Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Fonetik hadisələr

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Hansı xüsusiyyətlər sait səslərə aiddir?

a)

Maneəli tələffüz olunur

b)

Heca əmələ gətirmir

c)

Uzun tələffüz olunur

d)

Küylü olur

2.

Vurğu nəyə deyilir?

a)

uzun tələffüz olunan saitlərə

b)

tələffüz zamanı sözün asanlıqla bölünən hissəsinə

c)

yalnız saitdən ibarət hecaya

d)

sözdəki hecalardan birinin digərinə nisbətən daha qüvvətli deyilməsinə

3.

Dil haqqında fikirlərdən biri səhvdir

a)

Dil sırf bioloji hadisədir

b)

Dil ictimai hadisədir

c)

Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir

d)

Dil canlılardan ancaq insana məxsusdur

4.

Yazı ilə bağlı fikirlərdən hansı düzgündür?

a)

Şəkli və fikri yazıdan bugün istifadə olunmur

b)

Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir

c)

Yazının ən qədim forması ideoqrafik yazıdır

d)

Yazının ən mükəmməl və çevik forması sillabik yazıdır

5.

Kimya dərslərində istifadə olunan işarələr hansı yazı formasıdır?

a)

Əşyəvi

b)

İdeoqrafik

c)

Sillabik

d)

Şəkli

6.

Əşyəvi yazı dedikdə nə başa düşürsünüz?

a)

fikrin əşyalarla ifadəsi

b)

fikrin şəkillərlə ifadəsi

c)

fikrin sözlə ifadəsi

d)

fikrin səslərlə ifadəsi

7.

Hansı sözdəki bütün cingiltili samitlərin kar qarşılığı yoxdur

a)

limon

b)

domino

c)

çörək

d)

yemək

8.

Dil haqqmda bir fikir səhvdir:

a)

Dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi

b)

Dil ünsiyyət vasitəsidir.

c)

Dil insan cəmiyyətində əmələ gəldiyi üçün ictimai hadisə sayılır.

d)

Dil insan cəmiyyətində əmələ gəldiyi üçün ictimai hadisə sayılmır

9.

Atası və anası azərbaycanlı olan bir körpə Londonda dünyaya göz açsa,

ətrafmda olanların hamısı ingilis dilində damşsa, o, hansı dildə danışmağa başlayacaq?

a)

ingilis

b)

azərbaycan

c)

farsca

d)

rusca

10.

Hansı cərgədə ahəng qanunu pozulmuşdur?

a)

külək, çörək

b)

qulaq, dodaq

c)

büro, ilan

d)

ağac, odun