wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vergi inzibatçılığı

Total questions: 12

Worksheet time: 19mins

Name
Class
Date
1.

Vergi orqanları tərəfindən nəzarət hərəkətlərinin yerinə yetirilməsi üçün nələrin olması vacibdir?

a)

müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) yerinə yetirilməsi;

b)

fəaliyyətinin təşkilati, metodoloji və analitik təminatı

c)

vergi ödənişlərinin hesabatlarının (bəyannamələrinin) təqdim edilməsi, işlənməsi və yoxlanması prosedurları

d)

vergi ödənişləri üzrə vergi ödəyicilərinin hesabatlarının (bəyannamələrinin) məzmun və formalarının hazırlanması;

e)

müxtəlif səviyyəli vergi orqanlarının struktur və funksional vəzifələrinin (ierarxiya) müəyyən edilməsi

2.

Vergi inzibatçılığı səlahiyyətli hakimiyyət və icra orqanlarının hansı istiqamətə yönəldilmiş fəaliyyətidir?

a)

bazar iqtisadiyyatı şəraitində vergi orqanlarının fəaliyyətini kordinasiya edilməsinə

b)

bazar iqtisadiyyatı şəraitində dövlət orqanlarının fəaliyyətini kordinasiya edilməsinə

c)

dinamik şəkildə inkişaf edən vergi münasibətlərinin idarə edilməsinə

d)

vergi qanunvericiliyinin qorunmasına, vergi sistemi və vergi nəzarətinin səmərəli fəaliyyət göstərməsinə

e)

vergi ödənişlərinin optimallaşdırılması mexanizminin idarə edilməsinə

3.

Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda 2.vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda

a)

1, 3, 4

b)

2, 3, 4

c)

1, 2, 5

d)

3, 4, 5

e)

1, 4, 5

4.

Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?

a)

vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və kağız daşıyıcılarda tələb etmək

b)

vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini vermək

c)

hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək

d)

vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamağa, təhlil etməyə və qiymətləndirməyə, belə halların baş

verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər verməyə;

e)

qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi ödəyiciləri haqqında məlumatın qorunması qaydalarına riayət etməyə və onu təmin etmək

5.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

a)

3,4,5

b)

2,4,5

c)

2,3,4,5

d)

1,2,5

e)

1,2,4,5

6.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ? 1.

müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar

edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün

hesablaması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar

edilməsi 5. vergi ödəyiciləri tərəfindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması

a)

1,2,4

b)

3,4,5

c)

2,4,6

d)

2,3,4

e)

1,3,5

7.

Aşağıdakılardan hansı vergi orqanlarının vəzifələrinə daxildir?

a)

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;

b)

məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;

c)

aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya qoymaq;

d)

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

e)

vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə;

8.

Vergi orqanlarında vergi inzibatçılığı siyasətinin reallaşdıırlmasına uyğun olaraq hansı prinsipləri var?

1.müstəqillik, 2. bərabərlik, 3.uyğunluq, 4.sadəlik, 5. ədalətlilik, 6. vergi etikası

a)

1.3.5.6

b)

2.3.4.5

c)

1.2.5.6

d)

2.4.5.6

e)

2.3.4.6

9.

Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumat 5.sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumat daxil olduqda

a)

3,4,5

b)

1,3,5

c)

1,2,5

d)

2,3,4

e)

2,4,6

10.

Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. vergi ödəyicisinin adı 2. vergi ödəyicisinin VÖEN-i 3. vergi ödəyicisinin elektron imzası 4. vergi ödəyicisinin fəaliyyət növü 5. obyektin adı və yerləşdiyi ünvan

a)

1,3,5

b)

3,4,5

c)

2,4,6

d)

1,2,5

e)

2,3,4

11.

Sənədlərin və əşyaların nümunə kimi götürülməsi barədə hansı sənəd tərtib olunur?

a)

arayış

b)

sərəncam

c)

protokol

d)

bildiriş

e)

akt

12.

Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?

a)

vergi orqanı tərəfindən ödənilir

b)

ödənilmir

c)

nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına

d)

yerli maliyyə idarəsi tərəfindən ödənilir

e)

vergi ödəyicisi tərəfindən ödənilir