NEW
Font size
WorksheetsSTATİSTİCS-NİS
Total questions: 10
Worksheet time: 7mins
2015-ci ildə ticarət şirkətinin əmtəə dövriyyəsinin həcmi 3 mln. manat təşkil etmişdir.Bazarın təhlili nəticəsində şirkət rəhbərliyi növbəti ildə əmtəə dövriyyəsinin həcmini 3,3 milyon manata çatdırmağı planlaşdırmışdır.Faktiki olaraq 2016-cı ildə əmtəə dövriyyəsinin həcmi ,3,9 mln. man təşkil etmişdir. Bu məlumatlara əsasən planin yerinə yetirilməsi, plan,və dinamika nisbi kəmiyyətlərini hesablayin. (0,1 dəqiqliklə)
1,2; 1,1; 1,3
1,1;1,1;1,2
1,1; 1,3; 1,4
1,1; 1,2; 1,3
0,9; 1,4; 1,3
Plana görə məhsul istehsalının həcmi ötən ilə nisbətən 2,5 % artmalıdır. Məhsulun istehsalı planı 3,0 % artıqlaması ilə yerinə yetirilib. Hesabat ilində məhsulun həcminin 222 min manat oldugunu bilərək ötən ildə məhsul buraxılışını hesablayın:(aralıq hesablamalar 0,01 dəqiqliklə)
235,3
222,0
210,9
209,4
219,8
Qadınların sayının 1510 nəfər, kişilərin sayının 1700 nəfər, əhalinin sayının 3210 nəfər olduğunu bilərək koordinasiya nisbi kəmiyyətini hesablayın (faizlə).
88.82
212.58
52.96
188.82
47.04
İşçilərinin sayı 100 nəfər olan müəssisədə məhsuldarlıq 260-500 arasında tərəddüd edərsə, üçüncü qrupun aşagı sərhəddi neçəyə bərabər olar?
350
320
260
290
38
Əsas dövrlə müqayisədə hesabat dövründə məhsul istehsalı həcminin 5% artdığını, planın yerinə yetirilməsinin 109% təşkil etdiyini bilərək plan tapşırığı nisbi kəmiyyətini hesablayın.
0,87
0,96
103,8
104,0
0,99
Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdən ibarət 80 müəssisənin tərkibində xüsusi mülkiyyətli müəssisələrinin xüsusi cəkisi 62,5%-ə, bələdiyyə müəssisələrinin xüsusi cəkisi 12,5%-ə, bərabər olmuşdur. dövlət müəssisələrinin sayını müəyyən edin.
50
10
75%
50%
20
Fasiləli statistik bölgü sırasının kumulyativ sırasında sonuncu qrupun tezliyi nəyə bərabərdir?
öyrənilən statistik məcmunun sayının yarısına
öyrənilən statistik məcmunun dispersiyasına,
öyrənilən statistik məcmunun ümumi sayına
öyrənilən statistik məcmunun 25 faizinə
öyrənilən statistik məcmunun 75 faizinə
Əlamətlər arasındakı qarşılıqlı əlaqə hansı qruplaşdırmanın köməyi ilə aşkar edilir?
tipik
quruluş
analitik
atributiv
analitik, quruluş
Statistik bölgü sıralarının xarakterini və qanunauygunlugunu öyrənərkən daha çox hansı qrafiklərdən istifadə edilir?
histoqramdan
poliqondan və statistika xəritələrindən
sektorlu dioqramlardan
histoqram, poliqon və kumulyativ qrafiklərdən
statistika xəritələrindən
Gəlirlərin həcminə görə firmalar aşagıdakı kimi qruplaşdırılmışdır: 5-7; 7-9; 9-11, 11 və daha çox. Əgər birinci qrupun kumulyativ tezliyi 0,25, ikinci qrupun kumulyativ tezliyi isə 0,43 və sonuncu qrupun kumulyativ tezliyi vahidə bərabər olarsa, ikinci qrupun tezliyi neçəyə bərabər olar?
0,32
0,18
0,43
0,25
0,75
