NEW
Font size
WorksheetsRəsmi-işg sənədlər: protokol, protokoldan çıxarış, hesabat.
Total questions: 10
Worksheet time: 10mins
Bunlardan hansı protokolun strukturunda öz əksini tapmır?
Protokol nömrələnmir.
Yığıncağı idarə etmək üçün sədr seçilir.
Gündəlik məsələlər qeyd olunur.
Çıxışları və s. qeyd etmək üçün katib seçilir.
Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer göstərilir.
Özündə həm rəsmilik, həm də işgüzarlıq ehtiva edir:
protokol
ərizə
izahat
təqdimat
tərcümeyi-hal
Səhv fikri göstərin:
Hesabatın yazıldığı tarix qeyd edilmir.
Hesabat müxtəlif məzmunludur.
Hesabat dolğun şərh edilməlidir.
Yalnız yazılı şəkildə olur.
Faktlar dəqiq olmalıdır.
Verilənlərdən biri doğrudur:
Protokol üçün xüsusi blanklardan istifadə olunmur.
Protokolu yalnız iclasın sədri imzalayır.
Protokolun müxtəlif formaları olur.
“İşgüzar protokol” deyilən bir anlayış yoxdur.
Protokolda təkcə bir məsələ əks oluna bilər.
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Həsən Kərimlinin 2018-ci ilin yanvar-iyun ayları üçün fərdi iş planının yerinə yetirilməsi üzrə verdiyi məlumat necə adlanır?
hesabat
xasiyyətnamə
akt
rəy
arayış
Verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı şəkildə və ya şifahi
verilən rəsmi məlumat?
məktub
protokol
hesabat
izahat
akt
Verilmiş xüsusiyyətlər hansı əməli yazı növlərinə aiddir?
1. Yunan sözü olub, “birinci vərəq” və “yapışdırmaq” mənasını verir.
2. Müxtəlif işlənmə məqamları var, hətta dövlətlərarası səciyyə də daşıya bilər.
3. Özündə bir neçə məsələni əks etdirir və s.
izahat
protokol
akt
tərcümeyi-hal
xasiyyətnamə
Verilmiş xüsusiyyətlərin aid olduğu əməli yazı növü hansıdır?
1. İclas qərarlarının əks etdirilməsi, qayda pozulması və dövlətlərarası sazişlə əlaqədar tərtib olunur.
2. Təşkilatın adı, tarix və yer göstərilir.
3. Sənədin əvvəlində onun adı və nömrəsi böyük hərflə yazılır.
xasiyyətnamə
təqdimat
arayış
protokol
bildiriş
Biri hesabata verilən tələblərə aid edilə bilməz:
Hesabat yalnız şifahi şəkildə verilir.
Hesabatda faktlar və rəqəmlər dəqiq göstərilməlidir.
Hesabat inandırıcı olmalıdır.
Hesabatda təkrarlara yol verilməsi məqbul sayılmır.
Hesabatda yersiz sitatlardan istifadə yolverilməzdir.
Biri protokolun məzmun və mahiyyətini əks etdirmir:
Protokolun məzmunu onun formasından asılıdır.
Protokolın hər bir növü onun məzmununu müəyyənləşdirir.
Protokol iclas, müşavirə, hadisə və diplomatik səfərləri özündə əks etdirən sənəddir.
Protokollar mahiyyətcə müxtəlif, məzmunca eyni olurlar.
Bu sənəddə danışılan hər şey öz əksini tapmalı və işin, danışığın nəticəsi kimi qərar qəbul edilməlidir.
