Fiziki məşqlər,idman oyunları,bağda iş

37.

İnsanlar arasında müxtəlif yolxucu xəstəlikləri və onların yaranması səbəblərini öyrənir

a)

Sitologiya

b)

Seleksiya

c)

Epidemiologiya

d)

Ekologiya

38.

Epidemiologiyanın inkişaf tarixi neçə dövrə bölünür

a)

3

b)

1

c)

4

d)

2

39.

Parazit qurdların törətdiyi xəstəliklər necə adlanır

a)

Helmintoz

b)

Protozooz

c)

Lyamblioz

d)

Malyariya

40.

Birhüceyrəlilərin törətdiyi xəstəliklər necə adlanır

a)

Taun

b)

Helmintoz

c)

Qoturluq

d)

Protozooz

41.

Xəstəlik törədicilərinin kimyəvi və bioloji preparatlarla məhv edilməsi hansı tədbirə aiddir

a)

Dezinseksiya

b)

İnfeksiya

c)

Dezinfeksiya

d)

Sterilizasiya

42.

Virus xəstəliklərini qeyd edin:

1. Vərəm 2. Hepatit 3. QİÇS 4. Keçəllik

a)

1,2

b)

2,3

c)

3,4

d)

2,4

43.

Göbələk xəstəliklərini qeyd edin

1. Dəmrov 2. Hepatit 3. Keçəllik 4. Vərəm

a)

1,2

b)

2,3

c)

1,3

d)

3,4

44.

Bakterial xəstəlikləri qeyd edin

1. Qarın yatalağı 2. QİÇS 3. Vərəm 4. Dəmrov

a)

1,3

b)

2,4

c)

2,3

d)

1,4

45.

Virus sözünün mənası

a)

Zəhər

b)

Prokariot

c)

Qida

d)

Canlı

46.

İlk dəfə bakteriyaları kim tədqiq etmişdir

a)

Robert Huk

b)

Karl Ber

c)

Jan Batist Lamark

d)

Antoni Van Levenhuk

47.

Penisillini kəşf edən alim

a)

Robert Huk

b)

Jan Batist Lamark

c)

Antoni Van Levenhuk

d)

Aleksandr Fleminq

48.

Xəstəlik törədicilərinin buxar, isti-quru hava, qazlar və ionlaşdırıcı şüalar vasitəsilə məhv edilməsi hansı tədbirə aiddir

a)

Dezinfeksiya

b)

İnfeksiya

c)

Dezinseksiya

d)

Sterilizasiya

49.

Təkamül nədir

a)

Postembrional inkişaf

b)

Orqanizmin fərdi inkişafı

c)

Üzvi aləmin ibtidaidən aliyə doğru tarixi inkişafı

d)

Embrional inkişaf

50.

Makrotəkamülü isbat edən dəlillər hansılardır

a)

Paleontoloji dılillər, embrioloji dəlillər,aromorfoz

b)

Paleontoloji dılillər, embrioloji dəlillər, müqayisəli anatomiya dəlilləri

c)

Müqayisəli anatomiya dəlilləri, degenerasiya, aromorfoz

d)

Paleontoloji dılillər, müqayisəli anatomiya dəlilləri, idioadaptasiya

51.

Ziqotdan başlayaraq bioloji ölümə qədər olan dövr necə adlanır

a)

Embrional

b)

Filogenez

c)

Ontogenez

d)

Postembrional

52.

Orqanizmlərin tarixi inkişafı necə adlanır

a)

Ontogenez

b)

Filogenez

c)

Embrional

d)

Postembrional

53.

Quşların və sürünənlərin əlamətlərini özündə əks etdirir

a)

İnostranseviya

b)

Steqosefal

c)

İxtiozavr

d)

Arxeopteriks

54.

Biogenetik qanunu hansı alimlər müəyyən edib

a)

T.Şvann və M.Şleyden

b)

Jan Batist Lamark və Q. Treviranus

c)

F.Müller və E.Hekkel

d)

Ç.Darvin

55.

Biogenetik qanuna görə:

a)

Filogenez ontogenezin qısa təkrarıdır

b)

Təkamülə təsir edən amillər var

c)

Ontogenez filogenezin qısa təkrarıdır

d)

Orqanizmin fərdi inkişafıdır

56.

Mənşəcə eyni, quruluş və funksiyalarına görə bir-birindən fərqlənən orqanlar necə adlanır

a)

Rudiment orqanlar

b)

Homoloji orqanlar

c)

Konvergent orqanlar

d)

Anoloji orqanlar

57.

Mənşəcə müxtəlif olub, eyni funksiyanı yerinə yetirən orqanlar necə adlanır

a)

Konvergent orqanlar

b)

Homoloji orqanlar

c)

Rudiment orqanlar

d)

Anoloji orqanlar

58.

Oxşar mühit şəraitində müxtəlif sistematik qruplarda orqanizmlərin oxşar xüsusiyyətlər qazanması necə adlanır

a)

Konvergensiya

b)

Aromorfoz

c)

Atavizm

d)

Rudiment

59.

Rudiment nədir

a)

Əcdadın əlamətinin üzə çıxması

b)

İtirilmiş orqan

c)

Öz əhəmiyyətini itirmiş və qalıq halda qalmış orqan

d)

Fəal orqan

60.

Atavizm nədir

a)

Rudiment

b)

Yeni əlamət

c)

Əcdad əlaməti

d)

Qalıq orqan

61.

Üzvi aləmin təkamülünün əsas yolları

a)

Aromorfoz,idioadaptasiya ,ümumi degenerasiya

b)

Bioloji tərəqqi ,aromorfoz,idioadaptasiya

c)

Aromorfoz,idioadaptasiya və təcridlər

d)

Mimikriya,aromorfoz,idioadaptasiya

62.

Quruluşu ümumi yüksəlişə aparan təkamül dəyişkənliyi hansıdır

a)

Modifikasiya

b)

Ümumi degenerasiya

c)

İdioadaptasiya

d)

Aromorfoz

63.

İnsan təkamülü necə adlanır

a)

Antropogenez

b)

Ontogenez

c)

Filogenez

d)

Zooantroponoz

64.

"Homo sapiens" sözünün mənası

a)

Müasir insan

b)

Dərrakəli insan

c)

Ən qədim insan

d)

Qədim insan

65.

Ardıcıllığı ən qədimdən başlayaraq müəyyən edin

1.Minillik 2.Era 3.Eon 4. Yüzillik 5.Dövr

a)

1,2,3,4,5

b)

3,2,1,5,4

c)

5,4,3,2,1

d)

3,2,5,1,4

66.

Ardıcıllığı ən qədimdən başlayaraq müəyyən edin 1.Mezozoy 2.Arxey 3.Kaynozoy 4.Paleozoy 5.Proterozoy

6. Katarxey

a)

1,2,3,4,5

b)

6,2,5,4,1,3

c)

6,3,1,2,5,4

d)

2,4,3,1,6,5

67.

Fotosintez hansı erada yaranıb

a)

Paleozoy

b)

Kaynozoy

c)

Mezozoy

d)

Arxey

68.

Trias,Yura,Tabaşir dövrləri hansı eraya aiddir

a)

Kaynozoy

b)

Mezozoy

c)

Proterozoy

d)

Arxey

69.

Paleogen,Neogen,Antropogen dövrləri hansı eraya aiddir

a)

Arxey

b)

Kaynozoy

c)

Mezozoy

d)

Proterozoy

70.

İnsanın yaranması prosesi neçə mərhələyə bölünür və hansılardır

a)

3-ən qədim insanlar,avstralopiteklər,qədim insanlar

b)

3-ən qədim insanlar,qədim insanlar və ilk müasir insanlar

c)

2-ən qədim insanlar və ilk müasir insanlar

d)

2-Parapiteklər və driopiteklər

71.

Antropogenezin sosial amilinə aid olanı qeyd edin:

a)

Əmək

b)

İrsi dəyişkənlik

c)

Təbii seçmə

d)

Yaşamaq uğrunda mübarizə

72.

Azıxantroplar hansı insanlara aid edilir

a)

Qədim insanlara

b)

Dərrakəli insana

c)

Ən qədim insanlara

d)

İlk müasir insanlara

73.

İrsiyyət və dəyişkənlik haqqında elm :

a)

Sitologiya

b)

Ekologiya

c)

Genetika

d)

Mikologiya

74.

Genetika elminin banisi:

a)

K.Ber

b)

R.Huk

c)

A.Levenhuk

d)

Q.Mendel

75.

Üstünlük təşkil edən əlaməti müəyyən edən gen necə adlanır

a)

Homoziqot

b)

Dominant

c)

Allel

d)

Heteroziqot

76.

İnsanda normalda xromosomların diploid dəsti nə qədərdir

a)

42

b)

44

c)

48

d)

46

77.

Q.Mendel təcrübə obyekti kimi hansı bitkini seçmişdir

a)

Noxud

b)

Alma

c)

Çiyələk

d)

Buğda

78.

Q.Mendelin neçə qanunu var

a)

1

b)

2

c)

3

d)

4

79.

13-cü xromosom cütündə bir xromosomun artıq olması hansı sindromun yaranmasına səbəb olur.

a)

Şerşevski-Terner sindromu

b)

Patau sindromu

c)

Edvards sindromu

d)

Daun sindromu

80.

Şerşevski-Terner sindromu zamanı insanda xromosom sayı:

a)

44

b)

45

c)

46

d)

47