NEW
Font size
WorksheetsSınaq FlM 9-cu sinif
Total questions: 12
Worksheet time: 9mins
"Bu məktubu da oxudun" cümləsinin sonuncu sözü ilə bağlı yanlış fikirləri tapın.
1.Həm sadə,həm düzəltmə feil kimi düşünmək olar.
2.Yalnız ikinci şəxsin təkinə aid etmək olar
3.Feilin iki şəkli kimi düşünülə bilər
4.Şəxs şəkilçili söz hesab etmək olmaz
5.Feilin bir qrammatik məna növünə aid edilə bilər
1,3.5
3.4
2,4,5
1,4
2,3
Nümunədə fərqləndirilmiş sözlərin sinonimlərinin işlənmə ardıcıllığını müəyyən edin.
-Kitabın zərif tərtibatı diqqəti cəlb edirdi.
-Gərək elə edəsən ki, nəfs səni aldatmasın.
-Baxışlarındakı hüzn keşməkeşli həyatından xəbər verirdi.
-Çalış ki ,yığcam danışasan
1. kədər 2 dilək 3 nəfis 4 nikbin 5 saf 6 lakonik
7 matəm 8 tamah
3,8,1,6
5,2,7,4
3,2,7,6
6,1,8,3
Hansı cümlədə fərqləndirilmiş sözü digərləri ilə eyniköklü hesab etmək olmaz?
Meşənin arası ,çal qayalığın ayağı iki yana yarılmışdı
Düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yardığı üçün mükafatlandırılmışdır
Su axınlarının əmələ gətirdiyi yarğanlar kənd təsərrüfatına böyük zərər vurur.
Ey həmdəmim , səni qanə qərq eylər
Gəl tərpətmə yaralanmış könlümü
Qəhrəman səhərə yaxın daş yolun altındakı qayanın yarığına girib uzandı.
Hansı nümunələrdə altından xətt çəkilmiş şəkilçilərin tələffüzü eynidir?
1.Ağacdan sallanan uşağın hər an yıxılmaq təhlükəsi var idi.
2.Onlarla kitab döşəməyə atılıb qalmışdı.
3.Sanki günəş doğdu bahar çağında
Alqışlar ucaldı el dodqğında.
4.Nazlanır bağlarda gülöyşə narlar
5.Bağların arası ilə uzanan yolla gedirdim
6.Bir vaxt şairə böhtan yazanlar indi mədhiyyə yazırlar
2,5
3,4,5
3,4,6
1,2,6
1,5
Hansı cümlələrdə feili bağlama tərkibi işlənmişdir.?
1.Göydə ulduzlar dənə-dənə
Saydım omu dönə-dönə
2.Məhkəmə bitəndən sonra qərar icra ediləcək
3.İnsanda inam yaratdıqda ağır xəstəliyi belə müalicə etmək mümkündür.
4.Həyat tərzi dəyışdikcə insanın dəqiq vaxt ölçülərinə tələbatı artır.
5.Hava qaralmamış aşırımdan keçməliyik.
2,3,4
1,2
2,3,5
3,4,5
1,5
Sözlərdə səs dəyişməsinin kəmiyyət ardıcıllığını gözləməklə uyğunluğu müəyyən edin.
1.doşab
2.monitorinq
3.sayıqlayanlar
a.kinayə, delta
b, ağac,hibrid
c.püxtələşmək ,dərinlik
d.mülkədar, sement
e.dərmanlanmaq, yaraqlanmaq
1-d.e 2-a 3-c
1-b 2-c 3 -e
1-c 2-b 3-a,e
1-b, 2-e 3-d
Hansı cümlə ancaq sifətlərdən ibarətdir?
Cəsarət, şücaət igidlərə xasdır.
Sərin sulu bulaqlardakı şəffaflıq buradakı əsrarəngiz gözəlliyi artırır.
Həmin körpələr qocaların sevimlisidir
Kəndimizdəki gümrah qocalar indiki cavanlardan işgüzardırlar.
Tünd-yaşıl zolaqlı pərdələrin hamısı keyfiyyətli idi.
Hansı cümlədə zərfin quruluşca hər üç növünə aid nümunə verilib?
1.Sağa -sola vurnuxan at birdən qulaqlarını şəklədi və irəliyə dartındı.
2.Buludların arasından ara-sıra bərq vuran ulduzlar sanki yerdə öz sahibini axtarırdı.
3.Anası ilə üzbəüz oturub mehribanlıqla söhbət etməsi uzaqdan aydın görünürdü.
4.O, dizin-dizin sürünərək çarpayının yuxarı tərəfinə gəldi.
5.Bayramsayağı bəzədilmiş geniş zalda çıxışa həvəslə hazırlaşan körpələr gözəl görünürdülər.
1,2,4
1,3,5
2,3,5
2,3,4
1,4,5
Xəbərləri bir-biri ilə sinonim frazeoloji birləşmə ilə ifadə olunmuş cümlələri müəyyənləşdirin.
1.Tanrıverdi Qurbanı gözümçıxdıya salmışdı.
2. Uşaq onu aparsınlar deyə iki ayağını bir başmağa dirəmişdi.
3.Məsələnin həllinin ən qısa yolunu uşağa başa saldım.
4. Müdir nədənsə Həsəni yola vermirdi.
5.Qoyunların aparıldığını eşidəndə tüstüsü təpəsindən çıxdı.
4,5
1,4
2,3
3,5
Verilən tələblərin üçünə də uyğun gələn söz hansıdır?
1.Yazılışı ilə deyilişi fərqlənmir
2.Ahəng qanununa tabe deyil
3.Tərkibində uzun tələffüz olunan sait yoxdur
bankomat
dayə
dizayner
blokada
bəhanə
"Bilqeys xanımın1 özündən2 kiçik bacısı3 İstanbulda oxumaq istəyini4 əmisi5 oğluna6 yazdığı7 məktubunda bildirdi" cümləsindəki mənsubiyyət şəkilçili isimləri müəyyən edin.
1,3,5
2,3,6
2,3,4,7
3,4,5,6
4,5,6,7
İşarə əvəzlikləri ilə bağlı doğru fikirləri müəyyən edin.
1.Bura vətəndir
Gülü bitəndir...cümləsində altindan xətt çəkilmiş söz ışarə əvəzliyidir.
2.Həmin əvəzliyi, əsasən, sifəti əvəz edir.
3.O əvəzliyi hansı sualına cavab verəndə ondan sonra vergül qoyulmur.
4."Elə biz də sizinlə həmfikirik" cümləsində işarə əvəzliyi işlənmişdir.
5."Bu mənə tanış gəlir" cümləsində işarə əvəzliyi sifəti əvəz edib
1,5
2,5
3.4
4,5
2,3
