Font size
WorksheetsCanlılarda hərəkət ,dayaq,qidalanma və tənəffüs
Total questions: 15
Worksheet time: 8mins
Xarici skeletə malik canlı hansıdır?
balıq
qurbağa
adi amöb
quş
xərçəng
Bədənindən suyu itələyib çıxarmaqla hərəkət edən canlı hansıdır?
evqlena
meduza
canavar
xərçəng
balıq
Hansı canlıda xarici skelet kirəcləşərək möhkəm zireh əmələ gətirir?
bal arısında
kəpənəkdə
xərçəngdə
balıqda
ilanda
Su və mineral maddələrin kökdən gövdəyə ötürülməsini təmin edən......
əmici tellərdir
kök təzyiqidir
fotosintezdir
gübrələrdir
tənəffüsdür
Əkinçi sahəyə kartof,soğan və yerkökü əkdi. Bu bitkilərin yaxşı məhsul verməsi üçün hansı gübrəni verməlidir?
azot
kalium
kalsium
fosfor
su
Niyə sərilən gövdələr dik dura bilmir?
kökləri yaxşı inkişaf etmədiyindən
suya təlabatları çox olduğundan
dayaq toxumaları olmadığından
mexaniki toxumaları zəif inkişaf etdiyindən
parenxim toxumaları çox inkişaf etdiyindən
Bitkinin kökünün torpağın dərinliyinə yəni aşağı istiqamətdə inkişafına təsir edən nədir?
kök təzyiqidir
işığın təsiri
yerin cazibə qüvvəsinin təsiri
molekulların ilişmə qüvvəsinin təsiri
Qeyri üzvi maddələrdəm üzvi maddələrin yaranması prosesi necə adlanir?
tənəffüs
transpirasiya
fotosintez
kök təzyiqi
maddələr mübadiləsi
Yalnız heterotrof qidalanan canlı hansıdır?
ağac
göbələk
yaşıl evqlena
yaşıl bakteriya
Fotosintezə aid olan cavabı seçin
Həm qaranlıqda ,həm də işiqda gedir
Bütün canlı hüceyrələrdə gedir
oksigen udulur,karbon qazı xaric olunur
üzvi maddə və oksigen əmələ gəlir
enerji ayrılır
Qəlsəmə ,traxeya və ağciyərlə tənəffüs edən canlılar hansılardır?
balıq,it,quş
meymun, amöb,ilan
xərçəng, kəpənək,insan
hörümçək,balıq,ayı
Havadan qidalanma zamanı bitkiyə hansı maddə daxil olur?
su
mineral duzlar
karbon qazı
oksigen qazı
heç biri
Mikorizanı əmələ gətirir...
bakteriya-göbələk
bakteriya-bitki
bitki-heyvan
göbələk-ağac
Xəmirin qıcqırması zamanı xəmirin məsaməli olmasına səbəb olan amil nədir?
spirtin əmələ gəlməsi
oksigenin əmələ gəlməsi
karbon qazının əmələ gəlməsi
şəkərin əmələ gəlməsi
Yırtıcı heyvanlara aid xüsusiyyət deyil
qıdasını digər canlılar təşkil edir
ətraflar güclüdür
bağırsaqları uzundur
iti dişləri olur
