WorksheetsTələb və təklif. Bazar tarazlığı -I hissə
Total questions: 10
Worksheet time: 5mins
Təkmil (mükəmməl) rəqabətli bazarın əsas əlamətləri:
alıcılar və satıcılar bazar tərəfindən müəyyənləşdirilən qiyməti qəbul edirlər, onlar “qiymət götürənlər” kimi xarakterizə olunurlar
satıcı və alıcıların sayı o qədər böyükdür ki, ayrı-ayrılıqda onların heç birinin qiymət üzərində güclü təsiri mövcud deyildir.
təklif olunan əmtəə və xidmətlərin hamısı eyni forma və keyfiyyətə malikdirlər
.
Bunlardan heç biri
Bunların hamısı
Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa:
istehsalçıların arasındakı rəqabət güclənər
tələbin kəmiyyəti artar
tələb azalar
tələb artar
tələbin kəmiyyəti azalar
Tələb əyrisinin yerdəyişməsi adlanır:
tələbin həcminin dəyişməsi
tələbin dəyişməsi
qiymətin artması
qiymətin azalması
tələbin sabit qalması
Hansı əmtəə normal əmtəə sayılır:
stabil olaraq tələbi az olan əmtəə
istehlakçının pul gəlirinin dəyişməsilə ona olan tələbin düz mütənasib asılılıqda dəyişdiyi əmtəə
stabil olaraq tələbi çox olan əmtəə
istehlakçının pul gəlirinin dəyişməsilə ona olan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə
qiymətin dəyişməsi ilə onlara tələbin dəyişmədiyi əmtəələrdir
Əgər bir əmtəənin qiymətindəki artım digər bir əmtəəyə olan tələbin azalmasına səbəb olursa, onda bu əmtəələr:
əvəzedici əmtəələrdir
tamamlayıcı əmtəələrdir
normal əmtəələrdir
keyfiyyətsiz əmtəələrdir
ortaq əmtəədir.
Əgər bir əmtəənin qiymətinin artması, digər bir əmtəəyə olan tələbin artmasına səbəb olursa, onda bu əmtəələr:
əvəzedici əmtəələrdir
tamamlayıcı əmtəələrdir
normal əmtəələrdir
keyfiyyətsiz əmtəələrdir
ortaq əmtəədir
Tələb əyrisi boyunca hərəkət adlanır:
tələbin həcminin dəyişməsi
tələbin dəyişməsi
qiymətin artması
qiymətin azalması
qiymətin sabit qalması
Bazarın növünə aid olanı seşin:
kartel
oliqopoliya
konsern
sindikat
trest
Bazar iqtisadi kateqoriya kimi hansı münasibətləri ifadə edir?
alıcı və satıcılar arasındakı iqtisadi münasibətləri
alıcılar arasındakı iqtisadi münasibətləri
satıcılar arasındakı iqtisadi münasibətləri
Bunların hamısı
Bunlardan heç biri
Rəqabətin əsas formaları:
artıqlıq və izafilik
mükəmməl (təkmil) və qeyri-mükəmməl (qeyri-təkmil)
sövdələşmə və kartel
tələb və təklif
duapoliya və oliqopoliya
