WorksheetsVaxtın idarəedilməsi test tapşırıqları
Total questions: 20
Worksheet time: 20mins
1. Aşağıdakıların hansı yumşaq vərdiş (soft skills) haqqında doğru deyildir?
Həm formal, həm də qeyri-formal şəkildə öyrənilə bilər
İnsanın bir şəxsiyyət kimi müsbət tərəfdən xarakterizə edir
Yumşaq vərdişlərlə bağlı xüsusi peşə adları çox yayılıb
Sərt bacarıqlar (hard skills) ilə birlikdə daha yaxşı nəticəyə səbəb olur
Aşağıdakılar içərisindən sərt bacarıqları göstərin
Stresə davamlılıq
Satışın təşkil edilməsi
Vaxtın idarəedilməsi
Komanda işi
Kreativ düşüncə
Aşağıdakı hökmün doğru olub olmadığını qeyd edin:
Yumşaq vərdişlərə nisbətən sərt vərdişləri bir insan digər insana daha dərindən öyrədə bilər.
Doğrudur
Yalandır
Aşağıdakıların hansısı yumşaq bacarıqların inkişafı üçün daha optimal variantdır?
Testlər
Mühazirələr
Yazılı inşaları
Sosial mühüt və praktikada tətbiq
Aşağıdakı hökmün doğru olub olmadığını qeyd edin
Sərt vərdişlər insanın şəxsi keyfiyyətlərini xarakterizə edə bilər
Doğrudur
Yalandır
Təşkilatlar üçün yumşaq səriştələrin yaratdığı əsas üstünlükləri göstərin
Məhsuldarlıq artır
Vaxtdan daha səmərəli istifadə olunur
Sərt vərdişlərə olan tələbi xeyli dərəcədə azaldır
Sərt vərdişlərin daha çox fayda verməsini təmin edir
Vaxt haqqında aşağıdakılardan hansı doğru deyil?
Vaxt həmişə qıt (defisit) olan resursdur
Vaxt itkisini asanlıqla bərpa etmək olar
Bir işə çox vaxtın sərf edilməsi digər işə qalan vaxtı azaldır
Müxtəlif vaxtların müxtəlif insanlar və peşə sahibləri üçün müxtəlif əhəmiyyəti vardır
Aşağıdakılardan hansı vaxtın alternativ dəyərini (opportunity cost) daha yaxşı təsvir edir?
Bütün işlərin eyni vaxtda görülə bilməsi imkanı
Bir işin görülməsi üçün lazım olan zaman həmişə azlıq təşkil edir
Vaxt azlığı həmişə insanı tələsməyə məcbur edir
Bir işin görülməsi üçün lazım olan vaxtın dəyəri eyni vaxt ərzində görülməsi mümkün olmayan işin dəyəri
Aşağıdakı halların hansı vaxtın idaəredilməsinə aid deyildir?
Vaxtın düzgün bölüşdürülməsi
Vaxtın daim nəzarətdə saxlanılması
Vaxt sərf edilməsi tükənməaz bir resurs kimi qəbul edilməsi
Vaxtın istifadəsi alternativlərinin müəyyən edilməsi
Aşağıdakılardan hansı vaxtın idarəedilməsinə yaxşı nümunə ola bilər?
Görüləcək işlərin siyahısının tutulması
Gün ərzində məqsədsiz olaraq maraqlı işlərin axtarılması
İmtahan suallarının cavablandırılmasının sonraya saxlanması
Vacib olmayan, az əhəmiyyətli işlərin ilk növbədə görülməsi
Aşağıdakılardan hansı vaxtın idarəedilməsinə yaxşı nümunə deyil?
Vacib və təcili işlərin müəyyən edilməsi
İşlərin vacibliyinə və təcili olmasına görə sıraya düzülməsi
İş və istirahətin arasında fərqin qoyulmaması, onların qarışdırılması
Gündəlik hədəf və prioritetlərin müəyyənləşdirilməsi
Aşağıdakı hökmün doğru olub olmadığını qeyd edin
Vaxtın idarəedilməsi hədəflərə uğurlu surətdə çatmağa kömək etmir
Doğrudur
Yalandır
Hədəflərlə vaxtın idaarəedilməsin arasındakı əlaqəni hansı variant düzgün göstərmir?
Vaxtın idarəedilməsi hədəflərə çatmaq üçün vaxtın düzgün bölüşdürülməsinə kömək edir
Hədəflərin yerinə yetirilməsi üçün vaxt önəmli deyil
Hədəflərə çatmaq üçün lazım olan enerji və səylərin intensivliyi ilə sərf vaxtın idareədilməsi qarşılıqlı əlaqədədir
Vaxtın idaəredilməsinin köməyilə hədəflərə nail olunması planı daha səmərəli icra oluna bilər
Vaxtın idarəedilməsi nəyə kömək edir?
Vaxtın geri qaytarılmasına
İşləri ürəyimiz istədiyimiz saatda və tarixdə, heç nəyə fikir vermədən başlamağa və bitirməyə
İşlərin görülməsinə nə qədə istəyiriksə o qədər vaxt sərf etməyimizə
Qıt bir resurs olan vaxtdan düzgün istifadə edilməsinə
“Vaxtın idarəedilməsində vaxtın çoxluğu yox, həmin vaxt ərzində görülən işin intensivliyi rol oynayır” ifadəsini aşağıdakılardan ən yaxşı nə təsvir edir?
Bir işə nə qədər istəyiriksə o qədər də vaxt sərf edə bilərik
Göstərdiyimiz səylərdən asılı olmayaraq bütün işlərə eyni qədər vaxt lazımdır
Bir işə çoxlu vaxt sərf etməkdənsə lazıimi qədər diqqət, səy və enerji qoysaq vaxtı daha yaxşı idarə etmiş olarıq
Bir işə sərf edilən səy (enerji) ilə ona sərf edilən vaxt tərs mütənasibdir
İşlərin prioritetləşdirilməsi nəyi bildirir?
İşlərin vacibliyinə görə ən vacibdən başlayaraq ardıcıllıq üzrə sıralanması
İşlərin ən az vacib olanını tapılması
İşlərin bir-birilə müqayisə edilməsi
İşlərə sərf ediləcək vaxtın müəyyən edilməsi
Punktuallığı sizcə nə daha yaxşı təsvir edir
Həmişə gecikməyə meylli olmaq
Bütün işləri və tapşırıqları vaxtında görmək
Vaxtın idarəedilməsini yaxşı öyrənməyə cəhd göstərmək
Vaxtın idarəedilməsinı tətbiq etməyi öyrətmək
Prokrastinasiynı aşağıdakılardan hansı daha yaxşı təsvir edir?
Bütün işlərin vaxtında görülməsi
İşlərin görülməsində punktuallıq göstərmək
İndi görülməsi vacib olan işlərin sonraya saxlanması
Bütün işlərə vacib iş kimi yanaşılması
Pomodoro texnikasında bir pomodorunun müddəti adətən neçə dəqiqə götürülür
10 dəq
15 dəq
20 dəq
25 dəq
Pomodoro texnikasının tətbiqi zamanı bir pomodoronun bitməsindən sonra adətən nə edilir?
Növbəti pomodoroya başlanılır
5-10 dəqiqəlik fasilə verilir və insanı cəlb edən bir iş görülür
Pomodoro zamanı görülmüş iş haqqında hesabat yazılır
Pomodoro texnikasının təsirini qiymətləndirmək üçün meditasiya edilir
