NEW
Font size
WorksheetsAZƏRBAYCAN DİLİ
Total questions: 5
Worksheet time: 10mins
1.Hansı cümlədə feili sifət tərkibi məsdər tərkibinin asılı tərəfi kimi işlənib?
A) Ara vurub ev yıxmaq Cəhrə arvadın çoxdankı xasiyyətidir.
B) Bulaqdan su içmək istəyən uşaqları bir gurultu diksindirdi.
C) Uşağın gözlərinin yaşardığını görüb qəlbini qırmaq istəmədi.
D) Qoyunlar axurdan çıxıb otlamaq üçün örüşə tərəf yönəldilər.
E) Sizin uğur qazandığınızı eşitmək bizim üçün çox xoşdur.
2.Tələffüz zamanı hansı sözlərdə 3 fərqli məqam özünü göstərir?
1. tərifnamə
2. cəsurluq
3. həmsədrlik
4. mütləq
5. danlanmaq
A.1.4
B.3.5
C.2.3
D.2.4
E.1.5
3.Verilənlər içərisində cümlənin növlərindən hansı yoxdur?
1. Yuxarı tərəfdə böyük bir kitab şkafı. (İ. Əfəndiyev)
2. Həyəcandan Nərimanın rəngi qaçmışdı. (M. İbrahimov)
3. Bağ salan barın yeyər. (Atalar sözü)
4. Gənc kadrları idarəmizdə əziz tuturlar. (Mir Cəlal)
A)Adlıq
B)Şəxsiz
C)Qeyri-müəyyən
D)Müəyyən şəxli
E)Ümumi şəxsli
4.Şeirdəki sözlərin morfoloji təhlili ilə bağlı düzgün fikirləri müəyyən edin.
Nədir axı bu millətin günahı?
Tutsun sizi görüm məzlumlar ahı. (M. Şəhriyar)
1. Bir yiyəlik, üç adlıq halda olan isim var.
2. Qüvvətləndirici ədat işlənmişdir.
3. Nümunədə əvəzliyin iki məna növü işlənib.
4. Feil məlum növdə, əmr şəklində, III şəxsin təkindədir.
5. Nümunədəki isimləşmiş sifət adlıq haldadır.
A.4.5
B.2.4
C.1.3
D.1.2.3
E.2.4.5
5. Hansı nümunədə həmcins mübtədalarla xəbərin uzlaşması pozulub?
A) Nə tez keçdı illər, aylar.
B) Əsgərlər, zabitlər və çavuşlar bir yerə yığışdı.
C) Dəftər, kitab və qələm çantada idi.
D) Dostlar və tanışlar orada idilər.
E) Dağlar, təpələr və düzlər qarla örtülmüşdü.
