NEW
Font size
WorksheetsDil qaydaları- 6B
Total questions: 15
Worksheet time: 8mins
1.Hansı söz həqiqi mənadadır?
A. iti dil
B. dərin quyu
C. acı söhbət
D. soyuq adam
“...Quşlar bu xəbəri eşidib aqil qocanın yanına gəlir” cümləsində altından xətt çəkilmiş sözlər hansı nitq hissəsidir?
A) isim,sifət,feil
B) isim,isim,feil
C) isim,əvəzlik,sifət
D) sifət, sifət,əvəzlik
Hansı sözlər düzgün yazılmışdır?
A) hədiyyə,tərbiyyə
B) səmimiyət,əziyət
C) ədəbiyyat,ehtiyat
D)riyaziyat,təyyarə
1.Cümlələrin birində feil indiki zamandadır:
A) Onun dediklərini hamı başa düşdü.
B) Günəş şüası hər yeri aydınlaşdırır.
C) Onun ürəyi dağa döndü.
D) Su gələn arxa bir də gələr.
.”Bu söhbətləri eşidəndə ürəyim açılır”cümləsində altından xətt çəkilən ifadə nədir?
A. sinonim
B.omonim
C. frazeologizm
D. antonim
Keçmiş zaman şəkilçiləri hansılardır?
A) –dı,-mış, -ır, -dü
B) –ar,-ər,-acaq,-əcək
C) –ıb,-mış,-du,-di
D) –ır,-ur,-ar,-ər
.”Yazmazsan” sözü feilin hansı zamanındadır?
A. keçmiş zaman
B. gələcək zaman
C. indiki zaman
D. heç birində
“ O tez-tez atası ilə balıq tutmağa gedərdi” cümləsindəki “tutmaq” sözü aşağıdakı cümlələrdən hansı ilə eyni mənanı bildirir?
A) Bu gün qazandığı pulunu bərk-bərk əlində tutmuşdu
B) Qoca yıxılmamaq üçün divardan tutdu.
C) Kəpənək tutmaq oyunu onun çox xoşuna gəlirdi.
D) Şahın qoşunları şəhəri çoxdan tutmuşdular
”Düz” sözü hansı cümlədə zərf deyil?
A) Bilirdi ki,mətni düz oxuyur
B) Dostu əhvalatı düz danışmırdı.
C) Anası tapşırmışdı ki,yolu düz getsin
D) Düz söz hər zaman qalib gəlir.
Biri feil deyil:
A. sınmaq
B. gülmək
C. qaymaq
D. tutmaq
İsimlər hansı sıradadır?
A) təmizlik,yaxşılıq,çirkli
B) döyüş,xalamgil,dağlar
C) iyirmi,bizim,ağaclıq
D) yaylaq,xəstəxana,yağlı
Tərkibində şəxs əvəzlikləri olan cümlə hansıdır?
A) Bu meşə uzaqdan çox qalın görünürdü
B) Kim isə onu səsləyirdi
C) Siz onlarla bir daha dostluq etməyin
D) O qız belə daha gözəl idi.
Yalnız spesifik səsli sözlər işlənmiş sıra hansıdır?
A) göyərtə,dəniz,ömür
B) maşın,insan, soyuq
C) sahil, xalça,tarix
D) yazır,pişik,radio
Biri inkarda olan feildir:
A. yazılır
B. gələcəyik
C. oxumaram
D. gəlmişsən
” Anam əlini yeməyə vurmadı” cümləsindəki isimlərin hansı halda olduğunu tapın:
A) adlıq,təsirlik,yiyəlik
B) adlıq,təsirlik,yönlük
C) təsrilik,yiyəlik,yönlük
D) yerlik,adlıq,çıxışlıq
