Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sınaq 3(9-lar)

Total questions: 10

Worksheet time: 6mins

Name
Class
Date
1.

Tələffüz şəklində olan hansı sözlər iki nitq hissəsisinin sualına cavab verə bilər?

1.[qocalar] 2.[sac] 3.[görüşdü] 4.[çıxışdar] 5.[onnarnan]

a)

3,4,5

b)

1,2,4

c)

1,3,5

d)

2,5

e)

2,3

2.

İsmin adlıq halında olan söz hansı halda tamamlıq olur?

a)

Cəm şəkilçisi qəbul etdikdə

b)

Qoşma ilə işləndikdə

c)

Söz birləşməsinin əsas tərəfi olduqda

d)

Söz birləşməsinin asılı tərəfi olduqda

e)

Mənsubiyyət şəkilçisi qəbul etdikdə

3.

Yanlış fikirləri seçin:

1.ağlayan,güləyən-antonimlər

2.şərik,ortaq-sinonimlər

3.çöhrə,sürət-sinonimlər

4.tezis,vətər-terminlər

a)

1,2

b)

2,3

c)

Yalnız 3

d)

2,4

e)

1,3

4.

İsimləşmiş sayın xüsusiyyəti kimi götürülənlərin biri yanlışdır.

a)

İsmin yerinə keçir

b)

İsmin suallarına cavab verir

c)

Mənsubiyyət şəkilçisi qəbul etdir

d)

Hal və cəm şəkilçisi qəbul edir

e)

Morfoloji baxımdan isim kimi götürülür

5.

Mənsubiyyət şəkilçili sözün iştirakı ilə düzəlmiş mürəkkəb sifəti gösterin.

a)

Başısoyuq

b)

Ucaboylu

c)

Sözdüzəldici

d)

Acıdil

e)

Qaraqaşlı

6.

Cümlələrin birində numerativ söz işlənməmişdir?

a)

Dəstələr hazır vəziyyətdə gözləyirdilər.

b)

Kərim babanın otuz baş qoyunu var idi.

c)

Yeməyə bir diş sarımsaq da qatdı.

d)

İki göz otaqda yaşayırdılar.

e)

İnsan var ki,bir parça çörəyə möhtacdır.

7.

Neçə söz mənsubiyyət şəkilçisi qəbul etmişdir?

"Bütün avqust ayını qardaşı Rüstəmgilin həyətində,ətri ilə adamı feyziyab edən o rəngarəng çiçəklərin arasında beli incə armudu stəkanda çay yudumlayaraq keçirmişdi"

a)

4

b)

5

c)

6

d)

8

e)

7

8.

Cümlədəki isimlərin hansı halda olduğunu ardıcıllıqla gösterin.

"Həkim məsləhəti ilə xəstələrin hamısını müalicə etdilər."

a)

Yiyəlik,adlıq, yiyəlik,təsirlik

b)

Yiyəlik,adlıq

c)

Adlıq,təsirlik,yiyəlik,adlıq

d)

Adlıq,adlıq

e)

Yiyəlik,təsirlik

9.

Mənsubiyyət şəkilçili sözlər hansı cümlədədir?

1.Bizim bu əşyalardan hamınız faydalana bilərsiniz.

2.həmin oqlan heç kimi tanımırdı.

3.Görəsən,sizin ushaqlardan neçəsi yüksək bal yığıb.

4.Bilirəm,bu kitablar sənindir.

a)

2,4

b)

1,3

c)

1,2

d)

2,3

e)

3,4

10.

"Bir iynə gözündən bir dəvə boyda soyuq gələr" cümləsində işlənmişdir.

1.düzəltmə sifət

2.mənsubiyyət şəkilçili isim

3.yiyəlik halkı isim

4.isimləşmiş say

5.numerativ söz

6 isimləşmiş sifət

a)

1,2,3,4

b)

2,3,4,5

c)

1,2,3,6

d)

3,4,5,6

e)

1,2,4,6