Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Statistikanın predmeti,metodu. və statistika müşahidəsi

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

Verilənlərdən hansı statistikanın inkişafının əsas səbəb­lərindən olmuşdur?

a)

fizikanın yaranması

b)

ehtimalın yaranması

c)

coğra­fiyanın yaranması

2.

Verilənlərdən hansı statistikanın proqramları kimi çıxış edi?

a)

F.O.B, MİNİTAB

b)

S.İ.F, SPSS, MİNTAB

c)

SPSS, SAS, MİNİTAB

3.

Verilənlərdən hansı faktların qeydə alınma vaxtına görə statistika müşahidəsinə aiddir:

a)

fasiləsiz (cari)

b)

dövri

c)

birdəfəlik

d)

bunların hamısı

4.

Verilən variantlardan düzgün olanını seçin:

a)

statistik tədqiqatın mərhələləri bir-birini tamamlayır və şərtləndirir,

b)

statistik tədqiqatın mərhələləri bir-birindən təcrid edilmiş halda öyrənilir,

c)

statistik tədqiqatın mərhələləri bir-birini tamamlamır və şərtləndirir,

5.

Məcmu vahidlərinin əhatə olunması dərəcəsinə görə sta­tistika müşahidəsinin hansı növləri vardır?

a)

dövrü

b)

qeyri-ümumi, ümumi

c)

fasiləli,

d)

birdəfəlik

6.

Qeyri-ümumi müşahidənin növlərinə aiddir

a)

seçmə, əsas kütlə,

b)

monoqrafik,

c)

a və b,

d)

sənəd.

7.

Verilənlərdən hansılar statistika müşahidəsinin proqram-meto­doloji məsələlərinə aiddir?

a)

müşahidənin məqsədini müəyyən etmək,

b)

müşahidə vahidini və obyektini müəyyən etmək,

c)

müşahidənin növünü müəyyən etmək,

d)

bunların hamısı.

8.

Qeydiyyata məruz qalan əlamətlərin daşıyıcısı olan ünsürə statistikada nə ad verirlər?

a)

müşahidə proqramı

b)

müşahidə obyekti

c)

müşahidə nö­­vü

d)

müşahidə vahidi

9.

Verilənlərdən hansı kəmiyyət əlamətidir?

a)

sosial mənsubiyyət

b)

peşə,

c)

kişi, qadın,

d)

yaş, əmək haqqı, iş stajı.

10.

Verilənlərdən hansı statistik göstəricidir?

a)

bütün işçilər üzrə orta aylıq əmək haqqı,

b)

müəssisənin istehsalının həcmi

c)

işçilərin cinsi,

d)

işçilərin aylıq əmək haqqı.

11.

Verilən variantlardan düzgün olanını göstərin:

a)

əlamət - məcmu obyektlərinin mühüm xüsusiyyətlərini xarak­terizə edən göstəricidir,

b)

variasiya - məcmuya daxil olan ayrı-ayrı vahidlərin bu və ya digər əlamətlərinin qiymətlərindəki eynilikdir,

c)

variasiyanın mövcudluğu statistik tədqiqatın əsas şərti deyildir.

12.

Verilənlərdən hansı statistik məcmunun mühüm xü­su­siyyəti hesab edilir?

a)

vahidlərin kütləviliyi,

b)

vahidlərin kütləvi olmaması,

c)

vahid­lərin ayrılıqda öyrənilməsi

13.

Q.Axenvala görə statistika:

a)

dövlətin siyasi vəziyyətini və diqqətəlayiqliyini təsvir edir,

b)

hadisələr arasındakı əlaqələri və asılılıqları öyrənir,

c)

hadisələrin kəmiyyət müəyyənliyini aşkar edir.

14.

Verilənlərdən hansı keyfiyyət əlamətidir?

a)

peşə

b)

yaş,

c)

əmək haqqı

d)

iş stajı

15.

Statistika müşahidəsinin üsullarına aiddir:

a)

sorgu, sənəd, bilavasitə,

b)

cari

c)

paralel sıraların mü­qayisəsi

d)

indeks

16.

Bilavasitə müşahidədə qeydiyatçılar:

a)

soruşulan müvafiq şəxslər, yaxud sənədlər əsasında uço­ta alınan faktları özləri müəyyənləşdirir və müşahidə formul­yar­larını öz­ləri doldururlar

b)

qiymətləndirmə və hesablama əsasında qeydiyyata mər­uz qalan faktları müəyyənləşdirir və bunun əsasında müşahidə formul­yarlarının qeydiyyatını aparır

c)

soruşulanlara müşahidə blanklarını paylayır, onları təli­mat­landırır, sonra soruşulanlar tərəfindən doldurulan müşahidə blank­larını toplayır

17.

Qeydiyyat zamanı yol verilən xətaları aşkar etmək və aradan qaldırmaq üçün verilənlərdən hansı toplanmış ma­terial­ların nəzarəti kimi tətbiq oluna bilər?

a)

sistematik (müntəzəm), təsadüfi

b)

riyazi, məntiqi

c)

fa­siləli, fasiləsiz,

d)

dövri

18.

Müşahidə planının proqram-metodoloji məsələlərinə aiddir:

a)

müşahidənin yeri, vaxtı, növü və üsulu,

b)

müşahidənin məqsədi, obyekti, vahidi və proqramı, mü­şahidə məlumatlarının nəzarət sistemi

c)

bunların hamısı.

19.

Statistika kəlməsi əmələ gəlmişdir:

a)

latın sözündən

b)

italyan sözündən

c)

yunan sözündən

d)

bunların hamısı

20.

Statistika kəlməsini elmə daxil etmişdir:

a)

V.Petti

b)

Q.Axenval

c)

F.Qalton.