Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Vergilərin iqtisadi mahiyyəti

Total questions: 19

Worksheet time: 15mins

Name
Class
Date
1.

Fiskal funksiyanın əsas mahiyyəti nədən ibarətdir?

a)

Ölkədə dövlətçiliyin qorunub saxlanmasını etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.

b)

Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.

c)

Ordu quruculuğunun möhkəmlənməsi və iqtisadi fəallığın stimullaşdırılması üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi

d)

Büdcə gəlirlərinin təmin edilməsi üçün vergi ödəyicilərinin əmlakının müəyyən hissəsinin tutulması.

2.

Nəzarət funksiyanın köməkliyi ilə dövlət nələr həyata keçirir?

a)

Dövlətin öz konstitusiya funksiyasını yerinə yetirməsi üçün lazım olan vəsaitlərin vergi daxilolmaları formasında büdcəyə daxil olmasını təmin edir

b)

Təsərrüfat subyektləri və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlir mənbələrinə və vəsaitlərin xərclənməsi istiqamətlərinə nəzarət edir.

c)

Dövlət xərclərini maliyyələşdirir

d)

Başqa sahələri qorumaqla yanaşı, eyni zamanda müəyyən istehsal sahələri və regionların inkişafını stimullaşdırır

3.

Aşağıdakılarılardan hansılar birbaşa vergilərə aiddir?

a)

Fiziki şəxslərin gəlir vergisi,hüquqi şəxslərin əmlak vergisi, torpaq vergisi, yol vergisi

b)

Fiziki şəxslərin mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, aksizlər

c)

Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi

d)

Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, yol vergisi, gömrük rüsumları

4.

Dolayı vergitutmanın mahiyyəti nədən ibarətdir?

a)

Dolayı vergilər əmtəələrin qiymətinə (xidmətlərin tarifinə) əlavələr şəklində müəyyən edilir və malların satışı (istehlakı) sferasında tutulur

b)

Dolayı vergilər əmtəələrin qiymətinə əlavələr şəklində müəyyən edilir və həmin anda tutulur

c)

Dolayı vergilər malların qiymətinə daxil edilmir, lakin onların satışı prosesində tutulur

d)

Dolayı vergilər xidmətlərin tarifinə və malların qiymətinə daxil edilir

5.

Məhsulların satışından əldə edilən pul vəsaitlərindən ödənilən vergilər hansılardır?

a)

ƏDV, aksizlər

b)

ƏDV, aksizlər, yol vergisi, gömrük rüsumları

c)

Torpaq vergisi, reklam xərcləri, əmlak vergisi

d)

Yol vergisi, gömrük rüsumları

6.

İstehsal məsrəflərinə aid edilən vergilər hansılardır?

a)

Torpaq vergisi, reklam xərcləri, əmlak vergisi

b)

ƏDV, aksizlər, yol vergisi, gömrük rüsumları

c)

Yol vergisi, aksizlər, gömrük rüsumları

d)

Yol vergisi, gömrük rüsumları

7.

Vergi ödənişlərinin daxil olduğu büdcə səviyyəsinə görə vergilər hansı qruplara ayrılır?

a)

Dövlət, Naxçıvan Muxtar Respublikasının vergiləri və bələdiyyə

b)

Dövlət, muxtar respublika və bələdiyyə

c)

Dolayı dövlət vergiləri, muxtar respublika və yerli

d)

Birbaşa dövlət vergiləri, muxtar respublika və bələdiyyə

8.

İstifadə olunması qaydasından asılı olaraq vergilər aşağıdakı qruplara ayrılır:

a)

Ümumi və xüsusi

b)

Təyinatı və təyinatsız

c)

Məqsədli və məqsədsiz

d)

Universal və məqsədli

9.

Hansı ödənişlər universal vergilər adlanır?

a)

Konkret istifadə olunma istiqaməti olmayan məcburi ödənişlər

b)

Konkret istifadə olunma istiqaməti olan ekvivalentsiz ödənişlər

c)

Konkret istifadə olunma istiqaməti məlum olan məcburi ödənişlər

d)

Konkret istifadə olunma istiqaməti məlum omayan ekvivalentli ödənişlər

10.

Aşağıda göstərilən hansı bənddə verginin düzgün tərifi verilmişdir?

a)

Vergi – dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir 

b)

Vergi – dövlət və bələdiyyə büdcəinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi ödənişdir

c)

Vergi – dövlət büdcəsinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin istifadəsində olan pul vəsaitlərindən tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir

d)

Vergi – dövlət və yerli büdcələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin əmlakının özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir

11.

Aşağıdakıların hansında rüsumun tərifi düzgün verilmişdir?

a)

Rüsum – hüquqi əhəmiyyətli əməliyyatların aparılmasına, yaxud hüquqi əhəmiyyət kəsb edən müvafiq sənədlərin müvəkkil orqanlar və onun vəzifəli şəxsləri tərəfindən verilməsinə görə tutulan məcburi ödənişdir

b)

Rüsum – həyata keçirilmiş hüquqi fəaliyyətə və hüquqi əhəmiyyətə malik sənədlərin verilməsinə görə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi və fiziki şəxslərdən alınan ödənişdir

c)

Rüsum – ödəyici tərəfindən ona göstərilən xidmətə görə dövlətə ödənilən məqsədyönümlü ödənişdir

d)

Rüsum – gömrük orqanları tərəfindən ölkə ərazisinə gətirilən mallara görə tutulan məcburi ödənişdir

12.

Azərbaycan Respublikasımn Vergi Məcəlləsində vergi anlayışma   verilən tərifdə onun səciyyəvi əlamətləri hansılardır?

a)

məcburilik; fərdilik; əvəzsizlik

b)

məcburilik; fərdilik; ekvivalentlilik

c)

könüllülük; fərdilik; əvəzsizlik, qanunilik

d)

məcburilik; fərdilik; dolayısı ilə əvəzi ödənilmək

13.

Nəzarət funksiyanın köməkliyi ilə dövlət nələr həyata keçirir?

a)

Dövlət xərclərini maliyyələşdirir

b)

Başqa sahələri qorumaqla yanaşı, eyni zamanda müəyyən istehsal sahələri və regionların inkişafını stimullaşdırır

c)

Sahibkarlıq fəaliyyətini stimullaşdırır

d)

Təsərrüfat subyektləri və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlir mənbələrinə və vəsaitlərin xərclənməsi istiqamətlərinə nəzarət edir.

14.

Birbaşa vergitutmanın mahiyyəti nədən ibarətdir?

a)

bilavasitə gəlirlərə görə müəyyən edilir və hər bir  obyekt üçün ayrıca tutulur.

b)

bilavasitə vergi ödəyicilərinin əmlakına görə müəyyən edilir və hər bir gəlir üçün ayrıca tutulur

c)

bilavasitə vergi ödəyicilərinin vergitutma obyektinə görə müəyyən edilir və hər bir əmlak üçün ayrıca tutulur

d)

bilavasitə vergi ödəyicilərinin gəlirlərinə (əmlakına) müəyyən edilir və hər bir əmlak üçün ayrıca tutulur

15.

Aşağıdakılarılardan hansılar birbaşa vergilərə aiddir?

a)

Fiziki şəxslərin torpaq vergisi, hüquqi şəxslərin əmlak vergisi, torpaq vergisi, yol vergisi

b)

Fiziki şəxslərin mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, aksizlər

c)

Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi

d)

Mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, yol vergisi, gömrük rüsumları

16.

Dolayı vergitutmanın mahiyyəti nədən ibarətdir?

a)

Dolayı vergilər əmtəələrin qiymətinə (xidmətlərin tarifinə) əlavələr şəklində müəyyən edilir və malların satışı (istehlakı) sferasında tutulur

b)

Dolayı vergilər əmtəələrin dəyərinə əlavələr şəklində müəyyən edilir 

c)

Dolayı vergilər malların maya dəyərinə daxil edilir 

d)

Dolayı vergilər malların alış qiymətinə daxil edilir 

17.

Dolayı vergitutmada vergi yükü kimin üzərinə düşür?

a)

Sifarişçinin

b)

Vergi ödəyicisinin

c)

Satıcının

d)

Alıcının (istehlakçının)

18.

Məhsulların satışından əldə edilən pul vəsaitlərindən ödənilən vergilər hansılardır?

a)

Yol vergisi, gömrük rüsumları

b)

ƏDV, aksizlər, yol vergisi, gömrük rüsumları

c)

ƏDV, aksizlər

d)

Aksizlər, reklam xərcləri, əmlak vergisi  

19.

İstehsal məsrəflərinə aid edilən vergilər hansılardır?

a)

Torpaq vergisi, reklam xərcləri, əmlak vergisi  

b)

Torpaq vergisi, reklam xərcləri, əmlak vergisi  

c)

Yol vergisi, aksizlər, gömrük rüsumları

d)

Əmlak vergisi, gömrük rüsumları