Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Gömrük statistikası

Total questions: 17

Worksheet time: 12mins

Name
Class
Date
1.

Xarici ticarətin gömrük statistikası hansı məqsədlərlə aparılır?

a)

İdxal olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;

b)

İdxal və ixrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;

c)

İxrac olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı.

d)

İdxal və ixrac olunan malların sayının və dəyərinin hesabatı;

e)

İdxal və ixrac olunan malların coğrafi istiqamətinin hesabatı;

2.

Statistik məlumatların hansı formaları var?

a)

icbari, inzibati, rəsmi, ictimai;

b)

illik, üç illik, beş illik, on illik;

c)

rüblük, illik, beşillik;

d)

cari, mövsümü, rəsmi;

e)

təcili, aylıq, rüblük, illik.

3.

Gömrük statistikasının formalaşması üçün statistik informasiyanın əsas mənbələri hansılardır?

a)

mal və nəqliyyat vasitələrinin idxal olunduğu və ya ixrac olunacağı ölkələrdəki gömrük tarifi, gömrük vergi və rüsumlarının dərəcələri, aksiz vergisi və digər tarif və qeyri-tarif tədbirləri haqqında məlumatlar

b)

Ümumdünya Ticarət Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının illik, rüblük, aylıq və carı statistik məlumatları, Dövlətlərarası sazişlərin icrası vəziyyəti haqqında rəsmi məlumatlar;

c)

Vergi bəyannamələri, yükün sığorta sənədləri, invoyslar, şəxsiyyət vəsiqələri;

d)

qiymət cədvəlləri, malın texniki xarakteristikasını göstərən sənədlər, mal və nəqliyyat vasitələrinin istifadəsi haqqında təlimatlar, Yük Gömrük Bəyannamələrinin xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən təqdim edildiyini təsdiqləyən reyestr məlumatları

e)

Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icazələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

4.

Məhsulun (əmtəənin) texniki-iqtisadi göstəricilərinə aid deyildir:

a)

aqronomik göstəricilər;

b)

sosial göstəricilər;

c)

texniki göstəricilər;

d)

təyinati göstəricilər;

e)

iqtisadi göstəricilər

5.

Malların kodlaşdırılmasının əsas məqsədi nədir?

a)

ölkələrarası mal dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin yaxşılaşdırılması

b)

xarici ticarətin mal strukturunun yaxşılaşdırılması

c)

gömrük orqanlarında intizamın artırılması

d)

gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması və xarici ticarətin mal strukturunun öyrənilməsi

e)

yerli istehsalın xarici malların rəqabətindən qorumaq

6.

Malların statistika nomenklaturası nə deməkdir?

a)

ÜTT-nin tələblərini uyğun şəkildə statistik hesabatın aparılması üçün tətbiq edilən nomenklaturadır;

b)

Malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

c)

Malların və nəqliyyat vasitələrinin idxalı, ixracı və tranziti zamanı dövlətlərarası razılaşmalara əsasən tətbiqinə icazə verilən tarif vəqeyri tarif tədbirlərin razılaşdırılmış nomenklaturasıdır;

d)

Malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

e)

Qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

7.

Mal nomenklaturası nədir

a)

Əmtəənin satıldığı bazar

b)

Malların adlarının məcmusu

c)

Əmtəələrin şifrlənmiş adları

d)

Əmtəə istehsalı texnologiyası

e)

Əmtəə istehsalı obyektləri

8.

Xarici dövlətlərin avtonəqliyyat vasitələri hansı halda yol vergisindən azad edilir?

a)

Təbii fəlakət baş verdikdə;

b)

Yük xüsusi təhlükəli olduqda.

c)

Yol hərəkəti qəzası nəticəsində avtonəqliyyat vasitəsi istifadə üçün yararsız vəziyyətə düşdükdə;

d)

Avtonəqliyyat vasitələrinə idarə edən şəxsin zədələndikdə və ya həbs olunduqda;

e)

Nazirlər Kabinetinin xüsusi icazəsi ilə humanitar və ya texniki yardım gətirən xarici dövlətlərin avtonəqliyyat vasitələr;

9.

Qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hansı orqan hazırlayır və dərc edir;

a)

Poçt xidməti

b)

Vergilər Nazirliyi

c)

Dövlət Gömrük Komitəsi

d)

Mərkəzi Bank

e)

Maliyyə Nazirliyi

10.

Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərininrəsmi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərdən ƏDV hansı dərəcə ilə tutulur?

a)

18 faiz

b)

10 faiz

c)

sıfır [0] dərəcə

d)

100 faiz

e)

6 faiz

11.

Beynəlxalq alqı-satqı kontraktlarında istifadə olunmayan qiymət güzəşti növlərinə aid deyil?

a)

mövsümi güzəşt;

b)

diler güzəşti

c)

dövriyyə üzrə güzəşt;

d)

miqdara görə güzəşt;

e)

xəstəliyə görə güzəşt

12.

Hansı Dövlət Gömrük Komitəsinin qurumudur:

a)

Enerji Gömrük İdarəsi

b)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi

c)

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi

d)

Mərkəzi Gömrük Ekspertiza İdarəsi

e)

Aksiz Baş Gömrük İdarəsi

13.

Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur;

a)

İdxal mallarına nəzarət;

b)

İxrac mallarına nəzarət;

c)

İdxal, ixrac, tranzit və antikvar mallara nəzarət

d)

İdxal, ixrac və tranzit mallara nəzarət;

e)

İdxal və ixrac mallarına nəzarət;

14.

Hansı malların gömrük sərhədindən buraxılmasına məhdudiyyət yoxdur?

a)

Mədəni irsə aid edilən malların;

b)

Külli miqdarda valyutanın;

c)

Hərbi ləvazimatların;

d)

Şəxsi geyim əşyalarının;

e)

Narkotik maddələrin

15.

Netto, brutto, tara çəkiləri nədir?

a)

Tara malın xalis çəkisi, netto qabın çəkisi, brutto – malın gablaşdırılmış halda ümumi çəkisidir;

b)

Brutto malın xalis çəkisi, netto qabın çəkisi, tara – malın gablaşdırılmış halda ümumi çəkisidir

c)

Netto malın xalis çəkisi, brutto qabın çəkisi, tara – malın gablaşdırılmış halda ümumi çəkisidir;

d)

Netto malın xalis çəkisi, tara qabın çəkisi, brutto – malın gablaşdırılmış halda ümumi çəkisidir;

e)

Brutto malın xalis çəkisi, tara qabın çəkisi, – netto malın gablaşdırılmış halda ümumi çəkisidir;

16.

Hansı mallar mənşəcə yerli mal hesab olunmur?

a)

Ölkə ərazisində çıxarılan faydalı qazıntılar;

b)

Ölkə ərazisində bitki mənşəli məhsullar;

c)

Ölkə daxilindəki ovçuluq və balıqçılıq məhsulları;

d)

Qonşu ölkədən gətirilmiş mallar

e)

Ölkə ərazisində bəslənən heyvanlar;

17.

Kompensasiya rüsumları nədir?

a)

Xarici olkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

b)

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində əhəmiyyətli ola biləcək idxal məhsullarına tətbiq olunan rüsumlar;

c)

İdxal mallarının yerli istehsalı mövcud olduqda tətbiq olunan rüsumlar;

d)

İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən dempinq səbəbindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

e)

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi həmin ölkələrə ixrac olunan mallara tətbiq olunan rüsumlar;