NEW
Font size
Worksheetsİqtisadiyyat
Total questions: 20
Worksheet time: 15mins
Tədqiqat obyektindən təsadüfi, keçici olanların sərf-nəzər edilməsi və tədqiqatın daimi, sabit, tipik olan, onun mahiyyətini əks etdirən hadisə və proseslər üzərində cəmləşdirilməsi-iqtisad elminin hansı tədqiqat metodudur:
induksiya
deduksiya
pozitiv təhlil
elmi abstraksiya
normativ təhlil
Mülkiyyət hüququ:
nemət üzərində müstəsna fiziki nəzarət hüququdur
nemətlərin istifadə olunmasında əldə olunan nəticələrə sahib olmaq hüququdur
nemətin kim və necə istifadə etməsi qərarını qəbul etmək hüququdur
nemətin məhv edilməsi hüququ
bunların hamısı
İnstitusionalizm nəyi öyrənir:
təsərrüfat subyektlərinin fərdi fəaliyyətini
dövlətin, iri korporasiyaların, həmkarlar təşkilatının, inhisarların fəaliyyətini
millətin məhsuldar qüvvələrinin inkişafı üçün əlverişli şəraitin yaradılmasını
iqtisadi fikrin sosial-tarixi istiqamətinin əsas metodoloji müddəalarını
emprik tədqiqatı, statistik və tarixi informasiyaların yığımını
İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq:
o biri məhsul artıb azalır
o biri məhsulun istehsalı artır
o biri məhsulun istehsalının həcmi sabit qalır
o biri məhsulun istehsalı aşağı düşür
Institutsional iqtisadiyyat nədir?
qlobal problеmdir
formal və qеyri-formal qaydaların məcmusudur
standart məhdudiyyətdir
sosial cərəyandır
Cəmiyyətin tələbatı sonsuzdur, əmtəə və xidmətlərin istehsalı üçün zəruri resurslar məhduddur. Bu ziddiyyət necə həll olunur:
iqtisadi seçim yolu ilə
qənaət yolu ilə
tələbatın artması qanunu ilə
iqtisadiyyata dövlət müdaxiləsi yolu ilə
iqtisadiyyatın açıqlıq dərəcəsi ilə
Bu sistem iqtisadi fəalaliyyət şəraitində insanların fəaliyyətinin əlaqələndirilməsi, onların onların aktivliyinin artırılması, təlabatlarının ödənilməsi üçün iqtisadi ehtiyatların səmərəli seçilməsinə imkan verir – bu hansı sistemdir
qarışıq sistem
inzibati amirlik sistemi
keçid iqtisadi sistem
ənənvi sistem
bazar sistemi
Ənənəvi iqtisadi sistemin xarakterik xüsusiyyətlərinə aid deyil:
sosial-iqtisadi inkişaf səviyyəsinin aşağı olması və onun asılılıq xarakteri
iqtisadiyyatın çox ukladlılığı
nemətlərin istehsalının ictimai tələbatdan geri qalması
bazis münasibətlərinə nisbətən üstqurum münasibətlərinin sürətli inkişafı
bunların hamısı
İstehsal amillərindən istifadə etməklə satis məqsədilə məhsul istehsal edib, maksimum gəlir və ya mənfəət əldə etmək məqsədilə müstəqil qərarları qəbul edənlərdir- bu
Dövlət
Ev təsərrüfatı
Firma
Bank
Müəssisə
Mikroiqtisadiyyatın tədqiqat istiqamətləri:
məhsuldar qüvvələrin quruluşu və inkişafı
xərc və məsrəflərin, qazanc və gəlirlərin son hədd şəklində öyrənilməsi
iqtisadi proseslərin sosial nəticəs
iqtisadiyyata dövlətin müdaxiləsi
iqtisadi münasibətlər və məhsuldar qüvvələr
Resursların məhdudluğu o deməkdir ki:
onların köməyi ilə eyni vaxtda bütün tələbatların tam ödənilməsi mümkün deyil
ancaq istehlak predmetlırinin istehsalına çatır
cəmiyyətdə onlar o qədərdir ki, hansı ki, onların miqdarı zəruri əmtəə və xidmətlərin istehsalı üçün kifayət deyil
bunların hamısı
Hansı inkişaf etmiş bazar ölkəsi liberal modelə əsasən iqtisadiyyatını inkişaf etdirir?
Yaponiya
Almaniya
İsveç
Çin
ABŞ
Azərbaycanda hansı bazar modelini tətbiq etmək daha əlverişlidir?
Rusiyanın
ABŞ-ın
Almaniyanın
Yaponiyanın
ÇXR-nın
Hansı bazar iqtisadiyyatı modelində xüsusi mülkiyyətin çəkisi daha çoxdur?
sosial-demokrat və sosial
liberal
sosial-demokrat
sosial və liberal
sosial
Amerika modeli üçün xarakterik olmayan hal hansıdır:
firmaların rəhbərlərinin və işçilərinin gəlirləri arasında ciddi fərqlərin olması
bazar mexanizminin sərbəst və səmərəli fəaliyyəti
sosial siyasətin qalıq prinsipi əsasında həyata keçirilməsi
aztəminatlı əhali qrupları üçün minimum yaşayış şəraitinin təmin edilməsi
dövlətin birbaşa investisiyalarından iqtisadiyyatda geniş istifadə olunması
Bazar infrastrukturunun əsas elementləri hansılardır?
nəqliyyat vasitələri, rabitə vasitələri, bazar meydanları
əmtəələr, xidmətlər, qarşılıqlı əlaqələr
müəssisələr, fabriklər, zavodlar
banklar, birjalar, yarmarkalar, lizinq kompaniyaları
satış bazarları, mağazalar
Bazar infrastrukturunun tərkib hissəsinə aid olmayanını müəyyən edin:
əmtəə birjası
kommersiya bankları
fond birjası
valyuta birjası
müəssisələr
Qiymətli kağızların alqı-satqısı ilə məşğul olan birja:
fond birjası
əmtəə birjası
əmək birjası
iş qüvvəsi birjası
auksionlar
Bazar infrastrukturu anlayışının düzgün tərifini müəyyən edin:
iqtisadiyyatın ümumi quruluşunda bazar sisteminə xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissədən ibarətdir
sahibkarlıq fəaliyyətinin formalaşmasına xidmət edən sahədir
silahlı qüvvələrin həyat fəaliyyətini təmin edən obyekt və tikililərin tərkib hissəsindən ibarətdir
ölkənin maddi istehsalı ilə bilavasitə əlaqədar olan sahələrin məcmusudur
iş qüvvəsinin təkrar istehsalı və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət edən sahədir
Lizinq – bu:
dövlətlərarası istiqraz vərəqəsidir
beynəlxalq kreditdir
beynəlxalq uzunmüddətli kreditdir
veksel kreditidir
maşın və avadanlıqların icarəsidir
