NEW
Font size
WorksheetsSənaye ekologiyası.Mövzu-11.
Total questions: 20
Worksheet time: 20mins
Azərbaycanda şoranlaşmanın qarşısının alınmasında böyuk rol oynayan təsərrüfat obyekti?
Araz su qovşağı
Baş Şirvan kollektoru
çayların üzərindəki bəndlər
Mingəçevir su anbarı
Yuxarı Qarabağ kanalı
Lənkəran – Astara İR – da torpaqların zəhərli kimyəvi maddələr və ağır metallarla çirklənməsinin başlıca səbəbidir:
çayçılığın inkişafı
tərəvəzçiliyin inkişafı
heyvandarlığın inkişafı
fitomeliorasiya
sitrus meyvəçiliyinin inkişafı
Gəncə Qazax İR – da ekoloji problemlərin yaranmasına təkan verən təbii amillərdir:
relyef və geoloji quruluş
insan amili
sənayenin inkişafı
kartofçuluğun inkişafı
Kür suyundan səmərəli istifadə
Aran İR – da çirklənmiş, korlanmış, dağılmış torpaqların bərpası üçün tələb olunur:
meliorasiya
rekultivasiya
deflyasiya
aqromeliorasiya
irriqasiya
Aran İR – da gedən təbii – ekzogen proseslərdən biridir:
səhralaşma
deflyasiya
fitomeliorasiya
irriqasiya
aqromeliorasiya
Naxçıvan ərazisində bitki və heyvanat aləminin nisbətən kasıb olmasının səbəbi?
iqlimin mülayim-kontinental olması
iqlimin kəskin-kontinental olması
su ehtiyatlarının zənginliyi
denudasiya prosesləri
relyefin mürəkkəbliyi
Kür-Araz ovalığında torpaqların şoranlaşmasına səbəb olmayan amil?
suvarmanın düzgün aparılmaması
növbəli əkin sisteminin tətbiq olunması
mümkün buxarlanmanın çox olması
suvarma kanallarında beton örtüklərin olmaması
torpağın tərkibində asan həll olunan duzların olması
Naxçıvan torpaqlarının ekoloji vəziyyətinə mənfi təsir göstərən amillərdən biridir?
eroziya
suvarma
quraqlıqlaşma
səhralaşma
fitomeliorasiya.
Quba Xaçmaz İR-da torpaqların sıradan çıxmasının başlıca səbəbləri:
eroziyadır
fıtomeliorasiyadır
meliorasiyadır
aqrotexniki işlərdir
deflyasiyadır
Şəki Zaqatala İR-da əkin sahələrinin ekoloji problemləridir:
suvarma
meyvəçiliyin inkişafı
növbəli əkin
üzvü gübrələrdən istifadə
kimyalaşdırma
Böyük Qafqaz regionunda eroziya prosesinin səbəbləri:
meliorativ tədbirlərdir;
heyvandarlığın intensiv inkişafıdır;
üzümçülüyün inkişafıdır;
doğru cavab yoxdur.
bitkiçliyin inkişafıdır;
Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın ekstensiv inkişafı və əkin sahələrində torpaqqoruyucu tədbirlərin görülməməsi səbəb olur?
meşələrin qırılmasına
məhsuldarlığın artmasına
eroziyanın sürətlənməsinə
məhsuldarlığın azalması
humusun miqdarının artmasına
Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadənin mənfi ekoloji nəticələri?
torpaq sürüşməsi
torpaq şoranlaşması
torpaq deqradasiyası
torpağın rekultivasiyası
torpaq eroziyası
Azərbaycan torpaqlarına intensiv antropogen təsir səbəb olmuşdur:
torpağın məhsuldarlığının artmasına ;
torpaq örtüyünün zədələnməsi və çirklənməsinə;
torpağın mexaniki tərkibinin dəyişməsinə;
torpağın humus qatının optimallaşmasına;
bitkilərin növ tərkibinin dəyişməsinə ;
Azərbaycanda radioaktiv elementlərlə çirklənmiş torpaq sahələri:
cənubi şərqi Şirvandadır;
Abşerondadır;
Lənkəran ovalığındadır;
Ceyrançöldədir;
Mil-Muğan düzündədir;
Azərbaycan torpaqlarının dedredasiyası səbəblərindəndir:
meşəsalma;
yol, kanal, su anbarları tikintisi;
torpaqların rekultivasiyası;
torpaq qoruyucu tədbirlər;
torpaqların meliorasiyası;
Daxili çayları daha çox çirkləndirir:
kimya və yeyinti sənaye çirkabları;
dağ-mədən və məişət çirkabları;
yeyinti və sənaye çirkabları;
qara və əlvan metallurqiya çirkab suları;
məişət və yünqül sənaye çirkabları;
Azərbaycan daxilində ən çox çirklənmiş çaylar:
Qusarçay və Lənkərançay;
Filizçay və Dəmiraparançay;
Gəncəçay və Köndələnçay;
Qoşqarçay və Filizçay;
Pirsaatçay və Göyçay;
Oxçuçayın başlıca çirkləndiriciləri hansılardır?
makroelementlər;
neft məhsulları;
radioaktiv tullantılar;
mis və molibden ;
civə və qurğuşun;
Araz çayı ən çox çirklənir?
mikroelementlərlə;
civə və arsenlə;
neft məhsulları ilə;
üzvü birləşmələrlə;
mis və molibdenlə ;
