Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

YMST 3

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Balıq təmaslı üsulla soyudulduqda hansı buzdan istifadə etmək olmaz?

a)

texniki (bulanıq)

b)

şəffaf

c)

yeyinti

d)

antiseptik

e)

quru buz

2.

Ətin, balığın soyuqla emalı zamanı hansı prosesin sürəti ləngimir?

a)

fiziki proseslər

b)

avtolitik proseslər

c)

mikrobioloji proseslər

d)

kimyəvi proseslər

e)

mexaniki proses

3.

Əti və balığı donduran zaman toxuma və hüceyrələrin zədələnmə səbəbi nədir?

a)

hüceyrə şirəsinin donmayan hissəsində elektrolitlərin artması

b)

donma prosesində yaranan buz kristalcıqlarının mexaniki təsiri

c)

toxuma və hüceyrələrin susuzlaşması

d)

protoplazma zülallarının denaturatlaşması

e)

dondurma, xüsusilə yavaş dondurulma zamanı hüceyrələr arası sahədə iri ölçülü buz kristalcıqlarının yaranması

4.

Temperaturu aşağı olan ərzaqdan temperaturu yüksək olan ərzağa istilik keçə bilərmi?

a)

temperaturu aşağı olan ərzağın tərkibində su çox olduqda keçə bilər

b)

temperaturu aşağı olan ərzağın tərkibində su az olduqda keçə bilər

c)

heç vaxt keçə bilməz

d)

hər iki ərzaq bir tarada olarsa keçə bilər

e)

ərzaqlar arasına təcrid edici qoyulduqda keçə bilər

5.

Hansı fiziki proses mühitin soyudulmasında istifadə edilmir?

a)

istiliyin udulması ilə müşahidə olunan faza dəyişilməsi (ərimə, buxarlanma və s.)

b)

qazların desorbsiyası

c)

termoelektrik effekti (Delta effekti)

d)

bərk cismin maqnitsizləşdirilməsi

e)

su buzunun ölçüsünün azaldılması

6.

Tez xarab olan ərzaq malları saxlanılan kameralarda temperaturu ölçməkdə hansı cihazdan istifadə edilmir?

a)

mayeli və müqavimət termometrdən

b)

termocütlərdən

c)

termoqraflardan

d)

elektrotermometrlərdən

e)

Avqust psixrometrindən

7.

Tez xarab olan ərzaq məhsulları saxlanılan kameralarda havanın rütubətini ölçmək və nəzarət etmək üçün hansı cihazdan istifadə edilmir?

a)

Avqust psixrometri

b)

tüklü hiqrometr

c)

Assmanın aspirasion psixrometri

d)

hiqroqraf

e)

laqometr

8.

Tez xarab olan ərzaq məhsulları dondurulan kameralarda havanın hərəkət sürətini hansı cihazla ölçürlər?

a)

katatermometr

b)

yaylı manometr

c)

rele

d)

manovakuummetr

e)

hiqroqraf

9.

Tez xarab olan ərzaq malları saxlanılan kamerada göstərilən vasitələrin hansından havanın ventilyasiyasında istifadə edilmir?

a)

təbii ventilyasiya

b)

mexaniki ventilyasiya

c)

ejektorlu ventilyasiya

d)

fəal ventilyasiya

e)

ozonlaşdırma

10.

Malla birlikdə alıcıya verilən tara necə adlanır?

a)

inventar tara

b)

taxta tara

c)

metal tara

d)

polimer tara

e)

istehlak tara

11.

İri soyuducu xananın əsas sexi hansıdır?

a)

texnoloji

b)

mexaniki

c)

elektrik

d)

təmir-inşaat

e)

kompressor

12.

Kameraların hansı soyuducuxananın texnoloji sexinə aid deyil?

a)

soyuducu kamera

b)

soyudulmuş məhsulları saxlamaq üçün olan kameralar

c)

dondurucu kamera

d)

donmuş məhsulları saxlamaq üçün olan kameralar

e)

çəkilib-bükülmüş məhsullar istehsal edən sexdə məhsulların saxlandığı kamera

13.

Azərbaycanda meyvə-tərəvəzin soyuqla emalı və saxlanması üçün hansı soyuducuxana və harada tikilməsi məqsədə uyğundur?

a)

rayon mərkəzində, tədarükat soyuducu xanaları

b)

əkin sahəsində, tarla soyuducu xanaları

c)

yol qovşaqlarında, nəqliyyat soyuducu xanaları

d)

iri şəhərlərdə, bölüşdürücü soyuducu xanalar

e)

yeyinti sənayesi müəssisələrində, istehsalat soyuducu xanalar

14.

Hansı göstərici soyuducu xananın qoruyucu konstruksiyası sayılmır?

a)

divarlar

b)

döşəmə

c)

tavan

d)

qapı

e)

soyuducu batareyalar

15.

Soyuducu xananın qoruyucu konstruksiyasının hazırlanması zamanı seçilən materialın hansı xassəsi əhəmiyyətsizdir və nəzərə alınmır?

a)

istiliyi daha yaxşı mühafizə etməsi

b)

su udma xassəsi

c)

şaxtaya davamlılığı

d)

hiqroskopikliyi

e)

elastikliyi