wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

K- TESER -STAT-1,2-8m

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Verilənlərdən hansı torpağın əsas xüsusiyyəti və keyfiyyət əlamətidir?

a)

Şoranlıq, məhsuldarlıq

b)

Məhsuldarlıq

c)

qida

d)

su-hava, qida

e)

duz, su-hava

2.

Azərbaycan Respublikasında torpaq münasibətlər hansı qanunvericilik aktı ilə tənzimlənir?

a)

əmlak -topraq qanunu

b)

torpaq məcəlləsi

c)

vergi məcəlləsi

d)

büdcə sistemi qanunu

e)

torpaq-büdcə-vergi məcəlləsi

3.

Azərbaycan Respublikasında torpaq sahəsi üzərində hansı mülkiyyət növləri mövcuddur?

a)

bələdiyyə, əmlak və xüsusi mülkiyyət

b)

dövlət və əmlak mülkiyyəti

c)

dövlət, bələdiyyə və xüsusi mülkiyyət

d)

dövlət və xüsusi mülkiyyət

e)

bələdiyyə və xüsusi mülkiyyət

4.

Cümləni tamamlayın: Bütün mülkiyyət növləri _________ hüquqludur və ___________tərəfindən qorunur.

a)

eyni, hamı

b)

bərabər, dövlət

c)

əmlak, dövlət

d)

bərabər, bələdiyyə

e)

dövlət, bərabər

5.

Verilən variantlardan hansı dövlət torpaq kadastrının mahiyyətinə uyğundur?

a)

uçot vahidi ayrı-ayrı torpaq isti­fadəçiləri, yəni bir məqsəd üçün bir torpaq istifadəcisinə verilən torpaq sahəsidir

b)

torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə zəruri və etibarlı məlumatların məcmusudur

c)

torpaq fondunun vəziyyətinə uzun­müddətli müşahidə-nəzarət sistemidir

d)

müəyyən dövr üzrə torpağın mövcudluğu və hərəkəti haqqında məlumatlar sistemidir

e)

kənd təsərrüftaı bitkilərinin be­cərilməsi üçün münbitliyin əsas amilləri üzrə torpağın keyfiyyətinin qiymətləndirilməsidir

6.

2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun həcminin 7010,0 mln. manat, heyvandarlıq məhsulları istehsalının həcmi 3186,0 mln. manat, bitkiçilik məhsulları istehsalının həcmi 3824,0 mln. manat olmuşdur. Bu məlumatlara əsasən bitkiçilik məhsullarının kənd təsərrüfatının ümumi məhsulunda payını hesablayın.

a)

638 mln. manat

b)

54,6%

c)

120%

d)

45,4%

e)

83,3%

7.

Fikri tamamlayın: kənd təsərrüfatı statistikasının __________ kənd təsərrüfatı istehsalının ______________________.

a)

obyektləri, kəmiyyət və keyfiyyət tərəfidir

b)

obyektləri, kütləvi hadisə və prosesləridir

c)

kütləvi hadisə və prosesləridir, predmeti

d)

kəmiyyət və keyfiyyət tərəfidir və obyektləri

e)

inkişaf dinamikasıdır, quruluşudur

8.

Hər bir növ yaxud qrup torpaq sahəsinin həcminin ümumi torpaq fondunun həcminə nisbətinin 100-ə hasili nəyi anladır?

a)

torpaq fondunun dinamikasını

b)

torpaq fondunun müqayisəsini

c)

torpaq fondunun sürətini

d)

torpaq fondunun münbitliyini

e)

torpaq fondunun quruluşunu

9.

Verilənlərdən hansı kənd təsərrüfatı statistikasının vəzifələrinə aid edilir?

-beynəlxalq standartlara uyğun olaraq statistik göstəricilər sisteminin təkmilləşdirmək,

-kənd təsərrüfatının vəziyyətini və inkişafını xarakterizə edən statistik məlumatları toplanmaq, işləmək və təhlil etmək,

-statistik müşahidə metodlarını təkmilləşdirmək,

-kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsi ehtiyatlarını aşkar etmək,

-kənd təsərrüfatı istehsalının məhsuldarlığına təsir edən amilləri aşkar etmək və s.

a)

kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsi ehtiyatlarını aşkar etmək

b)

bunların hamısı

c)

statistik müşahidə metodlarını təkmilləşdirmək

d)

beynəlxalq standartlara uyğun olaraq statistik göstəricilər sisteminin təkmilləşdirmək

e)

kənd təsərrüfatı istehsalının məhsuldarlığına təsir edən amilləri aşkar etmək

10.

Torpaq fondu statistikasında kənd təsərrüfatı torpaqlarının orta ballını qiymətləndirmək üçün hansı düstur tətbiq edilir?

a)

hesabi orta kəmiyyətin sadə düsturu

b)

hesabi orta kəmiyyətin çəkili düsturu

c)

həndəsi orta kəmiyyətin çəkili düsturu

d)

həndəsi orta kəmiyyətin sadə düsturu

e)

orta illik artım düsturu